Icma.az
close
up
RU
Samuxda çoban qonşu fermanı qarət etdi, həbs olundu

Samuxda çoban qonşu fermanı qarət etdi, həbs olundu

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda qonşu fermadan oğurluq edən çoban həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə Samux rayonunun Sarıqaya kəndi ərazisindəki fermada baş verib.

Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Elxan Ağayev (ad və soyad şərtidir) boşanandan sonra evlərindən qovulur və küçələrdə qalmaq təhlükəsi ilə üzləşir. O, tanışlarının köməyi ilə Samux rayonu ərazisində Fərman adlı fermerin təsərrüfatında çoban işləməyə başlayır. Bir müddət işlədikdən sonra ona məlum olur ki, yaxınlıqda fəaliyyətini dayandırmış bir ferma var. Elxan bir gün həmin fermaya gedərək, orada olan avadanlıqlara baxır. O, fermada heyvanların su içməsi üçün kəsilmiş uzun borular və su çəni olduğunu görür və həmin avadanlıqları oğurlamaq qərarına gəlir.

Elxan Gəncə şəhərindəki xalası oğluna zəng edərək Samuxda fermada ona məxsus su çəni və boruların olduğunu, həmin avadanlıqları satmaq istədiyini bildirir. O, xalası oğlundan xahiş edir ki, şəhər ərazisindən bir evakuator tapıb onun yanına gəlsin. Xalası oğlu da ona inanıb evakuatorla birlikdə həmin ünvana gəlir. Elxan xalası oğlunun köməyi ilə həmin oğurladığı malları evakuatora yükləyib Gəncə şəhərində metal qəbulu məntəqəsinə gətirir və orada həmin avadanlıqları 900 manata satır. Elxan həmin puldan 150 manat xalası oğluna, 50 manat isə evakuator sürücüsünə verir.

Bir müddətdən sonra fəaliyyətsiz fermanın sahibi obyektinə baxış keçirərkən dəmir boruların və su çəninin oğurlandığını görür və bu barədə polisə məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədənin Elxan Ağayev olduğu müəyyən edilir və o saxlanılır.

Faktla bağlı cinayət işi başlanır, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilir.

Samux Rayon Məhkəməsinin hökmü ilə E.Ağayev iki il müddətinə azadlıqdan məhrum edilir.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri