Icma.az
close
up
RU
Samir Abasov: Psixoloqa yox, dəyişikliklərə ehtiyacımız var İdman və Biz

Samir Abasov: Psixoloqa yox, dəyişikliklərə ehtiyacımız var İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu, mənim və azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdir. Canları sağ olsun".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Sumqayıt"la görüşdə tənqid olunmasına aydınlıq gətirərkən deyib.

O, Misli Premyer Liqasının 16-cı turunun "Sumqayıt"a 0:2 hesablı məğlubiyyəti şərh edib: "Bədbaxtçılığımız ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bəladır, ya da nədir... Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmirik. Bütün oyunlarda baş verən prosesdir. “Şamaxı”nı 2:0 udurduq. Oyundan sonra bu haqda danışmamışam. Həmin oyunu uduzmaq şəklinə çıxardanda, söz də deyə bilmirəm. 23-24 dəqiqə içərisində 2 qol vurub, 5 real epizodu vura bilmirsən. “Qarabağ”la matçda da Ramil Şeydayevin epizodu oldu. Bu gün də iki metrdən qapıya düşə bilmədik. Oyunu idarə edirsən, durduğumuz yerdə topu rəqibə hədiyyə edirik. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib başlayır bağlanmağa. Normaldır və düzgündür. Sən “Neftçi”nin futbolçususan, bütün komandadan danışıram. Bu hallarda üzə çıxmalısan. Qol buraxandan sonra ikinci hissədə epizod yarada bilmirsənsə, bütün suallara burada tapılır. Ən əsası odur ki, bu vəziyyət kontrolumuz altındadır. Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansı futbolçu isə “Neftçi”nin yükünü daşıya bilmir. Bilirəm ki, bu sözümə görə tənqid olacaq. Bəlkə də, bu oyunlarda xeyirlisi də odur. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma biz hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil.

"Sumqayıt"ın baş məşqçisi komandanın psixoloqa ehtiyacı olmadığını bildirib: "Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdır. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bir çox məsələlərlə bağlıdır".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Dekabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri