Icma.az
close
up
RU
Xalqın yanına getmək niyə çətindi?

Xalqın yanına getmək niyə çətindi?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin Sloveniyada “Osiyek”ə qarşı keçirdiyi yoxlama oyununu izləyə-izləyə dərin düşüncələrə daldım. Alçaq bir təpənin fonunda standartları elə də yüksək olmayan bir futbol meydançası idi. “Neftçi” də Xorvatiya təmsilçisi ilə orda qarşılaşırdı. Gözümün qarşısına Qəbələ şəhər stadionunun fonunda hər zaman bizə boylanan əzəmətli, bol meşəli o dağ gəldi. Fikirləşdim ki, bizdə o “əjdaha”dan, yəni meşəli dağdan və dağ havasından varsa, nə üçün onun ətrafında 4-5 dənə stadion tikib, xarici və yerli klublar üçün təlim-məşq toplanışı keçirə bilmirik?

Bu yaxınlarda oxumuşdum ki, Qətərin “Əl-Haraitiyat” komandası Azərbaycana gəlib. Ərəblərin məqsədi Qəbələdə təlim-məşq toplanışı keçməkdi. Bu toplanış həm də bizim klubların işinə yarayacaq, onlar Azərbaycanı tərk etmədən beynəlxalq səviyyəli hazırlıq oyunu keçirmək imkanı qazanacaqlar. “Sumqayıt”la “Şamaxı”nın bu fürsətdən yararlanması çox yaxşı addımdı. Çox arzulayardım ki, gələcəkdə belə imkanlar artsın. Bunun üçünsə “Əl-Haraitiyat” kimi Azərbaycana toplanışa gələn əcnəbi klubların sayı çoxalmalıdı. Belədə bizimkilər də toplanış üçün xaricə getməzlər. Artıq xərc çəkməyə də ehtiyac olmaz.
Xaricə təlim-məşq toplanışına getmək üçün Avstriyada, Sloveniyada, lap elə Türkiyədə xərclənən pullara neynəmək olar? Əlbəttə, uşaq futboluna, akademiyalarına diqqəti artırmaq, həmin pulu azərbaycanlı balaları üçün xərcləmək mümkündü. Kinonun ağlamalı yeri də elə budu. Bizim klublar uşaq futbolu adı gələndə ora pul xərcləməyə həvəs göstərmirlər. Amma elə ki, xaricə təlim-məşq toplanışına yollanmaq məsələsi ortaya çıxır, buna dərhal pul tapırlar. Elə legionerlərə pul xərcləmək məsələsində də belə həvəslidilər. Ona görə də Azərbaycan futbolu illərdi yerində sayır, klublarımızda yerli futbolçuların sayı sürətlə azalır, millidə oynatmağa səviyyəli futbolçu tapa bilmirik.
Amma çıxış yollarından biri də məhz budu.
“Yuventus”, “Benfika” kimi tanınmış Avropa klubları Ermənistanda özlərinə uşaq akademiyaları açır. Di gəl ki, Azərbaycan klubları burdan-bura bölgələrə ayaq qoymaq, ordakı futbol infrastrukturunu inkişaf etdirmək haqda düşünmürlər. Bu yükü həmişə “Qəbələ” çiynində daşıyıb, Azərbaycan futbolu üçün fabrik rolunu oynayıb. Artıq “Qəbələ”nin də imkanları tükənib, təkbaşına bu vəzifənin öhdəsindən gələ bilmir. “Neftçi” ilə “Sabah” yaxasını kənara çəkib, özlərini paytaxt təmsilçisi kimi təqdim edə bilərlər. Lakin bu da bəhanədən başqa bir şey deyil. Nə üçün elə Qəbələnin özündə, yaxud Qusarda, Qaxda, lap elə Lənkəranda “Neftçi”nın və ya “Sabah”ın adına futbol məktəbi, təlim-məşq bazaları olan infrastruktur olmasın?
Yararsız legionerlərə, xaricdə keçirilən bahalı təlim-məşq toplanışlarını xərclənən pullardan qənaət edib, bu layihəni həyata keçirmək olar.
Təbiəti səfalı olan bir çox rayonlarda ayrı-ayrı nazirliklərin, şirkətlərin, hətta təhsil ocaqlarının istirahət evlərinə, təlim bazalarına rast gəlirik. Bunu futbol klublarımız da edə bilər. Hansısa kənddə bir neçə sot torpağı alıb, azı bir meydança salmaq, ordakı istedadlı uşaqların məşq etməsi üçün şərait yaratmaq elə də böyük xərc tələb etmir. Milyonçu klublarımız üçün bu məbləğ lap qəpik-quruş olar.
Təşəbbüsü elə “Neftçi” dəstəkləyib, ilk addımı da o ata bilər. Özünü hər fürsətdəcə “xalq komandası”, “bayraqdar” adlandıran “ağ-qaralar” Azərbaycanın bölgələrində özünə futbol akademiyaları, təlim-məşq bazaları açmaqla xalqa daha yaxın ola bilər. “Turan Tovuz” Tovuzdan gəlib, Kürdəxanıda özünə baza tikibsə, eynisini “Neftçi” də Tovuzda tikə bilər. Həm də bu baza Bakıdakından daha ucuz başa gələr. Əvəzində 100 uşaq orda futbolla məşğul olar. Əminəm ki, onların arasından gələcəkdə “Neftçi”nin formasını şərəflə və uğurla daşıya biləcək azı beş futbolçu çıxacaq.
“Xalq komandası” olmaq üçün sözün əsl mənasında xalqın komandası olmaq, xalqa tərəf getmək lazımdı. Təklifi biz verdik, qaldı bizim klubların bu təklifi dəyərləndirməsi. Faydasını həm özləri görəcək, həm də Azərbaycan futbolu. Əmin ola bilərsiz.
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyul 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri