Icma.az
close
up
RU
Samuxda Aprel Şəhidləri yad edildi Fotolar

Samuxda Aprel Şəhidləri yad edildi Fotolar

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Samux rayon Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərimizin ilk qığılcımı Aprel döyüşləri” adlı tədbir keçirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Modern.az-ın məlumatına görə, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gəncə Dövlət Universitetinin müəllimi Şahin Xurşidov, şəhid atası Elçin Əsədov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Aprel döyüşlərinin Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu döyüşlər xalqımızın mübarizə əzmini, ordumuzun gücünü və dövlət-xalq birliyini bütün dünyaya nümayiş etdirdi. O qeyd edib ki, məhz bu qələbə ruhu sonrakı uğurların, o cümlədən Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin əsasını qoydu.

Digər çıxış edənlər də Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycanın igid övladlarının göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edərək, bu zəfərin gələcək qələbələrimizin təməli olduğunu vurğulayıblar.

Eyni zamanda tədbir çərçivəsində Ara Film Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış, rejissoru Aydan Əhmədova olan və 2019-cu ildə lentə alınmış “Aprel Fərmanı” adlı sənədli film nümayiş etdirilib.

Tədbir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri