Icma.az
close
up
RU
Menu

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

Mask gələcəklə bağlı proqnoz verdi

Hələ də güzgüyə baxmıram Fotolar

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

San Dieqo Dövlət Universitetinin yeganə azərbaycanlı tələbəsi: Qazandığım təcrübə ilə ölkəmizin inkişafına töhfə verəcəyəm

San Dieqo Dövlət Universitetinin yeganə azərbaycanlı tələbəsi: Qazandığım təcrübə ilə ölkəmizin inkişafına töhfə verəcəyəm

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 aprel, Xatirə Cəfərova AZƏRTAC

Azərbaycanın istedadlı gəncləri beynəlxalq təhsil mühitində özlərini uğurla nümayiş etdirirlər. Onlardan biri – Vaqif Qiyaslı təhsilini ABŞ-ın Kaliforniya ştatında yerləşən San-Dieqo Dövlət Universitetində (SDSU) magistratura səviyyəsində davam etdirərək, həm akademik, həm də mədəni-ictimai fəaliyyəti ilə nümunəvi tələbələr sırasındadır. O, 2020-ci ildə Bakı şəhəri 53 nömrəli tam orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə energetika mühəndisliyi ixtisası üzrə qəbul olunub. Təhsilinin ilk iki ilində fakültə birincisi olub. Azərbaycanda təhsil aldığı dövr onun üçün yalnız akademik nailiyyətlərlə deyil, həm də özünü tanımaq və həyatdakı məqsədini müəyyənləşdirmək baxımından dəyərli olub. O, “Mən kiməm?” sualına cavab tapmaq üçün müxtəlif sahələri araşdırmağa başlayıb. Satış, xarici əlaqələr, könüllülük fəaliyyəti və təşkilatçılıq kimi müxtəlif istiqamətlərdə təcrübə qazanıb. Bu yol ona zəngin həyat dərsləri verməklə yanaşı, gələcək hədəflərini daha aydın görməyə imkan yaradıb. Bu yolda özünü tanımaqda ona ən böyük dəstəyi ailəsi, təcrübəli dostları və zamanla qurduğu sağlam sosial çevrəsi verib. Bu təcrübələr sırasında onu ən çox ilhamlandıran və şəxsiyyətinə ən uyğun olan sahə isə məhz təşkilatçılıq və təlimçilik fəaliyyəti olub. Son üç il ərzində Azərbaycanın müxtəlif universitetlərində 20 mindən artıq gənci əhatə edən maarifləndirici tədbirlərə rəhbərlik edib. Bu tədbirlərin əsas məqsədi gəncləri ölkəmizin tanınmış akademikləri, dövlət nümayəndələri və öz sahəsində uğur qazanmış şəxslərlə bir araya gətirmək, onları motivasiya etmək və inkişaf yolunda dəstəkləmək olub. Vaqif hazırda SDSU-da elektrik mühəndisliyi ixtisası üzrə magistratura təhsili alır. Təhsil, elmi araşdırma və innovasiya onun üçün yalnız peşə seçimi deyil, eyni zamanda, həyat tərzidir. Vaqif Qiyaslı AZƏRTAC-a müsahibəsində öz təhsil yolundan, şəxsi inkişaf mərhələlərindən, xaricdə qazandığı təcrübələrdən və Azərbaycanın inkişafı naminə planlaşdırdığı məqsədlərdən bəhs edib.

Amerikanın təhsil sistemi

Hər bir universitetin özünəməxsus təhsil sistemi və yanaşma forması var. San-Dieqo Dövlət Universiteti də bu baxımdan fərqlənir. Bu barədə fikirlərini bölüşən müsahibimiz deyib: “ABŞ dünyada təhsil sahəsində lider ölkələrdən biridir. Bu ölkədə təhsil almaq mənim arzum idi. Bakalavriat təhsilim dövründə müxtəlif ölkələrin universitetləri, ixtisas istiqamətləri və həyat tərzləri haqqında daim araşdırmalar aparırdım. Bu istiqamətdə müəyyən bir bilik bazası formalaşdırmışdım. Lakin 3-cü kursun sonlarında təcrübə və araşdırmalarımı bir araya gətirərək daha konkret qərara gəldim. Hədəfim yalnız ABŞ-da təhsil almaq oldu. Müraciət prosesi zamanı ABŞ-ın tanınmış yeddi universitetindən fərqli ixtisaslar üzrə qəbul aldım. Bu ixtisaslar elektrik mühəndisliyi, kibertəhlükəsizlik, kompüter mühəndisliyi və süni intellekt mühəndisliyi kimi sahələri əhatə edirdi. Müəyyən təhlil və müqayisələr apardıqdan sonra San-Dieqo Dövlət Universitetini seçdim. SDSU mühəndislik sahəsində ölkə üzrə kifayət qədər güclü reytinqə malik universitetlərdən biridir”.

Vaqif bir neçə həftədən sonra SDSU-da magistratura təhsilinin ilk ilini başa vuracaq. Bir il ərzində əldə etdiyi təcrübələr, qarşılaşdığı çətinliklər və qazandığı biliklər onun üçün yaddaqalan olub: “Ümumiyyətlə, ABŞ-da ali təhsil sistemi tələbələrdən davamlı olaraq oxumağı, araşdırma aparmağı, suallar verməyi və eyni zamanda, həmin suallara cavab tapmaq üçün müstəqil düşünməyi tələb edir. Bu yanaşma tələbənin biliklərini dərinləşdirməklə yanaşı, analitik və tənqidi düşüncə qabiliyyətini inkişaf etdirir. Məhz bu sistem mənim akademik biliklərimi qısa müddət ərzində əhəmiyyətli dərəcədə artırmağa kömək etdi. Sahə üzrə ixtisaslaşma burada çox önəmli yer tutur. Hazırda “Power Electronics”, “RF Systems” və digər texniki istiqamətlərdə dərslər alıram. Bu fənlər həm nəzəri, həm də praktik cəhətdən olduqca maraqlıdır və dərin bilik qazanmağa imkan verir. SDSU-da professorların dərs keçmə üslubu, imtahanların hazırlanma prosesi, layihə və tapşırıqların qiymətləndirilməsi sistemi də fərqlidir və çox düşünülmüş şəkildə təşkil olunub. Hər bir qiymətləndirmə tələbənin anlayış səviyyəsini və tətbiq bacarığını ölçməyə yönəlib. Təhsilimin ilk aylarında yeni sistemə uyğunlaşmaqda müəyyən çətinliklər yaşasam da, zamanla bu mühit mənə daha rahat gəlməyə başladı və ona adaptasiya olmuşam. SDSU-da təhsil almağım akademik təcrübə olmaqla yanaşı, eyni zamanda, mənə təhsili və öyrənmə prosesini bir daha sevdirdi. Professorların dərsə yanaşması, onların tələbələrlə qurduğu dialoq və dərsləri interaktiv keçməsi məndə təkcə öyrənmək istəyini deyil, eyni zamanda, öyrətmək istəyini gücləndirdi. Bu isə gələcək planlarım və karyera baxışım üzərində böyük təsir göstərərək istiqamətimi daha da dəqiqləşdirdi. SDSU-da təhsil almaq mənim üçün həm də şəxsi inkişaf baxımından dəyərli bir təcrübədir. İnanıram ki, təhsilimin ikinci ilində də yeni layihələrdən, professorların təcrübəsindən, dərslərdən və elmi araşdırmalardan daha çox öyrənəcək, özümü həm peşəkar, həm də fərdi inkişaf baxımından daha da irəli aparacağam”.

ABŞ ilə Azərbaycan təhsil sistemləri arasında müəyyən əsas fərqlər mövcuddur. Bu barədə müsahibimiz deyib: “ABŞ-da ali təhsil sistemi uzun illərdir ki, formalaşıb və dünya miqyasında nüfuzlu, oturuşmuş bir model kimi qəbul olunur. Burada tədris yanaşmaları, təhsil resurslarının əlçatanlığı, tələbələrin müstəqil düşüncə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi prioritetlər sırasındadır. Məhz bu səbəbdən ABŞ-ın təhsil sistemi lider mövqedədir. Bununla belə, San-Dieqo Dövlət Universitetində təhsil aldığım müddətdə dəfələrlə hiss etmişəm ki, Azərbaycanda aldığım baza bilikləri mənim bu mühitə daha tez uyğunlaşmağımda və uğurlu nəticələr əldə etməyimdə mühüm rol oynayıb. Azərbaycanın bir sıra universitetləri və ixtisas istiqamətləri yüksək səviyyədədir və bu ali məktəblər gələcəyi düşünən, potensiallı gənclər yetişdirir. Lakin düşünürəm ki, bizim əsas məqsədimiz bu uğurları sistemli şəkildə böyütmək, yəni yüksəksəviyyəli universitetlərin, ixtisasların və ən əsası da təhsilə yönəlmiş tələbələrin sayını yüzlərlə deyil, minlərlə dəfə artırmaq olmalıdır. Çünki təhsil əslində, insanın öz gələcəyi üçün qoyduğu ən böyük investisiyadır. Mən bu fikri ailəmdən, müəllimlərimdən eşidərək böyümüşəm və bu düşüncə indi də həyat yolumun təməlini təşkil edir. Əminəm ki, həm Azərbaycanda, həm də xarici ölkələrin nüfuzlu universitetlərində keyfiyyətli təhsil alan və bu sahəyə ürəkdən bağlı olan gənclərimiz gələcəkdə ölkəmizə öz bilikləri, təşəbbüsləri və müasir baxış bucaqları ilə töhfə verəcəklər. Mən də bu istiqamətdə çalışmağı, Azərbaycanın təhsil sisteminə, gələcəyinə və intellektual inkişafına öz töhfəmi verməyi ali vəzifələrimdən biri hesab edirəm”.

San-Dieqo Dövlət Universiteti beynəlxalq tələbələr üçün açıq və çoxmədəniyyətli mühitə malik ali təhsil müəssisələrindən biridir. Həmsöhbətimiz deyir ki, bu universitetdə 106 ölkədən 1200-dən çox beynəlxalq tələbə təhsil alır: “Əlbəttə ki, tələbələrin böyük əksəriyyəti ABŞ vətəndaşlarıdır və universitetin əsas sosial çevrəsini də məhz amerikalı tələbələr təşkil edir. Buna baxmayaraq, müxtəlif ölkələrdən olan tələbələrlə də tanışlıq və dostluq münasibətləri qurmağa nail olmuşam. Hazırda Almaniya, İspaniya, Meksika, Türkiyə, Çin, Yaponiya və Vyetnamdan olan tələbələrlə mütəmadi ünsiyyət qururam. Fərqli ölkələrdən olan insanlarla mədəniyyətlər haqqında söhbətlər aparmaq, onların düşüncə tərzini anlamağa çalışmaq və bəzən bu fərqliliklər üzərində ortaq nöqtələr tapmaq mənim üçün olduqca maraqlı və zənginləşdirici təcrübədir. Biz birgə müxtəlif ölkələrin milli yeməklərini sınaqdan keçirir, adət-ənənələrdən danışır və bu mədəni mübadilə vasitəsilə bir-birimizdən çox şey öyrənirik. Düşünürəm ki, bu cür qarşılıqlı əlaqələr insanın dünyagörüşünü genişləndirmək baxımından son dərəcə dəyərlidir. Boş vaxtlarımda isə əsasən öz sahəmlə bağlı araşdırmalar aparıram. Gələcək təhsil imkanları, karyera perspektivləri və atmalı olduğum növbəti addımlar üzərində düşünmək mənə həm daxili rahatlıq, həm də sağlam düşüncə verir. Həmin vaxtlar mənim üçün həm tənhalığı dəyərləndirdiyim, həm də planlı şəkildə öz üzərimdə işlədiyim anlar olur”.

San-Dieqo Dövlət Universitetində təhsil alan yeganə azərbaycanlı tələbə

Vaqif Qiyaslı hazırda San-Dieqo Dövlət Universitetində təhsil alan yeganə azərbaycanlı tələbədir. “San-Dieqo Dövlət Universitetində yeganə azərbaycanlı tələbə olmaq mənim üçün həm qürurverici, həm də məsuliyyətli bir təcrübədir. Bir ölkəni, bir xalqı tək təmsil etdiyini bilmək insanı həm ruhlandırır, həm də düşündürür. Lakin bəzən bu təklik, sadəcə tanış bir baxışa və doğma dilində səslənən adi bir cümləyə ehtiyac duyduğun anlarda özünü daha çox hiss etdirir. Əlbəttə, bu təkliyin çətin tərəfləri var. Amma mən çətinlikləri hər zaman fürsət kimi dəyərləndirməyə çalışıram. Burada tək qalmaq, hər şeylə təkbaşına mübarizə aparmaq məni daha çox araşdırmağa, daha dərindən düşünməyə və özümü daha yaxşı tanımağa sövq etdi. Bu daxili yolçuluq mənim azad düşüncəmi, özünəinamımı və qərarvermə qabiliyyətimi daha da gücləndirdi. Həyatımda dönüş nöqtəsi ola biləcək bu mərhələni öz lehimə çevirməyi bacardım”, - deyə müsahibimiz bildirib.

Həmsöhbətimiz Azərbaycandan ABŞ-a təhsil almağa gələn tələbələrin hansı çətinliklərlə qarşılaşa biləcəyinə də aydınlıq gətirib: “Xaricdə təhsil almağın ən çətin tərəfi mənəvi məsafə ilə bağlıdır – ailədən, dostlardan və doğma mühitdən uzaq olmaq insanın içində həm emosional, həm də mədəni boşluq hissi yaradır. ABŞ kimi fərqli dəyərlərə malik cəmiyyətə uyğunlaşmaq isə həm çətindir, həm də fərqli dünyagörüşləri ilə tanış olmaq üçün fürsət yaradır. Azərbaycandan Amerikaya təhsil almağa gələn tələbə bu yola çıxmazdan əvvəl bilməlidir ki, burada rahatlıq azdır, amma imkanlar sonsuzdur. Mühüm olan odur ki, hər şeyin fərqli və çətin olacağını əvvəlcədən qəbul edərək, gələcəyə ümidlə və hazırlıqlı şəkildə yola çıxasan. Burada insanın mübarizə ruhu daim aktiv olmalıdır. Ailəni, Vətəni və doğmalarını qəlbində yaşadaraq, başı dik və məqsədyönlü şəkildə addımlayan hər bir tələbə qarşısına çıxan bütün çətinlikləri dəf edə bilər. Mən bu yolda olan bütün gənclərə uğurlar arzu edirəm və istərdim ki, gələcəkdə SDSU-da daha çox azərbaycanlı tələbə təhsil alsın. Bu, mənim üçün gələcəkdə SDSU tələbəsi və məzunu kimi böyük sevinc və qürur mənbəyi olar. Tövsiyəm odur ki, heç bir tələbə ilk uğursuzluqda yolundan dönməsin. ABŞ-da təhsil almaq istəyən gənclər bilməlidirlər ki, bu sistem yüksək rəqabət şəraitində fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən minlərlə insan eyni məqsədlə – burada təhsil almaq üçün müraciət edir. Bu isə seçilmə prosesini daha çətin və tələbkar edir. Bəzən bu səbəbdən müraciətlər rədd olunur və bu da tələbələrin motivasiyasını azalda bilər. Amma fikrimcə, əsas məsələ bir dəfə alınmayanda dayanmaq deyil, daha yaxşı hazırlaşıb növbəti dəfə daha güclü şəkildə yenidən sınağa çıxmaqdır. Buraya gəlmək istəyən gənclər təkcə burada qalmaq, yaşamaq niyyəti ilə deyil, öyrənmək və bu öyrəndiklərini dəyərə çevirmək məqsədi ilə gəlsinlər. Tələbə olmaq yalnız akademik bilik qazanmaq deyil, həm də öz ölkəsinin dəyərlərini, mədəniyyətini tanıtmaq fürsətidir. Universitetdə müxtəlif beynəlxalq tələbə təşkilatlarına qoşulmaq, mədəni tədbirlərdə iştirak etmək və Azərbaycanın adını müsbət mənada tanıtmaq çox önəmlidir. Burada təhsil alıb ixtisaslaşdıqdan sonra isə düşünürəm ki, əldə olunan bilik və təcrübə ilə Vətənə dönərək ölkəmizin inkişafına töhfə vermək hər birimizin borcudur. Digər tərəfdən, qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə təhsil sahəsində ciddi addımlar atıb və bu sahədə xeyli irəliləyişlər müşahidə olunur. Bu müsbət dinamikanı danmaq olmaz. Təbii ki, ABŞ universitetləri uzun illərin təcrübəsinə və dərin elmi bazaya malikdir. Bu səbəbdən də Amerika təhsil sistemində yer alan azərbaycanlı tələbələrə tövsiyəm odur ki, bu imkanlardan maksimum faydalansınlar, öyrəndiklərini gələcəkdə ölkəmizdə tətbiq etsinlər və daha da inkişaf etdirsinlər”.

Akademik və mədəni-ictimai fəaliyyət

Vaqif həm akademik fəaliyyətləri, həm də mədəni diplomatiya baxımından fəallığı ilə seçilərək universitetin beynəlxalq tələbə icmasında xüsusi yer qazanıb: “San-Dieqo Dövlət Universitetində həm akademik, həm də mədəni-ictimai fəaliyyət göstərmək, xüsusilə də bir azərbaycanlı tələbə kimi bu universitetdə təmsil olunmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Hazırda mühəndislik fakültəsində “Teaching Assistant” – yəni professor assistenti kimi çalışıram. Artıq iki semestrdir ki, “Analytical Methods for Electrical Engineers” fənni üzrə tələbələrlə işləyirəm. Dərslərin müəyyən hissələrində iştirak edir, çətin mövzuları tələbələrə izah edir, imtahanlara nəzarət edir, quiz və imtahan suallarının hazırlanmasında iştirak edir və sonda qiymətləndirmə prosesində sistem daxilində öz töhfəmi verirəm. Bundan əlavə, universitet bu fənn üçün mənə həftəlik ofis saatları ayırıb ki, tələbələr həmin vaxt ərzində mənə yaxınlaşaraq suallarını ünvanlaya bilsinlər. Bu görüşlər, xüsusilə müxtəlif ölkələrdən olan tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparmaq baxımından olduqca faydalı və öyrədicidir. Mən buradan yalnız professor kimi yanaşma təcrübəsi deyil, həm də tələbələrin düşüncə tərzini, öyrənmə metodlarını və təhsilə yanaşmalarını öyrənirəm”.

Həmsöhbətimiz mədəni-ictimai fəaliyyət sahəsində SDSU-da Azərbaycanı tanıtmaq və təbliğ etmək üçün əlindən gələni edir. Universitetə qəbul olduğu ilk gündən etibarən yüzlərlə yeni insan – professorlar, tələbə yoldaşları, universitet əməkdaşları ilə tanış olub və bu qarşılıqlı münasibətlər çərçivəsində onlara ölkəmiz haqqında məlumat verməyə çalışıb: “Əslində, bu proses çox təbii şəkildə baş verib – insanlar mənim fərqliliyimi və davranışlarımı maraqlı hesab etdikləri üçün Azərbaycanla bağlı suallar verirdilər. Mən isə bu maraqdan istifadə edərək ölkəmizi tanıtmağa çalışmışam. Bəzi hallarda qarşı tərəfin Azərbaycan haqqında məlumatı olmaya da bilərdi, amma bu mənim üçün heç vaxt narahatlıq doğurmayıb – əksinə, bu məlumat boşluğunu dostcasına, maraqlı şəkildə doldurmağa çalışmışam”.

Vaqif Qiyaslının akademik və mədəni-ictimai aktivliyinin nəticəsi olaraq, 2025-ci il aprelin 10-da SDSU-nun rəsmi internet səhifəsində onun haqqında “Graduate student makes a cultural connection from Azerbaijan to SDSU” (“Magistr tələbəsi Azərbaycandan SDSU-ya mədəni körpü qurur”) başlıqlı məqalə yayımlanıb: “Bu yazının minlərlə insan tərəfindən oxunması və Azərbaycan haqqında məlumat almaları məni həm çox sevindirdi, həm də daha böyük məsuliyyətlərə ilhamlandırdı. Bu, mənim üçün əlamətdar və qürurverici anlardan biri idi. Hazırda isə San-Dieqo Dövlət Universitetinin tarixində ilk dəfə olaraq təşkil olunacaq “Azerbaijani Cultural Day” tədbirinin təşkili ilə məşğulam. Tədbir mayın 2-də baş tutacaq və burada Azərbaycanın Los-Angelesdəki Baş Konsulluğunun da iştirakı nəzərdə tutulur. Tədbirə əsasən amerikalı tələbələr və digər ölkələrdən olan beynəlxalq tələbələrlə yanaşı, San-Dieqoda yaşayan azərbaycanlı həmvətənlərimizin də qatılması gözlənilir. Mən bu mənəvi dəyəri böyük olan layihədə çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu, yalnız başlanğıcdır. Görəcəyimiz işlər hələ çoxdur və mən bu yolda Azərbaycanı təmsil etməkdən və ölkəmə xidmət etməkdən böyük məmnunluq duyuram”.

Perspektiv planlar

Müsahibimizin hazırkı mərhələdə əsas hədəfi magistratura təhsilini yüksək nəticə ilə başa vurmaq, həm akademik, həm də şəxsi inkişafını maksimum səviyyəyə çatdırmaqdır: “Hazırda elektrik mühəndisliyi sahəsində, xüsusilə enerji sistemləri və güc elektronikası üzrə ixtisaslaşmışam. Bu sahədə qazandığım bilikləri daha da dərinləşdirmək üçün növbəti addımım PhD təhsili olacaq. PhD mərhələsində isə mühəndisliklə yanaşı, iqtisadi-təşkilati istiqamətlər – texnologiyanın cəmiyyətə təsiri, inkişaf strategiyaları və enerji siyasəti kimi sahələrə yönəlməyi planlaşdırıram. İnanıram ki, təhsil yalnız fərdi uğur vasitəsi deyil, eyni zamanda, Vətən üçün strateji dəyər yaradan bir yoldur. Bundan əlavə, mənim üçün uzunmüddətli məqsəd yalnız peşəkar ixtisaslaşma ilə məhdudlaşmır. Azərbaycana qlobal təcrübə ilə qayıdaraq ölkənin texnoloji inkişafı, enerji strategiyası və müasir idarəetmə sahələrində real dəyişikliklərə töhfə vermək istəyirəm. Gələcəyimi ölkəmin ehtiyac və

imkanları ilə uzlaşdırmaq mənim üçün həm borc, həm də şəxsiyyətimin ayrılmaz hissəsidir. Bu yolda qazandığım hər bir təcrübəni – istər mühəndislik biliklərini, istərsə də beynəlxalq perspektivləri –Vətənimdə konkret dəyərə çevirmək mənim missiyam olacaq. Məqsədim Azərbaycana qlobal təcrübə ilə qayıdaraq ölkəmin texnoloji, energetik və innovasiya yönümlü inkişafında fəal iştirak etməkdir. Ölkəmizdə müasir enerji strategiyalarının qurulması, yerli resursların səmərəli idarə olunması və davamlı texnoloji transformasiyalar istiqamətində çalışmaq istəyirəm. İnanıram ki, əsl güc yalnız bilik və ixtisaslaşmada deyil, həm də dəyərlərə sadiqlikdə və məqsədə xidmət etməkdədir. Uzaqda olsam belə, daxilən Vətənimə bağlılığım və ona töhfə vermək istəyi hər addımımda mənə yol göstərir. İrəlilədikcə bu hissi qorumaq və onu real nəticələrə çevirmək mənim üçün ən əsas prioritetlərdən biridir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see230

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see229

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see139

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see137

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

26 Aprel 2025 19:54see137

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see134

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see131

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see130

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see129

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see127

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see126

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see126

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see123

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see123

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see122

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see120

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see119

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see115

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see114

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri