Icma.az
close
up
RU
Samir Abasov: “Yaxşı işlər bacaracağımıza inanırıq”

Samir Abasov: “Yaxşı işlər bacaracağımıza inanırıq”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının II turunun “İmişli” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Azarkeşlərə təşəkkür edirəm ki, əziyyət çəkib bura qədər gəldilər, bizi dəstəklədilər, arxamızda durdular. Sağ olsunlar, əfsuslar olsun ki, onları sevindirə bilmədik. İki xal itirdik. İlk oyundan sonra da klub rəhbərliyi yanımızda olduğunu göstərdi. Başa düşürük ki, bugünkü gündə nəticə ürəkaçan deyil. Yeni komandayıq, yaxşı işlər bacaracağımıza inanırıq. Bir-birini başa düşən, çox yaxşı işlər görməyə layiq komanda görəcəyik. Buna şübhəniz olmasın.

– Narazı qaldığınız məqam nə idi?
– Dinamika çox aşağı idi. Futbolçular sönük vəziyyətdə göründü. İkinci hissədə bunları dəyişdik, tempi artırdıq. Bu cür qapalı komandalara qarşı uzağı 2-3 epizod yaratmaq olur. Ötən oyunda da imkanlarımız oldu. Bu gün də 2-3 metrdən qapıya düşə bilmədik. Həlledici məqam ola bilərdi. Qol vurmalıyıq ki, rəqib açılsın. İlk hissədən həddindən artıq narazı idim, oyunda dinamika yox idi. Rəqibin 2-3 əks-hücumu da oldu, qol buraxa bilərdik. İkinci hissədə çox istəkli idik. Lakin yenə top itkilərimiz var idi və bu, tələskənlikdən irəli gəlirdi. Futbolçular sağ olsun, əziyyət çəkdilər.

– Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlı idi?
– Özü dəyişilmək istədi, səhhətində problem var idi.

– “Neftçi”dən nə vaxdan nəticə gözləmək olar?
– Formalaşmışıq, komanda normal vəziyyətdədir. Oyun üslubunda bir az futbolçuların anlaşmazlığı var. Bunlar məşqlərdə də sezilir. Bunu oturtmaq üçün zaman lazımdır. Futbolçuların mübazirəsi yerinədir, istək yüksək səviyyədədir. Problemləri oyunlar keçdikcə aradan qaldıracağıq.

– Əksəriyyət düşünürdü ki, “Neftçi” “Şamaxı”, “İmişli” kimi komandalardan rahat xallar götürməli idi. Lakin belə rəqiblərlə oynamaq da asan deyil…
– Düzdür, lakin sizin kimi düşünənlər azdır. Bu gün müdafiəni qurmaq asandır. Lakin “Neftçi”nin tələbi nədir? Həm mdüafiə, həm hücum yaxşı olmalıdır. Yeni qurulmuş komanda üçün bəzi şeylər çətindir. Bunlar bəhanə deyil, reallıqdır. Komandamda xoşuma gələn meydana çıxmazdan əvvəl uşaqların qələbə istəyi, mübarizə əzmi idi. Müdafiədə yaxşıyıq, komanda işin öhdəsindən gəlir. Bir az hücumlarda problem var, amma fikirləşirəm ki, bu cür qapalı oynayan komandalara qarşı çox imkan yarada bilməzsən. Yaratdığını isə qola çevirməlisən. Ancaq uşaqlar meydanda çalışır. Xal itirmələrinə görə üzülmələri bizi yaxşı yerə gətirəcək.

– Transfer yekunlaşıb?
– Xeyr. İşlərimiz daim gedir. İndiki məqamda əlimizdə olan futbolçuları oyun baxımından pik vəziyyətə gətirməliyik.

– Süni örtüklü meydançada oynamaq hansı çətinlik yaratdı?
– Əlbəttə, çətindir. Lakin bunu dilə gətirmək olmur. Deyəcəklər bəhanələrdir. “Qarabağ” da burda oynayanda çətinlik çəkir. Vallah, çox çətindir. Narahatlıq yaradır belə meydança. Bəlkə də ilk hissədə pis oyun bununla bağlı idi. Bu cür meydançada, şəraitda oynamaq çətindir.

– Əvəzedici komandaya göndərilən futbolçuların “Neftçi” karyerası bitdi?
– Kimdəsə nəsə alınır, nəsə yox. Uşaqlarla komandalardakı gələcəkləri haqda özləri ilə danışmışıq və seçimi özlərinə buraxmışıq. Futbolçular da düşünməlidir. Necə olacağını görəcəyik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri