Icma.az
close
up
RU
Samirə Əfəndinin erməni müğənnini qucaqlamasına xalqın REAKSİYASI

Samirə Əfəndinin erməni müğənnini qucaqlamasına xalqın REAKSİYASI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib. Daha sonra o, Saro Gevorkyanı qucaqlayaraq bağrına basıb. Hadisə qısa müddətdə sosial şəbəkələrdə trend olub və Samirə Əfəndi ciddi tənqidlərə məruz qalıb.
Azad Vətən Partiyasının sədri Akif Nağı isə müğənninin ünvanına söyüş ifadələri işlərib.
Sosial şəbəkə istifadəçiləri 20 mindən çox şəhid anasının çəkdiyi ağrı-acıların hələ də dərindən hiss olunduğunu və cəmiyyətin yaralarının tam sağalmadığını əsas gətirərək, erməni sənətçi ilə belə isti münasibətə qarşı çıxış ediblər.

İctimai fikir iki yerə ayrılıb. Bir tərəf uzun illər davam edən münaqişənin izlərinin hələ silinmədiyini, buna görə də, iki xalq arasında münasibətlərin normallaşması üçün kifayət qədər vaxt keçməli olduğunu düşünür və “Ayıdan kürk, kafirdən dost olmaz” fikrini müdafiə edir. Qeyd edirlər ki, erməni xalqına etibar etmək mümkün deyil və bu cür jestlər Azərbaycan cəmiyyətində qəbul edilmir.

Bundan fərqli mövqelər də diqqət çəkir. Bəzi vətəndaşlar münasibətlərdə yumşalmanın tərəfdarı olaraq “qan qanla yuyulmaz, qan yalnız barışla boğular” prinsipini müdafiə edir. Onlar bildirirlər ki, regionda uzunmüddətli sülhün bərpası üçün qarşılıqlı etimadın formalaşdırılması vacibdir və incəsənət bu kimi proseslərdə mühüm rol oynaya bilər. Lakin bu mövqe ictimaiyyət daxilində azlıqda olan fikir kimi qalıb.

Bir çox sosial şəbəkə istifadəçisi Samirə Əfəndidən izahat tələb edib, sənətçinin davranışını “məsuliyyətsiz addım” adlandırıb. Bəzi şərhlərdə müğənninin bu qərarının onun sənət fəaliyyətinə və ictimai nüfuzuna mənfi təsir göstərə biləcəyi də qeyd olunub.

Hazırda məsələ ilə bağlı sənətçinin özündən rəsmi açıqlama verilməsə də, ictimai müzakirələr davam edir. Müşahidəçilər bildirirlər ki, bu kimi hadisələr Azərbaycan cəmiyyətində hiss olunan milli həssaslıq və tarixi ağrıların hələ də güclü olduğunu bir daha ortaya qoyur.

Onu da qeyd etmək olar ki, müğənninin erməni sənətçiyə 12 xal verməsindən çox, onunla qucaqlaşması tənqid olunur. Bu da səbəbsiz deyil. İllərin yarasının birdən-birə sağalmasını, insanların ürəyində qartmaq bağlayan nifrətin anidən yoxa çıxmasını gözləmək sadəlövhlük olardı. 18-20 yaşlarında oğullarını itirən anaların, ataların, atasının nəfəsini doyunca duya bilməyən övladların, həyatda daim yarım qalan adamların heç nə olmayıbmış kimi davranılmasını qəbul etməməsindən daha təbii bir hadisə ola bilməz. Hər şeyə zaman lazımdır. Amma heç də hər şey zamanla bitmir, ta ki ölənə qədər. Atasını, oğlunu heç olmasa 1 dəqiqə görmək üçün hər şeyini verməyə hazır olan insanların dərdini elə ancaq özləri tam başa düşə bilər. Lakin o övladlar, o atalar hamımızındır. Və biz də heç vaxt onların nakam, nahaq öldürülməsini bir gecədə unuda bilmərik. Mən azərbaycanlıyam deyən heç kəs buna biganə qala bilməz.

Serdar Şengül

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri