Samvel Karapetyan yenidən həbs olunacaq: Məhkəmə onunla bağlı ev dustaqlığı qərarını ləğv etdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda iş adamı Samvel Karapetyanın ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunacaq.
Apelyasiya məhkəməsi erməni sahibkarın məhkəməyə qədər həbsdə qalması barədə qərar çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bununla da birinci instansiya məhkəməsinin 2025-ci ilin sonunda verdiyi qərar ləğv olunub.
Ötən ilin dekabrın 30-da məhkəmənin qərarı ilə Karapetyanın məhkəməyə qədər müddətdə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Məlumata görə, "Taşir" şirkətlər qrupunun rəhbəri olan Karapetyan 2025-ci ilin iyun ayında dindarlarla hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə həbs edilib. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (vəzifə səlahiyyətlərindən və ya ona əsaslanan təsirdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması) ilə yeni ittihamlar irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















