Icma.az
close
up
RU
Samir Abasov: Bu komanda daha yaxşı işlər görəcək

Samir Abasov: Bu komanda daha yaxşı işlər görəcək

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının III turunun "Neftçi" – "Turan Tovuz" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:

– Komandanız nə üçün qol vura bilmir?


– İmkanlarımız oldu, təəssüf ki, bəxtimiz gətirmir. Əvvəlki oyunda da 100 faizlik epizodları dəyərləndir bilməmişdik. Bundan öncəki matçlara baxanda bu gün daha dinamik idik. İlk dəqiqədən qələbə üçün çalışdıq. Planlarımız rəqibin qoluyla pozuldu. Futbolçular həddən artıq arzulu idi ki, qol vursun. İkinci hissədə də aldığımız qırmızı vərəqə daha bir zərbə oldu. Azlıqda olsaq da, təzyiq etdik, çalışdıq. Əfsuslar olsun, bu gün qapımızda epizod görmədən uduzduq. Futbolçulara təşəkkür edirəm, dinamik oynadılar, istəkli idilər. Əlbəttə, səhvlər, tələskənlikdən irəli gələn səhvlər olacaq. Yaxşı işlər görməyə qadirik. Futbolçulardan bu siqnalı gördüm.

– Erkən qol planlarınızı nə qədər pozdu? Və qapıçı Kenan Piriçə səhvi ilə bağlı nəsə deyəcəksiniz?


– Qapıçının səhvi var idi. Lakin bir səhvlə kimisə silmək olmaz. Hamı səhv edə bilər. Kenanın yanındayıq. İnanıram ki, təcrübəsi bizə kömək olacaq. Bu gün mövzu hansısa oyunçunu cəzalandırmaq deyil.

– Kenan Türkiyə Super Liqasında 34 oyunda 65 qol buraxıb. Əvvəlki matçlarda da səhvləri olmuşdu. Növbəti turlarda da oynasa, xallar itirəcəyinizi düşünürsünüz?


– Bunu düşünmürük. Hamı səhv edir, futbolçunu qorumaq lazımdır. Piriçə tam dəstəyik. Bu gün Super Liqadan qapıçı gətirmək asan deyil, bunu "Neftçi" etdi. Futbolçulardan fərdi olaraq danışmaq istəmirəm.

– Bu gün sizi yaxşı oyun, ya nəticə məmnun edir?


– Bugünkü oyun bizim üçün ümiddir, siqnaldır. Qazanmadığımız xal üzərində danışılacaq. Etirazım yoxdur. Sadəcə hansı oyunun üzərində durmaq olar, hansını yaxşılaşdırmaq olar. Bu komanda daha yaxşı işlər görəcək. Buna inanıram. Komandama sonsuz inanıram. Bilirəm ki, yaxşı olacaq.

– Qırmızı vərəqə epizodunda Əliyar Ağayev nə dərəcə işinin öhdəsindən gəlib?

– Əliyarın hansı səviyyədə olduğu hamıya bəllidir. Bugünkü oyun idarəsindən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm, dəqiqliklə baxa bilməmişəm. Rəqib oyunçuların bir neçə dəfə kobud oyunu oldu, vərəqələr verilməli idi. Bilmirəm, necə başa düşüləcək, ancaq sanki bir tərəfə simpatiyası var idi. Bizim əsəblərimizlə oynadı. Əliyar özü görüb, qərar veribsə, dəstəkləyirəm. Bu gün özümüzü ev komandası kimi hiss etmədik. Dəhşət bir şeydir.

– Qorxmursunuz ki, ardıcıl xal itkiləri istefanıza səbəb olar?

– Ola bilər.

– "Neftçi"ni "Qarabağ"ı Çempionlar Liqasına yüksəlməsinə görə təbrik etmədiyi üçün qınayırlar…

– Təbrik etsəm, rəqib kimi digər azarkeşlər də qınayar… Nəysə.

– Şamaxıda olanda demişdiniz ki, qapalı komandalara qol vurmaq çətindir. Bu gün də Tovuz təmsilçisi qarşısında fərqlənə bilmədiniz. Taktiki problem var, ya futbolçu seçimləri ilə bağlıdır?


– Hər fikrə hörmətlə yanaşmalıyıq. Futbolçuların səviyyəsi ilə də bağlı deyil. İmkan vermərəm ki, kimsə onlar haqda danışsın. Kifayət qədər səviyyəli oyunçumuz var. Bu gün qapalı komandaya qarşı oynadıq.

– Cinahlardan asmalar az olur. Bu, nə ilə bağlıdır?


– Falaye Sako yüksək səviyyədə oyun keçirdi. Hər oyunun öz sistemi var. "Turan Tovuz"un hündür müdafiəçiləri var. Həm də oyun üslubumuz başqadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Avqust 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri