Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Samux: torpaqdan bərəkət, bağçılıqdan inkişaf doğur

Samux: torpaqdan bərəkət, bağçılıqdan inkişaf doğur

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Samuxun səxavətli torpaqları bu gün bir daha sübut edir ki, zəhmət olan yerdə bərəkət də əskik olmur. Min illərin kənd təsərrüfatı ənənəsini özündə yaşadan bu diyar, artıq yeni dövrün çağırışlarına cavab verən müasir təsərrüfat nümunələri ilə Azərbaycanın aqrar xəritəsində öz sözünü deyir.

Son illərdə kənd təsərrüfatının müxtəlif sahələrində olduğu kimi, Samuxda da meyvəçilik yüksəliş mərhələsinə qədəm qoyub. Ənənəvi bağçılıqdan fərqli olaraq, indi bu torpaqlarda intensiv üsulla becərilən, tez bar verən və yüksək məhsuldarlıqla seçilən meyvə bağları salınır. Bu, həm məhsuldarlığın artırılmasına, həm də kənd təsərrüfatının modernləşməsinə xidmət edir.

Samux Rayon Statistika İdarəsinin məlumatına görə, 1 avqust 2025-ci il tarixinə rayon üzrə meyvə bağlarının ümumi sahəsi 2 min 372,7 hektara çatıb. Bu sahələrin 234,5 hektarı, yəni 9,8 faizi, artıq intensiv üsulla becərilən müasir bağlardır. Daha da sevindirici hal odur ki, bu bağların 57 hektarı cari ildə yeni salınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə intensiv meyvə bağlarının sahəsində 25 hektar və ya 11,9 faiz artım qeydə alınıb.

Bu, sadəcə, statistik artım deyil – bu, torpağa vurulan dəyərin, zəhmətin və gələcəyə olan ümidin göstəricisidir. Bu gün Samuxun bağlarında yalnız ağaclar deyil, həm də kəndlinin ümidi, gələcəyin rifahı bar verir.

Samuxda intensiv bağçılığın çeşidliliyi də diqqətəlayiqdir. Bu gün rayon ərazisində 10 hektar alma, 10 hektar armud, 14,3 hektar xurma, 7 hektar heyva, 41 hektar ərik, 118,3 hektar şaftalı, 6,3 hektar gavalı, 2 hektar alça və 25,6 hektar gilas bağları intensiv üsulla becərilir. Hər biri öz fəsli ilə Samuxun süfrəsini bəzəyir, bazarlarını canlandırır.

Bu bağlardan artıq 1319,6 ton məhsul yığılıb və məhsul yığımı hələ də davam edir. Bu isə o deməkdir ki, hər il daha çox ailənin ruzisi bu bağlardan gələcək, kəndlinin əli işdən, süfrəsi nemətdən kəsilməyəcək.

İntensiv bağçılığın genişlənməsi həm də yeni iş yerlərinin yaradılması, aqro-turizm potensialının inkişafı və yerli sahibkarların stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Samux artıq yalnız kənd təsərrüfatı ilə deyil, həm də müasir texnologiyalarla inteqrasiya olunmuş aqrar model ilə tanınmağa başlayır.

Bu gün Samuxun bağları çiçəkləyirsə, sabah bu çiçəklər meyvəyə, o meyvələrsə gəlirə və rifaha çevriləcək. Bu torpaq bunu bacarır, çünki bu torpağın sahibləri zəhmətkeşdir, inamlıdır, gələcəyə bağlıdır.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Samux

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see375

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see333

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see323

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see293

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see291

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see287

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see267

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see249

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see217

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see187

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri