Icma.az
close
up
RU
Hakimlik çox aşağı səviyyədədir Samir Abasov

Hakimlik çox aşağı səviyyədədir Samir Abasov

Icma.az bildirir, Fanat portalına istinadən.

“Hücumlarımız məntiqi sonluqla başa çatmırdı. Bunun səbəbi nədir? Oyunda üstünlük “Neftçi”nin tərəfində idi. İkinci hissədə rəqibə epizod vermədən, iki epizod yaratdıq. Ustalıqla bağlı olan şeylərdir. Aleks Fernandesin epizodunda bəxtsizlik oldu. 4-5 qol epizodu yaradırıqsa, bu, yaxşı tərəfimizdir. Xal itirmək bizi üzür”.

“Neftçi” Misli Premyer Liqasının 28-ci turunda doğma meydanda “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Hakimlikdən narazı idiniz?
– Bəli, çox narazı idim, çox əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu, temp öldürmək, bir tərəfli qərarlar. Bu da bizi narahat etməyə başlayıb.

“Sabah”la matçda hansı etmək istəyirsiz?
– Öz oyunumuza köklənməliyik. İlk oyun öz meydanımızdadır. Hər şeyi etməyə çalışacağıq. Qorxduğumuz məqamlar var. 2-3 futbolçunu da itirə bilərik. Təki, oyunçular sağlam olsunlar.

Komandaya gələndən futbolçuları mental olaraq düzəltməyə çalışırsız. Millidən gələn oyunçuların psixoloji durumu daha pis idi?
– Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli də Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə. Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalov psixoloji durumdan görünürdü  ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur.

– “Sabah”la kubok görüşü haqda nə düşünürsüz? Sizi narahat edən nəsə var?
– Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan həmin oyuna hazırlaşacağıq. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. “Nottingem Forrest” – “Mançester Siti” görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi.. Sambuya iki oyun cəza niyə verildi? Məqsəd nə idi? Mənim üçün qaranlıq qalır. Bilməyəcəm də niyə belə oldu. Fakt odur ki, yersiz yerə oyunçumuzu itirdik.

Mənbə: Sportal.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri