Icma.az
close
up
RU
Samir Abasov: “Bunlar istefaya səbəbdir?”

Samir Abasov: “Bunlar istefaya səbəbdir?”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXVII turunun “Səbail” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Erkən qollar üçün savaşdınız. 2 qol vursanız da, narahatlıq sezilirdi…
– Narahatlığın səbəbi fasiləyə yaxın uzaqdan buraxılan qol idi. Qələbə qazanmaq istəyirdik. Qarşıda fasilə var və üç xal bizə yaxşı əhval verəcəkdi. Narahatlıq ondan idi ki, qol buraxdıq və ardı gələ bilərdi. Oyunu eyni davam etdirib, qollar vura bilirdik. Matçın birinci hissəsində yaxşı oynayıb, hücumlar edib, iki qol vurduq. Fasilədən sonra döyüşməli olursan. Niyə müdafiədə olmağımızla bağlı tənqid ola bilər, amma uşaqlar sınaqdan üzüağ çıxdı. Rəqibə çox epizod vermədik. Uşaqlar sona qədər mübarizə apardılar. Üç xal bizimçün çox önəmli idi.

– Qarşıda milli fasilə var. Belə fasilələr bəzi komandlar üçün faydalı, bəziləri üçün pis olur. Sizə necə təsir edəcək?
– Zədəli oyunçularımız üçün yaxşı olacaq. Onlara bu fasilə kömək olacaq. Lakin heç bir komanda belə fasilələrlə razı olmur. Çünki yaxaladığın tempdən düşə bilirsən. Fasilənin mənfi tərəfləri var.

– “Neftçi” mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməzsə, istefa verəcəksiniz?
– Verməliyəm? Yəni, getməliyik? Nəzərə alsaq ki, bəs 5 xalnan bu komanda götürülüb? Avrokuboklara vəsiqə qazanılmazsa, klub uğursuzluq olar. Komandanı pis vəziyyətdə götürmüşəm və indi düzgün yoldayıq. Çempionatda da riyazi şanslarımız var. Bunlar istefaya səbəbdir? Dediyinizin arxasında nələrsə gizlənilir? Əmin edirəm ki, siz və sizinkimilərin dediyinin arxasında çox şey gizlənir. Biz öz işimizdəyik və canla-başla çalışırıq. Sual veriləndə nəzərə alın ki, sonrasında nələr yazılacaq, deyiləcək. Nə üçün olmayan şeydən nəsə çıxarırsınız? Mənim qarşıma qoyulan hədəflərdən, etdiyimiz söhbətlərdən xəbəriniz yoxdur.

– Nəticələr üçün baş məşqçi nə qədər önəmlidirsə, materiallar da vacibdir. Sizcə, bu heyətlə istədiyiniz nəticəyə çata bilərsiniz?
– Yeni mövsümdə nə olacaqsa, sonra danışacağıq. Bu gün şəxslərin adlarından danışmaq yersizdir. Azından bilirik ki, çempionat bitənə kimi bu futbolçularla yolumuza davam etməliyik. Bizdən öndə olan komandalar var ki, sırf oyunçuların döyüşməsi hesabına bu yerə gəlib. Bura gələndə hansı yükün altına girdiyimizi bilirdik. Elə mövqelər var ki, ora mənim istədiyim tip oyunçular lazımdır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri