Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

İnsandan zəhmət torpaqdan bərəkət

İnsandan zəhmət torpaqdan bərəkət

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Tarlaların, bağların məhsulu anbarlara vurulur

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişləndirilir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə bol məhsulun təməli üçün bütün təsərrüfat kateqoriyaları üzrə 1 milyon 490 min hektardan çox sahədə əkin aparılıb. Əkin sahələrinin 939 min 130 hektarı payızlıq və yazlıq dənli-paxlalı bitkilərin, 34 min 237,4 hektarı dən üçün qarğıdalının, 100 min 468 hektarı pambığın və 13 min 408 hektarı dən üçün günəbaxanın payına düşüb. Bundan əlavə, mövsüm ərzində 60 min 344 hektar sahədə tərəvəz, 44 min 925 hektar sahədə kartof, 17 min 564 hektar sahədə bostan bitkiləri, 7 min 275 hektar sahədə şəkər çuğunduru və 3 min 128 hektar sahədə tütün yarpağı əkilib. Hazırda ölkə üzrə meyvə və giləmeyvə bağları 233 min 368 hektar, üzüm bağları 14 min 805 hektar, çay plantasiyaları isə 948 hektar təşkil edir. 

Komitənin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 359,8 milyon manat təşkil edib. Bunun da 5 milyard 951,8 milyon manatı bitkiçilik, 5 milyard 408 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. 

İlin əvvəlindən torpağa atdığı hər bir dənin cücərib boy atması üçün səy göstərən, tər tökən əkin-biçin adamı indi zəhmətinin bəhrəsini görür. Zamanında nəvaziş göstərib sığal çəkdiyi torpaq da borclu qalmayaraq kəndlinin zəhmətinin əvəzini birə min qaytarır, necə deyərlər, sahibinin üzünü ağardır. Eyni zamanda, dövlətin aqrar sektorun inkişafına verdiyi dəstək də sahibkarın karına gəlir, onu torpağa möhkəm bağlayır. Bu da son nəticədə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ilə yaxın dövr ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfəyə yaxın artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 1 milyon 60 min hektardan çox sahədə məhsul yığımı həyata keçirilib. Həmin sahələrdən 6 milyon 326 min tona yaxın məhsul tədarük edilib. Əkin sahələrində həyata keçirilən aqrotexniki tədbirlər sayəsində zəmilərdə bol məhsul yetişdirilib. Cari ilin 9 ayının nəticələrinə görə, bir çox bitkiçilik növləri üzrə hektarın məhsuldarlığı artıb. 

2025-ci il oktyabrın 1-dək payızlıq və yazlıq dənli-paxlalı bitkilər (qarğıdalısız) əkilmiş sahələrin 928 min 636,4 hektarında biçin aparılıb. Bunun da nəticəsində mövsüm ərzində ölkə üzrə 2 milyon 982 min 43 ton məhsul yığılıb. Bu sahədə ən yüksək məhsuldarlıq Mil-Muğan (40,4 ton) və Qarabağ (36,4) iqtisadi rayonlarında qeydə alınıb. Ölkə üzrə bu sahədə ən yüksək göstərici isə Şirvan-Salyan iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunun payına düşüb (51,4 ton). Bu isə respublika üzrə ümumi göstəricidən 19,3 ton çoxdur.

Son illər ölkədə kartof əkininə xüsusi marağın göstərilməsi “ikinci çörək” adlandırılan bu məhsulun istehsalının artmasına səbəb olub. Bu da daxili bazarın idxaldan asılılığının minimuma endirilməsi ilə nəticələnib. Cari ilin yanvar-sentyabr aylarında sahələrdən 760 min 441 ton məhsul yığılıb. Hektarın məhsuldarlığı 196,3 sentner təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən bir qədər çoxdur. Hesabat dövründə bu göstərici üzrə ən yüksək nəticə isə Naxçıvan Muxtar Respublikasında (263,8 sentner) qeydə alınıb. Bununla yanaşı, Qazax-Tovuz (248 sentner) və Lənkəran-Astara (199,7 sentner) iqtisadi rayonlarının fermerləri də sahələrdən bol məhsul əldə ediblər. Ölkənin rayonları üzrə bu sahədə ən yüksək göstəriciyə isə Qazax (377,6 sentner), Ağstafa (310,8 sentner), Tovuz (304,2 sentner), Şərur (302,5 sentner) və Cəlilabad (300,1 sentner) fermerləri imza atıblar. 

Ölkə tərəvəzçilərinin də əməyi öz bəhrəsini verib. Bu ilin 9 ayında 54 min 40 hektar sahədə yığım həyata keçirən fermerlər 1 milyon 420 min 624 ton məhsul tədarük ediblər. Hesabat dövründə tərəvəzçilikdə hektarın məhsuldarlığı 262,2 sentner təşkil edib. Ən yüksək göstərici Qazax-Tovuz (385 min 388 ton) və Qarabağ (207 min 418 ton) iqtisadi rayonlarında olub.

Ölkədə mühüm növ bitkiçilk məhsullarının yetişdirildiyi bostanlarda da ilin əvvəlindən kifayət qədər əkin həyata keçirilib. Mövsüm ərzində sahələrdən 450 min 802,3 ton məhsul yığılıb. Bostanlarda hektarın orta məhsuldarlığı 260,6 sentner (ötən il 251,3 sentner) təşkil edib. Bu sahədə ən yüksək göstərici isə Mil-Muğan iqtisadi rayonunda (360 sentner) qeydə alınıb. 

Cari ilin 9 ayında ölkənin meyvə və giləmeyvə bağlarından 510 min 525,2 ton məhsul yığılıb. İqtisadi rayonlar üzrə bu sahədə ən yüksək göstəricilərə isə Quba-Xaçmaz (205 min 272 ton) və Qazax-Tovuz (79 min 485 ton) iqtisadi rayonlarının təsərrüfat sahibləri imza atıblar. Bu il ölkənin üzüm bağlarında da bol məhsul yetişdirilib. Yanvar-sentyabr aylarında bağlardan 62 min 273 min ton məhsul yığılıb. 

Azərbaycanın çayçılıq təsərrüfatlarının cəmləşdiyi Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə mövcud 947,8 hektar sahədən ilin 9 ayında 876,2 ton yaşıl çay yarpağı yığılıb. Bunun da 850,2 tonu Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb.

Bu il strateji məhsul sayılan pambıq yığımına bir qədər gec başlanıb. Oktyabrın 1-dək tarlalardan 23,2 min ton “ağ qızıl” toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda isə yığımın qızğın çağıdır. Sahələrdə bol pambıq yetişdirməyə nail olan fermerlər məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Son günlərin əlverişli hava şəraiti isə onları bu məqsədə daha da yaxınlaşdırır. 

Bütövlükdə isə, payız fəslinin sona yaxınlaşmasına baxmayaraq, ölkənin regionlarında müxtəlif nov bitkiçilik məhsullarının yığımı davam edir. Fermerlər isə yığımın optimal müddətdə başa çatdırılması üçün bütün imkanları səfərbər ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri