Samir Abasov bu gecə istefaya göndəriləcək, yoxsa..? SON QƏRAR VERİLDİ!
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
«Neftçi» rəhbərliyinin gələn mövsümə aid əsas qərarı bəlli olub.
Paytaxt təimsilçisi ötən ilin oktyabrında baş məşqçi postuna gətirdiyi Samir Abasovla yola davam etmək niyyətindədir.
Bununla bağlı uzun müddətdir aparılan danışıqlar artıq başa çatıb. Müşahidə Şurasının əksər üzvləri Roman Qriqorçukun yerinə gəlmiş mütəxəssisə daha 1 il şans verməyin tərəfdarı qismində çıxış edib.
Onların fikrincə, mövcud heyəti Abasov yığmadığı üçün yayı gözləmək lazımdır. Şura üzvləri bu qənaətdədir ki, ukraynalı əvvəlki çalışdırıcı oyunçu seçimi düzgün olmadığından, komanda hazırda qeyri-sabit sezon keçirir.
Hətta «ağ-qaralar» bu gün «Sabah»a uduzub ölkə kubokunda yarımfinal mərhələsinə vəsiqə qazana bilməsə belə, Samir Abasova güldən ağır söz deyən olmayacaq.
Yəni, avrokuboklara son vəsiqə şansı itsə də, o, ilk vaxtlarda olduğu kimi, yenə öz fəaliyyətinə davam edəcək.
Sumqayıtlı məşqçiyə şərait yaradılacaq ki, ciddi islahatlar aparsın və istədiyi transferləri həyata kençirsin. Başqa sözlə, «yuxarı»dan ona tam dəstək var! \\SPORTİNFO.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Aprel 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















