Icma.az
close
up
RU
Ayxan Abbasov: Mikels Şamaxıda qalacaq Müsahibə

Ayxan Abbasov: Mikels Şamaxıda qalacaq Müsahibə

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov apasport.az saytına müsahibə verib.

- Artıq bu həftə Premyer Liqa matçlarına start veriləcək. Komandanızı mövsümün ikinci hissəsinə hazır hesab edirsiz? 
- Öncədən neçə faiz hazırıq demək düzgün olmaz. Amma oyundan-oyuna daha yaxşı olacağıq. İstirahətdən sonra 2 həftəlik toplanışda olduq, yoldaşlıq görüşləri oynadıq, futbolçularımın istəkli olması məni sevindirdi. Narahat edən məqam odur ki, gələn legionerlərimizin əvvəlki oynadığı çempionatlarda oyunları tez qutarmışdı və onlar daha çox istirahət etmişdilər, təxminən iki ay. Onların formaya düşməsinə vaxt lazım olacaq. İnanıram ki, 3-4 turdan sonra zədə olmasa, bütün futbolçularım tam hazır olacaq.

- Komandanız "Zirə" və "Sabah"a qarşı yoxlama görüşləri keçirdi. Həmin matçlarda komandanın performansından razı qaldınız?  
- İki oyunda da razı qaldığım məqamlar çox oldu. Düzdür, narazı qaldığım məqamlar da var. Ancaq iki oyunda da mübarizə yüksək səviyyədə idi. Əsas çatışmazlıq odur ki, hər iki matçda çoxlu qol epizodu olsa da, təəssüf ki, istifadə edə bilmədik. Bu bizim 1-ci və 2-ci dövrədə də başımıza gəlmişdi. Bir çox oyunlar var idi ki, rəqibdən üstün oynayırdıq. Amma təəssüf ki, o epizodlardan istifadə edə bilməyib, ya uduzurduq, ya da bərabərə qalırdıq. Halbuki həmin oyunlardakı xalları qazansaydıq, indi tam başqa nöqtədə ola bilərdik. Bizdə gənc futbolçular çoxdur. Müşahidə edirik ki, onların çıxışı oyundan-oyuna daha yaxşı olur. Amma çalışmağa davam etməliyik.     

- "Sabah"la matçda Abdulla Seyidəhmədovun hücumçu kimi oynaması daha çox diqqəti çəkdi. Həmin anda hücum mövqeyində futbolçu yox idi, yoxsa Abdullada perspektiv gördüyünüz üçün bu cür sınamaq istəyirdiz? 
- Bilirsiz, o oyun üç hissədən ibarət idi. Oyundan 2 gün qabaq yeni gələn hücumçumuz xəstələndi. Zahid Mərdanov da komandanı tərk etdi. Yoxlama oyununu danışanda, planlaşdırmışdıq ki, oyunçularımızın sayı kifayət edirdi ki, iki heyətimiz olsun. Amma bu hadisələr baş verəndən sonra oyunçu sayımız azaldı. Futbolçularımız tam hazır deyil. Buna görə, birdən-birə üç hissə oynamaqlarına risk etmədik. Bilirsiz, oyunçu sayı az olanda məşqlərdə Abdulladan istifadə edirik. Həqiqətən, pis təsir bağışlamır. Onu müdafiəçi kimi oynatdıq. Oyunun sonunda isə hücuma atdıq. Qol vurmaq istəyirdik. Hündür oyunçu olduğu üçün istifadə etmək istədik. Məncə, onun üçün də təcrübə oldu. Qapıçılarda belə qabiliyyət varsa, nə vaxtsa, dar günə düşəndə ondan istifadə etmək olar.  

- Maraqlıdır, Premyer Liqada və ya kubok görüşlərində də məcbur olsanız, eyni addımı atarsınız? 
- Çempionatda gözlənilməz hallar olur. Əvəzedici heyətdən də futbolçu gətirə bilərik. Amma hansısa çətin vəziyyət olsa, Abdulla onun öhdəsindən gələ bilər.

- Yeni transferləriniz artıq komandaya qoşulub. Demək olar ki, "Şamaxı" yüksəlişə keçərsə, hətta avrokuboklar uğrunda mübarizəyə də iddia edə bilərsiz? 
- Belə deyək də, bizdən ayrılanların sayını götürsək, gələnlər onlardan azdır. Hardasa, 8 futbolçu ayrılıb, 7 transfer etmişik. Əlbəttə ki, onların yerlərini doldurmalıydıq. Gələn legionerlərin adaptasiyasını fikirləşsək.. Murad Vəliyev cavandır. Vüsal Məsimov və Cəlal Hüseynovun bizə kömək edəcəyinə inanırıq.  Yeni gələnlər çoxdur. Ümidlərimiz böyükdür. Biz də istəyirik ki, rəqabətə dayanıqlı komandamız olsun. Oyunçularımız inkişaf etsin. Əsas məqsədimiz bu mövsüm Premyer Liqada qalmaqdır. Bunun öhdəsindən gəlməliyik ki, gələcəkdə daha iddialı olaq.  

- Leroy Mikelsin adı daha çox "Araz-Naxçıvan", "Neftçi" və "Sabah"la hallanırdı. Ancaq deyəsən, ən azından yaya kimi komandada qalacaq? Onun müqavilə müddətini artırmaq istəyirsiz? 
- Mikels yaxşı sezon keçirir. Komandanın lideridir. Amma ona görə klubumuza kimsə təklif göndərməyib. Ona görə, bizimlə davam edəcək.

- Fasilədən sonra ilk oyununuz "Qarabağ"a qarşıdır. Təqvim yaxşıdır, yoxsa necə?
- "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Ancaq mübarizə aparacağıq, oynayacağıq. İndi oldu, ya iki turdan sonra oldu, fərqi yoxdur. Çempionatımızda hər komanda bir-birilə oynamalıdır.

- Yeri gəlmişkən, "Qarabağ"ın  əsas forvardı Juninyo Olavio haqda fikriniz necədir? Azərbaycandan "Flamenqo" kimi iddialı kluba oyunçunun getməsini necə şərh edərdiniz?

- "Qarabağ" bu gün tam formalaşmış komandadır. Özündən hər yerdə söz etdirir. Bu gün "Flamenqo"nun "Qarabağ"dan braziliyalını transfer etməsi, "Qarabağ"ın uğurudur. "Sevilya" da onu istəyirdi. Juninyo "Qarabağ"a getdi. Məncə, "Qarabağ" artıq dünya klubları arasında izlənilir. Bu yaxşı haldır və bizi yalnız sevindirə bilər.

"Şəki"nin basketbolçusu: "Meydana çıxmaq üçün çox həyəcanlıyam" Millimizin baş məşqçisi: “Futzalda zəif rəqib anlayışı yoxdur” U-19-un məşqləri davam edir “Neftçi”dən ilk transfer - RƏSMİ AFFA millimizə yeni futbolçu gətirir - Qazaxıstandan!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri