Icma.az
close
up
RU
Deputatdan Samirə Əfəndinin hərəkətlərinə reaksiya: “Ermənilərin başımıza gətirdiyi müsibətləri unutmamalıyıq”

Deputatdan Samirə Əfəndinin hərəkətlərinə reaksiya: “Ermənilərin başımıza gətirdiyi müsibətləri unutmamalıyıq”

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avroviziya təmsilçimiz  Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı qarabağlı deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür məsələləri çox da müzakirə etməyin tərəfdarı deyil:
“Çünki bizim çıxışları ermənilər də izləyirlər və sonra deyirlər ki, baxın, Azərbaycanlılar hələ də düşmənliyi aşılayırlar, Azərbaycanda hansı müzakirələr aparılır. Birinci məsələ budur ki, bu cür müzakirələr xaricdə də yayılır və diqqətdə saxlanılır. İkinci məsələ isə tarixdir. 
Biz ermənilərin tarix boyu başımıza gətirdiyi müsibətləri heç vaxt unutmamalıyıq. Əks halda, gələcəkdə eyni faciələri yaşaya bilərik”.
Millət vəkili qeyd edib ki, tarix unudanları cəzalandırır:
“Millətlərin başına gələn müsibətlər də unudulmasından qaynaqlanır. Biz tariximizi unutmamalı, eyni zamanda gələcəyə baxmağı bacarmalıyıq.  Biz Ermənistanı öz tərəfimizə çəkməliyik. Onun yeri bizim və Türkiyənin yanında olmalıdır. Bu bacarılsa, regionda sülh güclənəcək. 
Əks halda, Ermənistanı özümüzdən uzaqlaşdırmaq əlavə problemlər yarada bilər. Ona görə də bu məsələlərdə söhbətli, təmkinli və həssas olmalıyıq. Faciyyəni unutmamalı və qarşı tərəfin bizə qarşı iddialar qaldırmaması üçün diqqətli davranmalıyıq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri