Icma.az
close
up
RU
Samirə Bağırova: “Azərbaycanda kişilər ona görə ağlamır ki...”

Samirə Bağırova: “Azərbaycanda kişilər ona görə ağlamır ki...”

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi mütəxəssislər kişilərin qadınlara nisbətən daha az yaşamasının səbəblərindən birinin onların emosiyalarını, xüsusilə də kədər və ağrını ifadə etməməsi olduğunu bildirir.
Bu nə dərəcədə reallığa uyğundur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış psixoloq Samirə Bağırova bu məsələyə həm psixoloji, həm də fizioloji baxımdan elmi yanaşmanın vacibliyini vurğulayıb.
Psixoloqun sözlərinə görə, emosiyaların, xüsusən də mənfi duyğuların daxildə basdırılması insan sağlamlığına ciddi zərər verə bilər:
“Duyğularını ifadə etməyən insanlarda stress hormonlarının səviyyəsi artır, bu da immun sistemini zəiflədir və ürək-damar xəstəlikləri riskini yüksəldir. Nəticədə, bu hal insan ömrünü qısalda bilər”, - deyə o bildirib.
Psixoloq qeyd edir ki, ağlamaq və emosiyaları açıq şəkildə ifadə etmək insanı emosional cəhətdən yüngülləşdirir, stres səviyyəsini azaldır və psixi sağlamlığı gücləndirir:
“Ağlamaq bir növ yenilənməkdir. Ağlamayan insan zamanla daxili təzyiqlərdən gücsüz düşər və həm psixoloji, həm də fiziki sağlamlığında ciddi fəsadlar yarana bilər”, – deyə psixoloq tövsiyələr edib.
Kişilərin emosiyalarını bastırmasının əsas səbəblərindən biri sosial və mədəni stereotiplərlə bağlıdır. Onlara uşaqlıqdan “güclü ol”, “ağlama”, “emosiyalarını göstərmə” kimi mesajlar verilir. Bu isə onların duyğularını ifadə etməsini zəiflik kimi qəbul etməsinə səbəb olur.
Samirə Bağırova əlavə edir ki, cəmiyyətin kişidən ailənin təminatçısı və qoruyucusu kimi gözləntiləri onların emosional ehtiyaclarını arxa plana keçirir:
“Kişilər bəzən ağlasalar, digərlərinin onlara fərqli yanaşacağından və zəif görünəcəklərindən çəkinirlər. Hətta bir çox qadınlar da kişilərin ağlamasını zəiflik kimi dəyərləndirir. Halbuki kişi də insandır”,  - deyə o qeyd edib.
Müasir psixologiya isə bu stereotiplərin dəyişməsinə çalışır. Artıq daha çox mütəxəssis və ictimai platformalar kişilərin də emosiyalarını ifadə etməsinin tamamilə normal və sağlam bir hal olduğunu vurğulayır.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri