Icma.az
close
up
RU
Şamil Süleymanlı: “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” Müsahibə

Şamil Süleymanlı: “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” Müsahibə

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Lent.az-a istinadən Xalq artisti Şamil Süleymanlının müsahibəsini təqdim edir.

O, “Baladadaşın ilk məhəbbəti”, “Dolu”, “Evlənmək istəyirəm” kimi 50-dən çox filmdə rol alıb.

- 7 dəfə Həcc ziyarətində olmusuz... Necə idi?

- Allah qismət elədi, getdim. Birinci dəfə 1994-cü ildə ziyarət etdim. Ziyarət edib Mədinə şəhərinə getdik. Dedilər ki, sübh tezdən peyğəmbərin minarəsini ilk dəfə görəndə salam verib arzularınızı deyin. Mən də salam verib dua etdim: Şuşa məscidində namaz qılmaq istəyirəm. May ayının 12-si idi. Duanı edib Allaha yalvardım ki, bu arzum gerçəkləşəcəksə, mənə bir işarə ver.

63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ İrem Dericiyə bu formada gündəmə gəldi - VİDEO Müğənni Dəniz Əsədovanın cəzası artırıldı

Allaha qurban olum, duman-çiskin gəldi. Və ondan düz 27 il sonra may ayının 12-də Şuşada Gövhərağa məscidinin qarşısında idim... Bir nəfər mənə demişdi ki, Şuşanı bizdən Allah aldı. Çünki bir küfr eləmişdik - Şuşanı Allahdan çox sevdik, ona görə də, Allah Şuşanı bizdən aldı. Mən cənab prezidentə təşəkkürümü bildirirəm, dedi və elədi. Getdi orada paxlava ilə çay da içdi.

- Şuşalı olsanız da Bakıda böyümüsüz.

- Bəli, Bakıda böyümüşəm. Özü də Bakının ən gözəl yerlərində - Kubinka və "Sovetski". Hər dəfə də deyirəm, çıxsın qabağıma o bakılı ki, məndən daha çox bakılıdır. Şuşanı isə daha çox köhnə kişilərdən öyrənmişəm. Məni nənəm böyüdüb, nənə balasıyam. O, oraların hamısını mənə küçə-küçə danışıb.

- Ədəbiyyatı, şeiri çox sevirsiz. Haradan gəlib bu sevgi?

- Anam ədəbiyyat müəllimi olub. Səməd Vurğunu, Mikayıl Müşfiqi çox sevirdi, onların şeirlərini əzbər bilirdi. Uşaq vaxtından onların şeirlərini bizə oxuyub. Sonra isə Ramiz Rövşənlə dostlaşdım. Onu çox istəyirəm. Evlənəndə də qızı Ramiz Rövşənlə məsləhətləşdim. Həmişə düşünürdüm ki, kinoda mühacirəm, nə vaxtsa şair olacağam. Amma Allah səsimi eşitdi, özüm olmasam da, qızım şair oldu.

- Deyəsən, Ramiz Rövşənlə ilk tanışlıqda aranızda yüngül bir dava da olub.

- Bəli, Ramiz Rövşən o vaxt Moskvada oxuyurdu. Mən də tələsik gəlmişdim ki, bilet alım. Elə təzəcə kresloda oturmuşdum, çox dəblə geyinmiş uzun saçlı bir oğlan durub gəldi ki, bura mənim yerimdir. Heç nə demədim, amma zəhləm getdi ondan. Lakin sonradan bərk dostlaşdıq.

- Hələ də münasibətiniz qalır?

- Əlbəttə. Mən Ramizə "dədə" deyirəm.

- Hazırda filmlərə çəkilirsiz?

- Bəli. Sentyabrın axırına qədər bir dəqiqə vaxtım yoxdur. İki YouTube filminə dəvət almışam. Hazırda bir komediyaya çəkilirəm. Bir də "Qıfıl" filminə çəkiləcəm. Mədəniyyət Nazirliyinin filmidir.

- Peyğəmbəranə bir auranız var. Rejissor olsaydım, sizə mifik, dini bir obraz verərdim. Heç belə təklif olub?

- Çox sağ ol ki, bunu görmüsən. Mədəniyyət Nazirliyi bir əfsanə çəkir. Skif dövründən bəhs edir. Orada Ağ Ruh var, onu canlandırıram. Və bu filmi ən çox sevdiyim rejissorla - Elxan Cəfərovla işləyirəm.

- Kinostudiyanın hazırkı fəaliyyəti nə yerdədir? Razısız?

- Kinostudiyanın fəaliyyətinin ən qızğın vaxtında orada işləmişəm. Ora bizim üçün məbəddir. Mən gəlmişdim, səninlə dava eləməyə. Neçə gündür müsahibə üçün məni dəli eləmisən (Gülür). Jurnalistlərdə bir dəb var, gəlirsən müsahibə verməyə, deyirlər ki, neçə vaxtdı görünmürsən. Deyirəm ki, sən hansı filmə baxırsan axı? Azərbaycanfilm Kinostudiyasının o vaxtkı fəaliyyətini görmüşəm, ona görə də, indi məni qane etmir. 7-8 adda bədii, 32 sənədli film, Mozalan jurnalı... Kinostudiyanın dəhlizində adamlar bir-birinə dəyirdi. İndi elə deyil.

- Teatr səhnəsinə çıxmamısız. Demisiz ki, fobiyam var. Nəyədir bu fobiya?

- Bilirsiz, teatr böyük sənətdir. Aktyor kimi tetrda olsam, o pərdə bir dəqiqə gec açılsa, ürəyim partlayar.

- Televiziyada tok-şoulara da çıxırsız, məsləhətlər verirsiz. Necə vaxt tapırsız bunlara?

- Bilirsiz, oradan narazı olanlar da var. Zaur elə dedi, belə dedi. Amma Zaurun müalicə etdirdiyi xəstələr var.

- Amma sanki bəzi şeyləri çox şouya çevirirlər...

- Şou deyil. Orada nəsə yalan olsa, özümü də, onları da öldürərəm. Amma bəzən bir adam gəlir ki, uşağım məndən deyil. O neynəsin? Bir dəfə Zaur bir kostyum geyinmişdi. Dedim, nə qəşəng kostyumdu. Onu mənə bağışladı. Hətta Zaurun verdiyi kostyumla filmə də çəkilişəm (gülür).

Doğrudur, bəzi şeylər var ki, qabağını almaq olmur. Bəzən biri gəlir ki, arvadım evdən gedib. Gedib gedib də, sağ əlin bizim başımıza (gülür). Ya da kimsə uşağını verir kimsəsizlər evinə. O qədər ağlamışam ki, elə şeylərə görə. Özü də nəvəm olandan sonra uşaqlara qarşı lap həssaslaşmışam.

- Hansı rola çəkilməzsiz?

- Əvvəllər teatrlara şəbehlər çıxarırdılar. Orada Yezid rolunu heç kim oynamaq istəmirdi, amma sonradan bildim ki, o rolu oynamaq savab imiş.

- Bəs çəkilmək istədiyiniz rol oub?

- İzəbaxan rolunu canlandırmaq istəyərəm. Peyğəmbəri axtaran dəstənin qarşısında gedən izəbaxan. Gəlir bir mağaraya, bilir ki, peyğəmbər içəridədi, amma onlara deyir ki, hörümçək tor qurub, burada ola bilməz. Sonradan qayıdır mağaraya, deyir, La ilahə illəllah...

- Şamil Süleymanlının məhəbbət hekayəsi necə olub?

- Sən, bizim evə dava salmaq istəyirsən? (gülür).

- Onsuz olan olub, keçən keçib. Hamısı gənclikdə qalıb. Məncə, problem olmaz.

- Biz arvadımızı çox istəyirik!

- Çox diplomatik cavab idi...

- ...

- Şamil müəllim, komediyalara da çəkilirsiz. Niyə yumor hissi bu qədər zəifləyib, tutarlı komediya niyə yoxdur?

- Onun günahı siz jurnalistlərdədir. Hansınız bir dəfə onları tənqid elədiz? Televiziya jurnalistləri etdi bunu. Deyir, "filan məşhur belə oldu". Baxırsan ki, "məşhur" dediyi toyxana adamıdı. Orasını-burasını şişirdənlərdir. Gör vəziyyət hansı səviyyəyə çatıb ki, Dədə Ələsgərin sazını götürüb abırsız şeirlər oxuyurlar. Əvvəl aşıqların hərəsinə bir qəribə şalvar geyindirmişdilər, başlayırdılar Sovet hökumətini tərifləməyə. Sovet hökuməti dağılandan sonra düşdülər üstünə, düzəltməyə çalışdılar.

Aparıcılara baxın - danışa bilməyən, pəltəkləyən nə qədər aparıcı var... Əksəriyyəti bayağı yumora sahibdi. Bayağı komediyalar çəkilir. Komediya çox qəliz janrdır. Faciədə sonda ölüm olur və bitir, komediyada isə heç ölüm də çıxış yolu deyil.

- Bəs siz niyə bu bayağı komediya çəkənləri tənqid eləmirsiz?

- Onu deyə bilmərəm. Çünki deyəcəklər ki, bəs siz o vaxt öz dövrünüzdə ağız-burun əyənləri niyə tənqid etmirdiz?

- Niyə etmirdiz?

- Çünki başım qarışmışdı. Özüm filmlərə çəkilirdim. Vaxtım yox idi.

Rəhman Mirzəlizadə

"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi “Bir ehtimal da var, o da ölməkmi deyirsən?” - Qədim yunan dilini mükəmməl bilən anarxist şair Artıq bu peşələrə ehtiyac olmayacaq - Siyahı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri