Icma.az
close
up
RU
“Sammitdə hiss olundu ki, münaqişələrin dərhal bitməsinə maraq yüksək deyil...”

“Sammitdə hiss olundu ki, münaqişələrin dərhal bitməsinə maraq yüksək deyil...”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dünya siyasətinin şah damarı” bugünkü reallıqda milli maraqlar uğrunda geosiyasi rəqabət və güc balansıdır. Bu gün bəşəriyyətin tərkibinə daxil olan ölkələr, ittifaqlar silahlanma, bir-birinə qarşı çəkindirmə, yəni hərbi balans yaratmaqla təhlükəsizliyini düşünür. Geosiyasi gücə üstünlük verir, dövlətlər hərbi, iqtisadi və diplomatik imkanlarını gücləndirmək uğrunda çalışır. Enerji resursları uğrunda rəqabət, ticarət və nəqliyyat dəhlizlərini, beynəlxalq nəqliyyat marşrutlarını nəzarətdə saxlamaq bu gün üçün ən aktual və siyasi prioritet məsələlərdir”.

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, bildirib ki, ölkələr üçün əsas hərəkətverici qüvvə məhz bu siyasi amillərdir:

“Bu üstünlüklər uğrunda mübarizə aparmaq, eyni zamanda milli maraqları təmin etmək heç də asan deyil, çox çətin, bəzən də müşkül məsələ olur. Çünki maraqlar toqquşur, güc balansları düzgün tənzimlənmədən uzlaşma əldə etmək olmur və burada artıq diplomatik və hərbi qarşıdurmalar labüd olur. Biz artıq illərdir bunun şahidi oluruq. Əslində isə bu gün dünyanın inklüziv iqtisadi artıma ehtiyacı var ki, iqtisadi inkişaf bütün ölkələr və cəmiyyət üçün faydalı olsun. Lakin qlobal şah damarı uğrunda mübarizə hələ ki, bu imkanlardan yararlanmağın qarşısını alır.7–8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitində yadda qalan məqamlar çox oldu. Fransa Prezidenti Emmanuel Makronun şortiklə qaçması ilə bağlı müzakirələrdən tutmuş, F-35 məsələsinə, Donald Trampın İranı yenidən hədələməsinə və sammit davam etdiyi vaxt İrana növbəti zərbələrin endirilməsinə qədər bütün bunlar onu göstərir ki, dünya siyasətinin damarındakı tutulma və tıxanmaları stendlə deyil, açıq əməliyyatla təmizləyəcəklər”. 

R.Hüseynov deyib ki, sammitdə hiss olundu ki, münaqişələrin dərhal bitməsinə maraq yüksək deyil:

“Baxmayaraq ki, sammitin ümumi və uzunmüddətli məqsədi beynəlxalq təhlükəsizliyi gücləndirmək, münaqişələrin daha tez başa çatması üçün səylərini əsirgəməməkdir. Amma burada isə yalnız NATO-ya üzv ölkələrin və Avropanın təhlükəsizlik məsələləri birinci növbədə prioritet oldu. Ankarada keçirilən NATO sammitində daha çox hiss olunan məqam regiondakı böhranlara qarşı koordinasiyanın yeni metodlarından istifadə olunması məsələlərinin müzakirə mövzusu olması idi. Bunlar pərdəarxasında hiss olunan mesajlardır. Açıq mesajları isə hamı gördü. Belə görünür ki, 2026-cı ildə münaqişələrin tam bitməsi məqsədəmüvafiq deyil. Məhdud razılaşmaların olması ehtimalı daha çoxdur. Demək, dünyanın ürək əməliyyatının vaxtı və zamanı hələ bəlli deyil. Təcili əməliyyata ehtiyac duyulmur. Qlobal siyasətdə həlledici dövr hələ var. Ona görə də kritik dönüş nöqtəsi- həlledici mərhələ, taleyüklü məqam və kritik zaman pəncərəsi açılacaq. Sonra isə zamanı gələndə əməliyyatın nəticəsini hamı görəcək. Dəyərli soydaşlar, bu gün siyasətin şah damarı milli maraqları qorumaqdır. Biz öz milli maraqlarımızı təmin etdik, milli ideyalarımızı qurduq və onların inkişafı üçün siyasi reallıqların verdiyi imkanlardan maksimum yararlandıq. Bu yolda hamımız bir olmalıyıq. Milli maraqlar naminə İlham Əliyevin siyasi və diplomatik strategiyası yeganə yoldur və onu dəstəkləmək lazımdır”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 İyul 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri