Icma.az
close
up
RU
Samir Abasov: Belə qol buraxmalı deyildik İdman və Biz

Samir Abasov: Belə qol buraxmalı deyildik İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Potensialdan danışmaq istəmirəm. İşin başlanğıcındayıq. Əgər "Neftçi"nin baş məşqçisi, futbolçususansa, bu cür oyunlarla sənə qiymət verilir. Futbolçuların bir oyunla ölçmək istəmirəm. Görüləcək işimiz və bu cür oyunlar çox olacaq".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"la matçdan sonra mətbuat konfransında iştirak deyib.

O, Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti şərh edib: "Qarşıma qoyulan "Neftçi"nin hədəfləridir. Hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl koamdandada ruh düşkünlüyü önə çıxırdı. Görünməyən və bilmədiyiniz problemlər çoxdur. Futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdi. Komanda çox istəkli idik. Son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. İlk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik".

Samir Abasov "Neftçi"nin avrokuboklara vəsiqə qazanmaq şansını dəyərləndirib: "Kubokda da şansımız var. Amma bu, o demək deyil ki, liqanı boşa verəcəyik. Dörd gündən sonra kubok matçımız var. Hər liqa oyunu bizi avrokuboklara daşıyacaq. Bu istəklə meydana çıxacağıq. Bu gün hesab məni üzdü. Bunu kənara atıb, kubokdan yapışası deyilik. Kubokdan yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Sona qədər gedəcəyik".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Dekabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri