Icma.az
close
up
RU
Samirə Bağırova: “Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir..”

Samirə Bağırova: “Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir..”

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıyev “Psixoloji qanunlara görə, gəlin qaynana və qaynatadan ayrı yaşamalıdır. Mən də valideynəm, övladlarımız qaynatalı-qaynanalı evə getməməlidirlər, bu, psixoloji problem yaradır. Hətta ana və qız eyni mətbəxdə bir tükə görə belə dava çıxara bilirlər, o ki qaldı gəlin-qaynana ola. Ana-atasının evindən çıxa bilməyən kişi xeylağı evlənməməlidir” fikirlərini səsləndirib.

Müzakirələrlə bağlı tanınmış psixoloq Samirə Bağırova Pravda.az-a fikirlərini bölüşüb: “Bu məsələnin mentalitetlə heç bir əlaqəsi yoxdur. “Mentalitet” sözü də, qaydaları da cəmiyyəti iflic vəziyyətdə saxlayır. Ümumiyyətlə, verilişlərdə savadlı ekspert qismində iştirak edən, demək olar ki, yoxdur. Bu mövzunun da müasirlik, Qərb qaydaları ilə heç bir əlaqəsi yoxdur. Valideynlərim 1955-1959-ci il təvəllüdlü olublar. Eyni fikirli insanlar olaraq evləniblər və bizə də eyni tərbiyə verilib ki, hər bir ailə qurmaq istəyən şəxs ayrı yaşamalıdır. Normal ailələrdə sıx-sıx görüşlər davam edir. Kişi ayrı yaşamaq gücündə deyilsə, ev ala bilmir, yaxud kirayə ödəyə bilmirsə, ayrı yuva qura bilmirsə, evlənməyi nə məcburdur? Hər bir qız öz evinin xanımı olmaq istəyir, hər bir insan evində çılpaq gəzmək, yaxud həyat yoldaşı ilə cinsi fantaziyası, bəzən tənbəllik etmək istəyi olur. Hər qadının öz ev qaydaları var. Gəlin, qaynana evinə gəldikdə 20-30 illik qaynananın qurduğu ev qaydalarına qarışa bilmir. Çünki qaynananın hüzurunu pozmuş olur. Ev qaynana və qaynatanındır, mütləq söz-söhbət olacaq. Çünki hər birinin illərlə vərdiş etdikləri qaydaları var. Bu mövzuda “mentalitet” sözünü hallandıranlar eqoist insanlardır. Yəni məsələyə gəlinə qulluq etdirmək, “gəlin tabe olmalıdır” mövqeyi ilə yanaşanlardır. Kimsə öz ailəsində elə görübsə, demək ki, şəxsi sərhədləri olmayıb. Yəni zəif xarakterə sahib olub. Evlilik qərarı verən kişi birmənalı şəkildə öz yuvasını ayrıca qurmalıdır. Əks təqdirdə, evliliyə hazır deyil. Buna evlilik deyilmir, nikaha fiziki olaraq cinsi tələbatını yerinə yetirmək və valideyinlərinə baxan birini almaq üçün imza atır. Elə buna görə də ailə qurmaq istəməyən xanımlar az deyil, çünki “öz evimdə, öz ata-anama baxıram” səbəbini gətirirlər. Yeni qurulan ailənin ayrı yaşamağı ən doğru yanaşmadır. Yeri gəlsə, lap elə mental baxışdan da birgə yaşamaq ayıbdır. Dərinə gedəndə bəy və gəlin valideyinlərinin yanında gecə yataq otağına çəkilir. Hər kəs də bilir ki, orada nə baş verir...”

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri