Icma.az
close
up
RU
Nazir sammitdə təhsildən danışdı

Nazir sammitdə təhsildən danışdı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda “PASHA Holding” MMC-nin təşkilatçılığı ilə iki günlük “INMerge” İnnovasiya Sammiti baş tutub. 

Sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq mövzuları müzakirə olunub. 

“Cebheinfo.az” xəbər verir ki, Sammit 5 000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb. 

Builki proqram fintex və məsuliyyətli bankçılıqdan başlayaraq data və süni intellekt, “Sənaye 4.0”, telekommunikasiya, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz istiqamət üzrə təşkil olunub. 

Sammitin ilk günündə “Pixar” şirkətinin həmtəsisçisi Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna biznes və texnologiyanın gələcəyini formalaşdıran ideyalarını bölüşüblər. 

Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək texnologiya və kreativliyin yeni imkanlar yaratdığını, insan kapitalının bacarıq və biliklərinin artırılmasının vacibliyini deyib. Nazir bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər görülür və sammitin innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrildiyini vurğulayıb.
“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge”i Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu adlandıraraq son beş ildə kiçik bir korporativ tədbirdən beynəlxalq əhəmiyyətli platformaya çevrildiyini qeyd edib. Sammit yalnız ilhamlandırmaqla kifayətlənmir, həm də təhsil və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışı zamanı qeyd edib ki, IT alətlərinin ixracı sahəsində böyük imkanlarımız var. Bu imkanların reallaşdırılmasının əsas şərtlərindən biri də istedadlı mütəxəssislərin yetişdirilməsidir və bu istiqamətdə birgə olaraq ardıcıl iş aparılır.
Birinci günün son paneli biliyin milli inkişafa çevrilməsinə həsr olunub. Paneldə elm və təhsil naziri Emin Əmrullayev, “PASHA Holding”in baş direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xanna təhsilin sahibkarlığı təşviq etməsi, innovasiyaları hərəkətə gətirməsi və davamlı milli inkişafa verdiyi töhfələri müzakirə ediblər.
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, əsas məsələ yalnız yeni ixtisas yaratmaqla bitmir. Bu istiqamətdə dərin düşünülmüş yanaşmalar, müasir pedaqoji metodlar və praktiki tətbiq imkanları tələb olunur. Nazir əlavə edib ki, texnologiya və innovasiya sahəsində inkişaf üçün təkcə yumşaq bacarıqlar deyil, güclü fundamental bilik bazası və STEAM təhsili vacibdir. Cəmiyyətin texnoloji inkişafında mühəndislər, riyaziyyatçılar və hüquqşünaslar kimi fundamental peşə sahibləri həlledici rol oynayırlar.
Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır, bunun mədəniyyət və təhsil sistemi ilə dərin bağlılığı vardır. İlk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. "Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir" - deyə nazir vurğulayıb.  

Sonda Emin Əmrullayev qeyd edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur. Bu, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.Tədbirin ikinci günü də panel sessiyalarla davam edib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri