Icma.az
close
up
RU
“Samsung Electronics” şirkətini genişmiqyaslı tətil təhlükəsi gözləyir

“Samsung Electronics” şirkətini genişmiqyaslı tətil təhlükəsi gözləyir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 may, AZƏRTAC

Bonus ödənişləri ilə bağlı danışıqların nəticəsiz başa çatmasından sonra “Samsung Electronics” şirkətinin həmkarlar ittifaqı 48 min əməkdaşın iştirakı ilə cümə axşamı tətil keçirməyi planlaşdırır. Qiymətləndirmələrə görə, genişmiqyaslı tətil Cənubi Koreya iqtisadiyyatına və dünya üzrə yarımkeçiricilərin tədarükünə zərbə vura bilər.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqı “Samsung”dan illik əməkhaqqının 50 faizi həcmində müəyyən edilmiş bonus məhdudiyyətinin ləğv edilməsini, illik əməliyyat mənfəətinin 15 faizinin bonuslara ayrılmasını və bu dəyişikliklərin bir ildən artıq müddət üçün rəsmiləşdirilməsini tələb edib.

Həmkarlar ittifaqının rəhbəri Çxve Sın Ho bildirib ki, ittifaq hökumət tərəfindən təyin olunmuş vasitəçinin təqdim etdiyi yekun təklifi qəbul edib. Lakin rəhbərlik mübahisəli məsələlərdən biri ilə razılaşmadığı üçün 18 günlük tətil keçiriləcək.

“Mən ictimaiyyətdən üzr istəyirəm. Çünki mümkün olan bütün güzəştlərə baxmayaraq, yaxşı nəticə əldə edə bilmədim.

Biz hətta tətil dövründə də razılığın əldə olunması üçün səylərimizi dayandırmayacağıq”, – deyə o bildirib.

“Reuters” agentliyinin yazdığına görə, “Samsung Electronics” şirkətinin bəyanatında qeyd olunub ki, həmkarlar ittifaqı zərərlə işləyən bölmələr üçün bonusların məbləği də daxil olmaqla “qəbuledilməz tələblər” irəli sürüb.

Çərşənbə günü günortadan sonra “Samsung”un səhmləri 1,6 faiz ucuzlaşıb, son bir həftə ərzində isə onların dəyəri 4,5 faiz azalıb. Bəzi investorlar bildiriblər ki, onları tətilin birdəfəlik xərclərindən daha çox əmək xərclərinin davamlı artımı ehtimalı narahat edir.

İndi əsas diqqət hökumətin prosesə müdaxilə edib-etməyəcəyinə və həftəsonu xəbərdarlıq etdiyi kimi, tətilin iqtisadiyyata vura biləcəyi potensial zərərə əsaslanaraq təcili arbitraj qərarı verib-verməyəcəyinə yönələcək.

Cənubi Koreya ixracının təxminən dörddə biri “Samsung”un payına düşür. Şirkət, eyni zamanda, dünyada yaddaş çiplərinin ən böyük istehsalçısıdır. Buna görə də istehsaldakı fasilələr süni intellekt sıçrayışının yaratdığı çatışmazlıq şəraitində qiymət artımını daha da sürətləndirə bilər.

Çox nadir hallarda tətbiq olunan təcili arbitraj proseduru hökumətin danışıqlarda vasitəçilik etdiyi müddətdə 30 gün ərzində tətilin davam etdirilməsinin qarşısını alardı.

Qiymətləndirmələrə görə, ən pis halda tətil Cənubi Koreya iqtisadiyyatının bu il üçün proqnozlaşdırılan 2 faiz artımını 0,5 faiz bəndi azalda bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri