Icma.az
close
up
RU
Samir Abbasov: Azarkeş gözüylə danışmaq lazım deyil

Samir Abbasov: Azarkeş gözüylə danışmaq lazım deyil

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" – "Qarabağ" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Rəhman Hacıyevi, Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınız?

– Dəyişikliklər həmişə uğurlu olmaya bilər. Ötən oyunda Emil Səfərovla Ramil Şeydayevi meydana buraxdıq, qollar vurdular. Bu gün isə alınmadı. Fikirləşdik ki, Ozobiç və Ağadadaş artıq çıxmalı idi. Ağadadaş aldığı zərbədən sonra ağrımağa başlamışdı. Əvəzetmələr effekt vermədi. Belə şeylər ola bilir. Ramil ötən oyunda sonradan daxil olub, qol ötürməsi etmişdi. Bu gün da hücumu gücləndirmək istədi, alınmadı. Realist olmalıyıq, Rəhman da, digərləri də düşünməlidir ki, belə oyuna çıxmaq olmaz. Komandaya kömək etmək üçün hər şeyini verməlisən.

– Sonuncu dəfə "Qarabağ" üzərindəki qələbəniz "Neftçi"yə çempionluq gətirmişdi. Maraqlıdır, 2021-ci ildəki həmin qələbədən sonra "Qarabağ"ı pis əsəbləşdirdiyinizi düşünmürsünüz?

– Oyuna yaxşı başlamışdıq. Futbolçuları matça hazırlamaq rahat idi. Başa düşürdülər ki, vacib oyundur. Fanatlar da yaxşı atmosfer yaratmışdı. Biz də bunları bilərək yaxşı oyuna başladıq. Uzun müddət idi, "Qarabağ"a qarşı belə oynamamışdıq. Biz dəyişdiyimiz oyunçular yaradıcılıqları ilə seçilmədi. Bəlkə, daha bacarıqlı oyunçular lazım idi. Rəqib azlıqda qalandan sonra bir az da rahatlaşdıq. Ümumilikdə, səhvimizdən nəticə belə oldu. Qarşıda oyunlarımız var. Bu motivasiya ilə matçlara hazırlaşacağıq.

– Rəhmanın əvəzinə Murad Məmmədovu daxil etmək olmazdı?

– Azarkeş gözüylə danışmaq lazım deyil. Ötən oyunda iki əvəzetmə qol gətirdi, bu gün alınmadı. Oyundan sonra kaş bunu edərdik, kaş onu edərdik, demək asandır.

– "Qarabağ" 11 nəfərlə oynayanda da üstün tərəf idiz. Düşünmürsünüz ki, Kevin Medinanın qırmızı vərəqə alması sizin də planınıza təsir etdi?

– Əvvəldən 11 nəfərə qarşı hazırlaşırsan. Pressinqi, rəqibin oyununu düşünürsən. Medinanın "qırmızı"sından sonra çox şey dəyişdi. Yarımmüdafiədə yaradıcı oyunçu çatışmazlığı var. Görünən odur ki, Medinanın "qırmızı"sı planımızı pozdu.

– Sanki Kadi Borgesə qarşı narazılıq var idi…

– Elə edək ki, dava-dalaş olmasın. Epizod yadımda deyil.

– Bu məğlubiyyət bundan sonrakı mərhələyə necə təsir edəcək?

– İnşallah, təsiri olmaz. Birinci hissədə etdiyimiz yaxşı şeyləri çıxarıb, üzərində durub, hazırlaşacağıq. Ən pis şeydən yaxşını çıxara bilsək, bizimçün faydalı olacaq. Komandam pis oynamır. Nəticə əldə etməyə çalışırıq və həddindən artıq istəkliyik. Hər oyun məğlub olanda psixoloji təzyiq yaranır. Komanda ətrafında istəmədiyimiz atmosfer yaranır. Bunları aradan götürmək, oyunlara hazırlaşmaq çətin idi. Ancaq son matçlar göstərir ki, düzgün yoldayıq. "Zirə" ilə oyundakı ikinci qoldan sonra skamyamızda baş verənləri görsəniz, qələbəyə necə kökləndiyimizi bilərsiniz.

– Kubokun finalında "Qarabağ"la qarşılaşa bilərsiniz. Azarkeşlərə nə deyə bilərsiniz?

– Nə deyə bilərəm? Hələ finala nə qədər var… Bəlkə, "Qarabağ" finala çıxa bilmədi? Mayın 28-də olacaq bir şeylə bağlı nə deyə bilərəm ki. Qarşıda oyunlar çoxdur. Rəqəmlərlə nələrsə etmək istəyirsiz, amma yaxşı yerə getmir. Kubokda çox çətin oyunlar olacaq. Heç kim düşünməsin ki, asandır.

– Oyundan sonra futbolçular azarkeşlərlə görüşməyə getmədi…

– Bu fanatları stadiona gətirən ardıcıl qələbələrdir. 9-cu sıradan bu yerə gəlmişik. Başa düşürük, bizdən tələblər yüksək yerlərdir. Üç qələbə azarkeşimizə böyük ümid vermişdi. Bizi üzən də budur. Meydança dolur, sənə inanıb gəlirlər, amma məyus qayıdırlar. Futbolçular da insandır. Bu dəqiqə paltardəyişmə otağında kədərli olanlar, dözməyib ağlayanlar var. Bunları başa düşmək lazımdır. Bəlkə də, fanatların yanınna getməmək ən doğrusu idi. Ümidlər qırıldı. Futboldur, dünya dağılmayıb. Yenə "Qarabağ"la oynayacağıq, inşallah, qələbə də qazanarıq.

– "Neftçi"nin avrokuboklara vəsiqə qazanmaq potensialı var? Eyni zamanda, uğursuzluq faciə sayılmayacaq?

– Komandanı götürdüyüm anda neçənci yerdə olduğu yadınızdadır? Komandaya kubok qazandırmağı çox istəyirik. Məqsədim futbolçulara bu istəyi aşılamaqdır. Hər oyuna son matç kimi çıxmaq lazımdır. Yaxşı əhvaldayıq. Bu vaxta kimi ruhsuz, istəksiz oynayırdılar. Bunu aradan qaldırmağa çalışırıq. "Neftçi"nin adına avrokuboklar yaraşır. Bir şeyə söz verirəm ki, əlimizdən gələni edəcəyik.

– Emin Mahmudov qarşıdakı oyunlarda yenidən kapitan ola bilər?

– Xeyr.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Fevral 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri