Icma.az
close
up
RU
Samir Abasov: Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir

Samir Abasov: Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hücumlarımız məntiqi sonluqla başa çatmırdı. Bunun səbəbi nədir? Oyunda üstünlük "Neftçi"nin tərəfində idi. İkinci hissədə rəqibə epizod vermədən, 2 epizod əldə yaratdıq. Ustalıqla bağlı olan şeylərdir. Aleks Fernandesin epizodunda bəxtsizlik oldu. 4-5 qol epizodu yaradırıqsa, bu, yaxşı tərəfimizdir. Xal itirmək bizi üzür".

"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hakimlikdən narazı idiz?

Bəli, çox narazı idim, çox əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu, temp öldürmək, bir tərəfli qərarlar. Bu da bizi narahat etməyə başlayıb.

- "Sabah"la matçda hansı dəyişiklik etmək istəyirsiz?

Öz oyunumuza köklənməliyik. İlk oyun öz meydanımızdadır. Hər şeyi etməyə çalışacağıq. Qorxduğumuz məqamlar var. 2-3 futbolçunu da itirə bilərik. Təki, oyunçular sağlam olsunlar.

- Komandaya gələndən futbolçuları mental olaraq düzəltməyə çalışırsız. Millidən gələn oyunçuların psixoloji durumu daha pis idi?

Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli də Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə. Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalov psixoloji durumdan görünürdü  ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur.

- "Sabah"la kubok görüşü haqda nə düşünürsüz? Sizi narahat edən nəsə var?

- Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan həmin oyuna hazırlaşacağıq. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. "Nottingem Forrest" - "Mançester Siti" görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi.. Sambuya iki oyun cəza niyə verildi? Məqsəd nə idi? Mənim üçün qaranlıq qalır. Bilməyəcəm də niyə belə oldu. Fakt odur ki, yersiz yerə oyunçumuzu itirdik.

Mirbağırağa 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri