Icma.az
close
up
RU
Emosiyalarını kontrolda saxlaya bilməyən insan, sağlam insan hesab olunmur Samirə Bağırova

Emosiyalarını kontrolda saxlaya bilməyən insan, sağlam insan hesab olunmur Samirə Bağırova

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Emosiyalarını kontrolda saxlaya bilməyən insan, sağlam insan hesab olunmur" - Samirə Bağırova

Günümüzdə 5 insandan 4-nün əsəb xəstəsi olduğunu görə bilirik. Hətta ən sadə məsələlərdə belə əsəbləşib özlərindən çıxa bilən insanlar var. Bu hal niyə yaranır və belə insanlara hansı müalicə üsulu vacibdir? Bəzən belə fikir də səsləndirirlər ki, əsəbləşdikdə onu səsli şəkildə, bağıraraq bildirmək insana yaxşı gəlir. Bu fikrin doğruluq dərəcəsi nə qədərdir?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb?

O, açıqlamasında qeyd edib ki, bağırma terapiyası mövcuddur və bu yol neqativ emosiyalardan qurtulmaq üçün lazımlı yoldur:

"Doğrudur. Günümüzdə əsəb, stress yaradan vəziyyətlər artmaqdadır. Buna ilk səbəb elə gündəlik həyat içində qayğılarımızdır. Maşınların artması ilə əlaqədar, tıxacların çoxalması, yersiz siqnal səsləri, xam sürücülər, marketlərdə növbə mədəniyyətinin olmaması, götürülən ərzaq arabalarını kassanın önündə qoyub gedərək, növbəti insana qarşı mədəniyyətsizliyin nümayişi, bəzi hallarda maddi çətinliklər, iş həyatında anlaşılmazlıqlar, övladla bağlı problemlər, şəxsi həyat problemləri, bəzən xəstəliklər və sairə saymaqla bitməyən və şüur atında xırda- xırda yığılıb sonda emosional partlayışa səbəb olan hallar artdıqca artır. Ən sadə məsələ dediyiniz əslində illərlə yığılıb, ən sadə məsələdə əsəb partlayışı keçirməkdir. Mən deyərdim ki, müsir həyatımızda ən çox əsəb yaradan hal, insanların mədəniyyətsizliyinin artmasıdır. Ən adi etik qaydalara əməl etməyi bacarmadıqca, tərbiyəsizlik nümayiş etdirmiş olurlar ki, ən böyük qıcığa səbəb olur. Mədəniyyəti isə ən azından təhsil təbliğ etdirməlidir. Əsəbiləşib birinə bağırmaq özü də tərbiyəsizlikdir. Emosiyalarını kontrolda saxlaya bilməyən insan sağlam insan hesab olunmur. Belə ki, xarakterində sərhədləri yoxdur ki, emosiyalarının əzilməsinə şərait yaradıb və duyğuları bağırmaq dərəcəsinə gəlməsini göstərir. Normalda isə bağırma terapiyası mövcuddur. Hətta xarici ölkələrin bəzi şirkətlərində bağırma balkonu mövcuddur. İnsanlar bir- birinə, yaxud çətin müştəriyə səs tonunu qaldırmaması üçün, balkonda çıxıb rahat bağıra bilər. Bu uzun illərin psixoloji bağırma metodudur. Dənizdə, açıqlıqda, maşında, balkonda, küləkdə ürəkdən bağırmaq, qışqırıb ağlamaq həqiqətən insanda rahatlıq və yenilənmə yaradır. Neqativ emosiyaları mütləq çıxarmaq vacibdir ki, yeni müsbət emosiyalar ilə əvəz olunsun. Neqativi vücuddan çıxarmadıqca psixosematikaya, psixi pozuntulara və digər xəstəliklərə yol açmış olur".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri