Icma.az
close
up
RU
“Samsung” yerli rəqiblərin çoxalması səbəbindən Çin bazarını tərk edir

“Samsung” yerli rəqiblərin çoxalması səbəbindən Çin bazarını tərk edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 7 may, AZƏRTAC

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Çin bazarında televizorlar və monitorlar da daxil olmaqla bütün məişət texnikası məhsullarının satışını dayandırır.

AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, qərar sürətlə dəyişən bazar şərtləri diqqətlə nəzərdən keçirildikdən sonra verilib. Satışı dayandırılacaq məhsullara kommersiya displey sistemləri, kondisionerlər, soyuducular, paltaryuyan maşınlar, audio avadanlıqlar, tozsoranlar və hava təmizləyiciləri daxildir.

Çin media orqanı “DoNews”un istinad etdiyi sənaye məlumatları göstərir ki, cari ilin aprelinə “Samsung”un Çindəki bazar payı televizorlar üçün 3,62 faiz, soyuducular üçün 0,41 faiz və paltaryuyan maşınlar üçün 0,38 faiz təşkil edib.

“Samsung”un çətinlikləri yalnız Çinlə məhdudlaşmır. “Yonhap” xəbər agentliyinin məlumatına görə, artan qlobal qeyri-müəyyənliklər, habelə xammal və komponent xərclərinin qiymətlərinin bahalanması şirkətin məişət texnikası biznesində gəlirliliyi azaltmağa davam edib. Ötən il “Samsung”un televizor və məişət texnikası bölmələri, ümumilikdə 200 milyard Koreya vonu (təxminən 138 milyon dollar) zərər ediblər. Eyni dövrdə “Samsung”un Çindəki satış şirkətinin xalis mənfəəti illik müqayisədə 44 faiz azalıb. Bu dəyişiklik Çin brendlərinin daxili bazar paylarını davamlı olaraq genişləndirməsi ilə əlaqədardır. Çin sənaye məlumat təminatçısı “Runto Technology”yə görə, 2025-ci ildə Çində ümumi televizor tədarükü 32,895 milyon ədədə çatıb. Ən yaxşı 8 yerli brend – “Hisense”, “TCL”, “Xiaomi”, “Skyworth”, “Changhong”, “Haier”, “Konka” və “Huawei” bazarın 94,1 faizini təşkil edib. Sorğuya əsasən, “Samsung”, “Sony”, “Philips” və “Sharp” da daxil olmaqla əsas xarici brendlərin illik tədarükü 1 milyon ədəddən aşağı düşüb və bazarın ən aşağı hissəsində qalıb.

“Yonhap”ın məlumatına görə, “Samsung” Çində mobil cihazlar, yarımkeçiricilər və tibbi avadanlıq sektorlarında fəaliyyətini davam etdirəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri