Şamaxının baş planı hazırlanır Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şamaxı şəhərinin baş planının hazırlanmasına start verilib.
“Qafqazinfo” xəbər verir ki, Baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifariş olunub və “İntegris” MMC, “Oneworks” və “HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret A.Ş” şirkətləri tərəfindən icra olunacaq.
Layihə ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində toplantı keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova və layihənin icraçısı olan “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov, Türkiyənin “HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret Anonim Şirkəti”-nin sahibi Hidayət Kandemir, İtaliyanın “Oneworks” şirkətinin idarəedici tərəfdaşı Leonardo Kavalli və digər nümayəndələr iştirak ediblər.
Toplantıda layihənin hazırlanması zamanı yerli tarixi memarlıq üslubunun və tarixi abidələrinin qorunması, əhalinin və nəqliyatın rahat hərəkəti, eləcə də layihənin müasir şəhərsalma prinsiplərinə uyğunluğu müzakirə olunub.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 15 Aprel 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















