Icma.az
close
up
RU
Tanınmış aktrisa: “Evlənəcəyim kişi hörmətli və pullu olmalıdır” MÜSAHİBƏ

Tanınmış aktrisa: “Evlənəcəyim kişi hörmətli və pullu olmalıdır” MÜSAHİBƏ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mən uşaqlıqdan pulu çox sevirəm. Ailə həyatı quracağım şəxsin bəlli bir qazancı olmalıdır”.

Bu sözləri “İki qapı arasında” serialında “Duyğu” obrazına həyat verən tanınmış aktrisa Əsmər Rüstəmli “Cebheinfo.az”-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Əsmər Rüstəmli kimdir, harada və nə zaman doğulub?

- 3 oktyabr 1991-ci ildə Bakıda, “Sovetski”də dünyaya gəlmişəm. Uşaqlıqdan incəsənətə marağım olub, amma ailəm buna qarşı idi. Gizli-gizli hazırlaşıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Bizim nəsildə incəsənətlə məşğul olan yeganə şəxs mənəm.

Anam qətiyyən bu sahədə olmağımı istəmirdi, atam da qarşı idi. Ancaq bu sahəyə çox həvəsim olduğuna görə axırda razılaşdılar. Onu da deyim ki, özümü həmişə “Hürrəm Sultan” kimi hiss edirəm. Hətta bəzi tanışlarım da məni “Hürrəm” deyə çağırırlar.

- Karyeranıza necə başlamısınız?

- Mən özümü daha çox aparıcı kimi görmək istəyirdim. Sadəcə olaraq həyat elə gətirdi ki, aktrisa oldum. Məndə kompleks yoxdur. Bəlkə də mənim üstünlüyüm də məhz budur. Yəni çox rahat insanam. Məni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məşhur rejissor Tariyel Vəliyev hazırlaşdırıb. Sadəcə anam icazə vermədiyi üçün karyerama çox gec başladım. 

Artıq yaşımın getdiyini və həyata bir dəfə gəldiyimi düşündüyüm üçün bu sahədə olmağa qərar verdim. İlk olaraq “ATV” telekanalındakı verilişlərdə müxbir olaraq 5 il çalışmışam. Daha sonra aktrisa olaraq davam etdim.

- “İki qapı arasında” serialına necə daxil olmusunuz?

- Bu, ilk serial təcrübəmdir. Mənə bir çox film və serialdan təkliflər gəlib, amma qəbul etməmişdim. Lakin Elməddin bəyin komandasının aurası məni çox açdı və onların təklifini qəbul etdim. Məni Elnur Hüseynov kəşf edib. O, məni illər öncə bir toyda gördü, adımı soruşdu və “Sən yadımda qaldın” dedi.

“İki qapı arasında” serialı başlayanda da Elnur bəy məni məsləhət görüb. İlk olaraq bir çox aktrisanın adı gündəmə gəlsə də, məni seçdilər. Əslində, məni “Sevgi” rolu üçün çağırmışdılar. Ancaq çəkiliş meydançasına gedəndə Elməddin Cəfərov məni gördükdən sonra dedi ki, “Bu, safa oxşamır, diribaşdır”. 

Elə oradaca Vəfa İsmayılova ilə rollarımız dəyişdi. “Sevgi” sakit, baldızından qorxan, sakit bir obrazdır. “Duyğu” isə bir az həyasız xarakterdir. Mən real həyatda da qorxaq insan olmadığımız üçün bu rolu canlandırmaq mənə daha rahat oldu. “Duyğu” kimi olmasam da, sözümü rahat deyən insanam. 

- Komediyada davam etmək istəyirsiniz, ya fərqli rollarda da özünüzü sınayacaqsınız?

- Mən heç vaxt özümü komediyada görməmişəm. Düşünürəm ki, mən də dram möhtəşəm alınar. Ona görə gələcəkdə dram janrında çəkilən layihələrdə də çəkilmək istəyərəm. Lakin bununla yanaşı, uyğun komediya obrazları olsa, bu sahədə də davam edə bilərəm.

- Sənət cameəsində kumiriniz kimdir? 

- Hər insanın öz xarakteri var. Heç vaxt kiməsə oxşamaq istəməmişəm. Ona görə də ideal aldığım aktrisa yoxdur. Düşünürəm ki, hər kəs özü olmalıdır, kiməsə bənzəməməlidir.

- Bir müddətdən sonra tanınan aktrisa olacağınıza inanırsınız?

- Mən çox gözəl olduğumu deyə bilmərəm, amma özümü çəkici hiss edirəm. Ona görə də çox qısa zamanda ölkə səviyyəsində tanına biləcəyimə inanıram. 

- Maraqlıdır, necə bir bəylə ailə həyatı qurmaq istəyərsiniz?

- Mən varlı insanları çox sevirəm. Səviyyəyə önəm verirəm. Evlənəcəyim kişi hörmətli və pullu olmalıdır. Bu həyatda pul hər şey deyil, amma çox şeydir. Çünki həyatımızın 99 faizini pul həll edir. Mən uşaqlıqdan pulu çox sevirəm. Ailə həyatı quracağım şəxsin bəlli bir qazancı olmalıdır. Həmçinin, işində sözünü demiş adam olmalıdır. 

Həmişə həyatımda olacaq şəxsin yaşının 40-dan çox olacağını düşünmüşəm. O yaşda kişinin olğun, həyatda və işində sözünü demiş olur. Ən əsası evlənəcəyim şəxs itimi sevməlidir. Qızım dediyim “Hera” adlı bir itim var. O mənim övladım kimidir, həyatımı ona həsr edirəm. Onu hədsiz dərəcədə çox istəyirəm, evlənəcəyim şəxs də “Hera”nı sevməlidir. Bu kriteriyalara cavab verən bəylə evlənə bilərəm. 

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:529
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri