Icma.az
close
up
RU
Samir Abasov: Son ötürmələrdə problemlər yaşadıq

Samir Abasov: Son ötürmələrdə problemlər yaşadıq

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının VIII turunun "Neftçi" – "Araz-Naxçıvan" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Qəliz oyun keçdi. Bəzi anlarda biz, bəzi anlarda rəqib fərqlənə bilərdi. İlk qola qədər çox yaxşı oynadıq. Qoldan sonra nədənsə "oturduq". Belə planımız yox idi. Həddindən artıq çox top itirdik, sonra da rəqib qol vurdu. İkinci hissəyə başlayanda uşaqlara bəzi tapşırıqlar vermişdik. Lakin oyun başlayan kimi müdafiəçimizin səhvindən qol buraxdıq. Planlarımızı sona qədər davam etdirdik. Qol buraxsaq da, ruhdan düşmədik. Oyunun sonlarında dirəkdən qayıdan topumuz da oldu. Əfsuslar olsun, qələbə qazana bilmədik. Bu gün kimin qazanıb, kimin itirdiyini deyə bilmərik. Həddindən artıq çox təhlillər lazımdır. Üzücü məqam qərarlarımızdakı problemlər idi. Son ötürmələrdə problemlər yaşadıq. Ola bilsin, kifayət qədər birlikdə məşq edə bilməməyimizə görə belədi. Millilərinə gedən futbolçularımız çox idi.

– 1:0-dan sonra tamam fərqli oynamağınız nə ilə bağlı idi?

– Fikirləşirdik ki, 1:0-dan sonra daha da basqılı olacağıq. Lakin çox top itkilərinə yol verdik. Bunun səbəbi özümüzük. Çox epizod yarada bilərdik, amma alınmadı. İndi nəsə demək çox çətindir.

– Birinci qolda müdafiəçilər, ya qapıçı günahkardır?

– Qapıçı məşqçisi ilə danışandan sonra nəsə deyə bilərəm. Mərkəz müdafiəçilərimiz ondan əvvəl baş verən epizoda fokuslanmışdı. İş də elə gətirdi ki, öyündüyümüz müdafiədə bu gün boşluqlar verdik. Düşünürəm ki, səbəb 1:0-dan sonra oynadığımız oyundadır.

– Abubakarla görüşmüsünüzmü?

– Onun gəlişi komandaya çox yaxşı təsir edəcək. Hər futbolçu yanında keyfiyyətli oyunçu görəndə ona uyğunlaşmağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Sabahdan məşqlərə qoşulacaq.

– Müdafiə xəttiniz qollarda kobud səhvlərlə yadda qaldı. Oyunçular eyforiyadadır?

– Xeyr. Mövqeyimiz o deyil ki, rahatlıq olsun. Səhvlər olur, qaçılmazdır.

– Çempionatda əsas rəqiblərinizlə oyunlarda xal itirmisiz. Bu, hədəfə çatmaqda çətinlik yaratmayacaq?

– Qələbələr qazanmaq istəyirik. Xüsusilə ev matçımızda üç xallar əldə etməliyik. Əfsuslar olsun, epizodları tamamlaya bilmirik. Son qərarlarda tələsirik. Bu gün hər an çempionatda vəziyyət dəyiş bilər. Hər il maraqlı nüanslar olur. Gündən-günə daha yaxşı olmalıyıq, xallar qazanmalıyıq.

– Nigeriyalı Metyu haqda fikirləriniz nədir?

– Metyu oyuna çox yaxşı qoşuldu. Hücumda effektivlik yaratdı. Onun top vəziyyətə çatması üçün zaman lazımdır. Fikirləşirəm ki, çox yaxşı futbolçudur və bizə faydalı olacaq.

– İdrissa Dumbiya ilə bağlı vəziyyət nə yerdədir?

– Müzakirələr gedir. Çox yaxın günlərdə yekunu biləcəyik.

– Oyunun sonlarında gənc Murad və Ağadadaşa şans verməklə risk etmədiniz?

– Oyunçunu meydana buraxırıq ki, effektiv olaq. Baxmırıq ki, gəncdir, ya necədir.

– "Neftçi"yə son çempionluğu qazandıran mövsüm Keysuke Honda gəlmişdi. Bu dəfə Abubakar gəlib. Dejavu yaşamırsınız? Və ya bu transferi rəqiblər üzərində bir basqı yaratmaq kimi düşünmürsünüz?

– Belə düşünənlər də var. Abubakar rəqiblər üçün həddindən artıq motivasiya ola bilər. Xüsusilə müdafiəçilərçün. Bəzi müdafiəçilər üçün Abubakara qarşı yaxşı oynamaq onu ucalda bilər. Hücumda problemlərimiz var və bunu çözmək üçün Abubakarı gətirmişik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Oktyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri