Icma.az
close
up
RU
“Şamaxı”da qalsam, yaxşı komanda formalaşdıra biləcəm”

“Şamaxı”da qalsam, yaxşı komanda formalaşdıra biləcəm”

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 35-ci turunda “Araz Naxçıvan”ı qəbul edib.

İdmanxeber.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov heyət baxımından əziyyət çəkdiklərini bildirib:

“Çempionat bitir. Son iki oyun bizim üçün çətin keçir. Heyət baxımından əziyyət çəkirik. Ümumi olaraq, istədiyimizə nail olmuşuq. Mövsümü uğurlu saymaq olar. Büdcə olaraq bizdən qat-qat üstün komandalarla baş-başa mübarizə apardıq. Bu gün də yaxşı oynadıq. Düşünürəm ki, oyunun nəticəsi heç-heçə olmalı idi. Ancaq adi bir səhv məğlub olmağımıza gətirib çıxardı.

Bəzi üstünlüklərimiz var ki, əksər leginerlərlə müqavilələrimiz hələ ki, davam edir. Komandada qalacaqlar. Yeni transferlər olacaq. Büdcəmiz hələ ki, təsdiqlənməyib. İnanıram ki, gələn mövsüm “Şamaxı”da qalsam, yaxşı komanda formalaşdıra biləcəm.

Real danışan adamam. Ona görə də, növbəti mövsümdən bu komandayla yuxarı pillələr uğrunda mübarizə aparacağıq desəm, yalan danışmış olaram. Rəhbərlik də axtarışdadır. Nələrsə etmək istəyir.

Bəzi çətinliklər var ki, onları həll etməliyik. Yəni bunlar yerinə yetirilməsə, mən də riskə getmək istəmərəm. Çünki ötən mövsüm də risk etmişdim. Bəzi problemlərimiz var, dəstək yoxdur. Bunları həll etməliyik.

İnanın ki, bu gün əlavə 15 futbolçumuz olsaydı, bütün komandaya istirahət verib onları oynadardım. Qışdan sonra bir hücumçumuz var. Maykl Tuik dünən məşqdə də ağrılar hiss etmişdi. Bu gün istədik yoxlayaq. İsinmədə yenidən özünü yaxşı hiss etmədi”.

“Şamaxı” sonuncu turda evdə “Qarabağ”la üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 17 May 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri