Icma.az
close
up
RU
Samirə Əfəndinin 12 ballıq Astana “zəlzələsi” Ölümün astanasından necə dönüb?

Samirə Əfəndinin 12 ballıq Astana “zəlzələsi” Ölümün astanasından necə dönüb?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Azərbaycanı münsif qismində təmsil edən Samirə Əfəndinin qərarı ölkədə böyük müzakirəyə səbəb olub. Söhbət təkcə Ermənistan təmsilçisi Saro Gevorkyana maksimal – 12 bal verməsindən getmir.

Ən çox danışılan məsələ müğənninin səhnədə erməni iştirakçını qucaqlamasıdır. Sosial şəbəkələrdə bu, “sülh göyərçini obrazı yaratmaq cəhdi” kimi təqdim edildi. Amma insanların narazılığı yalnız jestə görə deyildi, münsif masasında oturan bir şəxsin obyektivlikdən danışaraq ədaləti emosiyalarla qarışdırması çoxuna paradoks kimi göründü.

Bütün bunlardan sonra Samirənin verdiyi müsahibə vəziyyəti daha da qızışdırdı. O, Qazaxıstanda təhlükə ilə üzləşə biləcəyini iddia edərək belə bir açıqlama verdi: “Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı?”

Bu sözlər bir ölkəni gözdən salmaq üçün kifayət idi. S.Əfəndi bu ifadələrlə sanki Qazaxıstanı hüquqsuz, təhlükəli, kriminal, səhralıq bir ölkə kimi təqdim edir. Halbuki onun bu cür təsviri reallıqdan uzaqdır.

24 yaşına qədər Qazaxıstanda yaşamış biri kimi tam əminliklə deyirəm ki, Samirənin təsvir etdiyi Qazaxıstan, xüsusilə Astana çox dinc, sakit yerdir. Astana Qazaxıstanın paytaxtı, regionun ən dinamik inkişaf edən şəhərlərindəndir. 1830-cu ildə qala kimi salınan bu şəhər cəmi bir neçə onillik ərzində müasir memarlığın simvoluna çevrilib və 1999-cu ildə YUNESKO tərəfindən “Dünyanın Şəhəri” statusu verilib. Bakıda olduğu kimi, burada da universitetlər, böyük ticarət mərkəzləri, muzeylər, yüzlərlə beynəlxalq şirkət, geniş park və bulvarlar var.

Bu şəhərdə 100-dən çox millətin nümayəndəsi yaşayır. Ermənilərin isə paytaxtda kütləvi şəkildə təmsil olunması barədə danışmaq belə qeyri-ciddidir. Çünki onlar əsasən Aktau şəhərində məskunlaşıblar və Astanada təsir dairəsi olan bir icma deyillər.

Ən əsası, paytaxtda kifayət qədər tanınmış, hörmət qazanmış Azərbaycan icması var. Samirə Əfəndinin “mənim tək başıma orada oyun açsaydılar” fikri də reallığa uyğun gəlmir. Astanada, özü də azərbaycanlıların olduğu bir yerdə tək və sahibsiz qalmaq mümkün deyil!

Samirə Əfənəndi, “səhralıq” dediyiniz şəhərdə 1,2 milyon nəfər yaşayır. Çoxmərtəbəli binalarla dolu, geniş yolları, yaşıllıqları olan, təhlükəsizlik və şəhərsalma baxımından Qazaxıstanın ən inkişaf etmiş bölgələrindəndir. Belə bir şəhəri “səhralıq”, qanqsterlər diyarı kimi təqdim etmək ya məsuliyyətsiz bir ifadədir, ya da baş verənləri ört-basdır etmək üçün yaradılmış emosional fondur.

Bu hadisə təkcə bir müsabiqədə verilən xal məsələsi deyil. Problem ondan ibarətdir ki, münsiflik obyektivlik tələb edir. Şəxsi jestlər millətlərin münasibətlərinə mesaj kimi görünə bilər, amma məsuliyyət əvəzində bir ölkəyə kölgə salmaq doğru deyil. Əgər sən bir xalqı təmsil edirsənsə, addımın da, sözün də ölçülü olmalıdır.

Samirə Əfəndinin ermənini qucaqlaması “sülh obrazı” yarada bilər, amma Qazaxıstan kimi bir ölkəni “şiddət yuvası” kimi təsvir etmək nə doğru, nə də ədalətlidir.

Xatırladım ki, qucaqladığın erməninin soydaşları 44 günlük Vətən müharibəsində bizə güllə atanda, qazaxlar azərbaycanlı qardaşlarına görə informasiya savaşı aparırdılar.

Bəzən insanlar öz addımına haqq qazandırmaq üçün fantaziya qurur. Amma həmin fantaziyanın içində bir ölkənin, bir cəmiyyətin, milyonlarla insanın nüfuzu zədələnirsə, bunun adı artıq sadəcə bəhanə olmur.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri