Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Samir Abasov: Psixoloqa ehtiyacımız yoxdur

Samir Abasov: Psixoloqa ehtiyacımız yoxdur

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunun "Sumqayıt"la(2:0) oyunundan sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- İlk dəqiqədən sona qədər yerli azarkeşlər tərəfindən sizə qarşı tənqidi şüarlar səsləndirildi. Bu gün belə qarşılanmağınız haqda fikriniz necədir?

- Bu, mənim və azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdir. Canları sağ olsun.

- Məğlubiyyətin səbəbini nədə görürsüz?

- Bədbaxtçılığımız ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bəladır, ya da nədir...Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmirik. Bütün oyunlarda baş verən prosesdir. “Şamaxı”nı 2:0 udurduq. Oyundan sonra bu haqda danışmamışam. Həmin oyunu uduzmaq şəklinə çıxardanda, söz də deyə bilmirəm. 23-24 dəqiqə içərisində 2 qol vurub, 5 real epizodu vura bilmirsən. “Qarabağ”la matçda da Ramil Şeydayevin epizodu oldu. Bu gün də iki metrdən qapıya düşə bilmədik. Oyunu idarə edirsən, durduğumuz yerdə topu rəqibə hədiyyə edirik. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib başlayır bağlanmağa. Normaldır və düzgündür. Sən “Neftçi”nin futbolçususan, bütün komandadan danışıram. Bu hallarda üzə çıxmalısan. Qol buraxandan sonra ikinci hissədə epizod yarada bilmirsənsə, bütün suallara burada tapılır. Ən əsası odur ki, bu vəziyyət kontrolumuz altındadır. Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansı futbolçu isə “Neftçi”nin yükünü daşıya bilmir. Bilirəm ki, bu sözümə görə tənqid olacaq. Bəlkə də, bu oyunlarda xeyirlisi də odur. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma biz hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil.

- Ən çox hücum xəttindən narazısız?

- Xeyr. Deməyə məcburam. Bizim komandada əfsuslar olsun ki, mövqelərə baxsaq, hamısı eyni tipdə olan oyunçulardır. Hücumçularımız arxası rəqib qapıya oynayanlardır. Sürətli hücumçular deyil. Onlara görə də oyun qurmağa çalışırıq. Hər mövqedə olan oyunçular da eyni tipdədir. Bu cür vəziyyətlərdə isə oyunu dəyişmək də çətindir. Çünki həmin oyunçuların əvəzinə meydana daxil olan oyunçu da, eyni şeyi edir. Analiz etdiyimiz, gördüyümüz detallar bunlardır. Bundan dərs çıxarmalıyıq. Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq. Xeyr. Biz gələcəkdə kimlərlə davam edəcəyik, baxacağıq. Belə davam etməyəcək. Açıq görünən bir şeylər var. Sadəcə baş məşqçi üçün bunları deyib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Demək istədiyim odur ki, vəziyyət kontrolumuz altındadır. Biz hansı vəziyyət olduğumuzu bilirik. İnanın ki, oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, sən qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdırsa, onu bilirsiz.

- Bəlkə kollektivə psixoloq dəvət edəsiz?

- Düşünmürəm. Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdır. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bir çox məsələlərlə bağlıdır.

- Bu gün “Neftçi”nin adı favorit olur, oyunçular kluba uyğun deyil. Statistikada ən yaxşı olan Yuri Matias da “Neftçi” səviyyəsində deyil. Qış fasiləsini səbirsizliklə gözləyirsiniz?

- Bilirik də, nə var nə yox. Əsas odur ki, səbəbləri bilirik. Bunun sonu var. Hər şey kontrolumuz altındadır. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik.

- Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərqləri gördüz?

- Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”ni bu cür oyunla udmuşuq. "Neftçi"də aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşıdır və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verəcəksən, bunların hamısını çözmüşük.

- “Gözdən çıxardığınız” oyunçular var və onlar bundan xəbərdardır? Bəlkə, onlar bunu bilir deyə, 100 faizini ortaya qoymur...

-  Yaxşı, onlar indi bilir. Bəs, bundan əvvəl nə olmuşdu?

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri