Icma.az
close
up
RU
Ayxan Abbasov: “Millimizin azarkeş dəstəyinə ehtiyac var”

Ayxan Abbasov: “Millimizin azarkeş dəstəyinə ehtiyac var”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında sabah Lixtenşteynə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, əvvəlcə fikirlərini bölüşdü:

– Turnir cədvəlində birinci sırada olmaq istəyiriksə, qələbə qazanmalıyıq. Lixtenşteynin oyunlarını izləmişik. İtirəcəkləri bir şey yoxdur. Müdafiədə sıx kompakt oynayan komandadır. Qələbə qazanmaq istəyirik. Oyunumuzu düzgün qurmasaq, tələssək, çətin ola bilər. İnanıram ki, sabah meydandan qələbə ilə ayrılacağıq.

– Heyətlə bağlı problem varmı? 
– Litva ilə matçdan sonra xırda zədələr çox oldu. Ümid edirəm ki, bugünkü son məşqdə hamısı yerində olacaq. Renat Dadaşov sabahkı matçda meydana çıxmayacaq, Litva ilə görüşdə də iştirakı sual altındadır. Digər xırda zədəlilərimiz var, amma çox ciddi deyil. Hər kəs oynamaq istəyir.

– Komandanın oyununda nəyi dəyişmək istəyirsiniz?
– Rəqibləri təhlil edib, buna uyğun hazırlaşırıq. Litva və Lixtenşteyn fərqli komandadır, fərqli futbol oynayır. Lixtenşteynlə matçda müdafiəni yarmaq vacib olacaq. Burada ustalıq keyfiyyəti önə çıxmalıdır. Üç məşqdir, çalışırıq. İnanırıq ki, istədiyimiz qolları vura biləcəyik. Eyni zamanda, qapımızı da toxunulmaz saxlamalıyıq.

– Artıq dünyada zəif komanda anlayışı yoxdur. Gözlənilməz vəziyyətə hazırsınız?
– Doğrudur, zəif rəqib yoxdur. Bütün komandalar xal qazana, böyük kollektivlərlə mübarizə apara bilirlər. Hazırlıq dövründə də bunu qeyd etmişdik. Çox hücum etməli, dominant oynamalıyıq. Fransa, Ukrayna və İslandiyaya qarşı bunu edə bilməmişdik. Bugünkü situasiya da nəyi tələb edirsə, onu etməliyik.

– Millinin Tofiq Bəhramov adına Respublika stadionunda oynaması nostalji hisslər yaradır. Sabah daha çox fanatın olacağını düşünürsünüz?
– Ümid edirəm… Millimizin azarkeş dəstəyinə ehtiyac var. Futbolçularla danışanda da bunu bildiririk. Litvada rəqibə yaxşı dəstək var idi. Ümumiyyətlə, azarkeş problemi çempionatımızda da var. Təkcə avrokuboklarda daha çox fanat olur. Ümid edirəm ki, sabah milliyə dəstək olacaq. Bu arenada çıxış etməyi futbolçular da çox sevir.

– Zamiq Əliyev milliyə çağırılmamasına münasibət bildirib, diqqətdən kənarda qaldığını deyib.
– Hər futbolçu yığmada oynamaq istəyir. Zamiq yəqin xəbərsizdir, amma onun bütün oyunlarını izləmişik. Elə futbolçu deyərəm ki, bəlkə də, sizin yadınızdan çıxıb. Biz necə seçim edirik? Bu gün Zamiqin mövqeyində Anton, Rəhman, Murad var. Biz onlara üstünlük vermişik. Bu, o demək deyil ki, onu bəyənmirik. Sabah ona da dəvət göndərə bilərik. Əvvəlki toplanışlarımızda da olub. Kim daha yaxşıdırsa, o oynayır. Zamiq indiki məqamda mövqeyində digər futbolçulardan geri qalır. Yanaşmamız belədir, onunla şəxsi problemimiz yoxdur.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Sentyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri