Icma.az
close
up
RU
“Şamaxı”nın yeni müqaviləsini qəbul etmədim, çünki...” Konate Hindistan klubunu yox, “Zirə”ni seçib

“Şamaxı”nın yeni müqaviləsini qəbul etmədim, çünki...” Konate Hindistan klubunu yox, “Zirə”ni seçib

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024/25 mövsümünü “Şamaxı”nın heyətində keçirən, “futbol ili” bitəndən sonra “Zirə” ilə anlaşan Brahim Konate “Football-plus.az”a müsahibə verib.

- Artıq “Zirə”nin futbolçususan. “Şamaxı”nı tərk etməyinin səbəbi nə idi? Maliyyə şərtlərində razılaşmadız, yoxsa...
- Səmimi olsaq, “Şamaxı”nın yeni müqaviləsini qəbul etmədim. Çünki ailəmlə birlikdə yaşamaq imkanım yox idi. Onlardan 10 ay ayrı qaldım və bu, asan deyildi. “Zirə”nin təklifindən isə çox razı qaldım.
- Yeni komandan haqqında fikirlərin necədi? Uyğunlaşa bilmisən?
- “Zirə” yaxşı oyunçulara malik olan güclü komandadı. Başa çatan mövsümdə bu kollektivə qarşı dörd dəfə oynamışam. Bütün matçlar çətin keçib. Yavaş-yavaş komandaya uyğunlaşıram. Ümumi enerji çox yaxşıdı.
- Bəs başqa hansı klublardan təklif almışdın?
– Hindistandan da təklif gəlmişdi. Başqa klublardan da maraq var idi. Arzum Azərbaycanda qalmaq idi. Hər halda, “Zirə”ni seçdim. Çünki klubun layihəsi məni inandırdı və məşqçinin danışdıqları xoşuma gəldi. Karyeramın davamı üçün bu qərarın düzgün olduğuna inanıram.
- Azərbaycan premyer-liqasında rəqabətin səviyyəsindən razısan? Ümumiyyətlə, burda özünü necə hiss edirsən?
– Liqada səviyyə yaşxıdı. Düşünürəm ki, növbəti mövsüm səviyyə daha da yüksələcək. Şəxsən özümü burda yaxşı hiss edirəm.
- Məlumdu ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Bu komanda haqda nə düşünürsən?
- “Hayduk”a ad olaraq bələdəm. Oyun gününə kimi mümkün qədər yaxşı hazırlaşacağıq. Komandama inanıram.
- Rəşad Sadıqov avrokubok matçlarında sənə şans verəcək?
- Bunun üçün əlimdən gələni edəcəyəm. Rəqabəti sevən biriyəm.
Xatırladaq ki, 29 yaşlı futbolçu “şirlər”in heyətində keçirdiyi 30 oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı yarımmüdafiəçi “qartallar”la ikiillik müqaviləyə imza atıb.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri