Icma.az
close
up
RU
Viktor Yelenski: Ukraynadakı azərbaycanlılar ölkəmizin inkişafına böyük töhfə verirlər

Viktor Yelenski: Ukraynadakı azərbaycanlılar ölkəmizin inkişafına böyük töhfə verirlər

Icma.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 30 sentyabr, AZƏRTAC

Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) qərargahında görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə UABD-nin sədri Hikmət Cavad, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə, konsulluq məsələləri üzrə məsul şəxs Qalibbəy Ağadaşıyev, UABD İdarə Heyətinin üzvləri, iş adamları, diaspor fəalları iştirak ediblər.

UABD sədri Hikmət Cavad Ukrayna cəmiyyətinə azərbaycanlıların uğurlu inteqrasiyasından danışıb. O qeyd edib ki, azərbaycanlılar Ukraynada sabit və harmonik birgəyaşayışı təmin etməyə çalışırlar. UABD-nin fəaliyyətindən bəhs edən Hikmət Cavad vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü başlayandan bəri azərbaycanlılar həm ön, həm də arxa cəbhədə fəal iştirak edirlər. Onun sözlərinə görə, diaspor nümayəndələri Ukraynanın müdafiəsinə və humanitar dəstəyinə mühüm töhfələr verirlər. O əlavə edib ki, bu gün Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir.

“Biz hər iki ölkə prezidentinin bu əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki səylərini alqışlayırıq. Diaspor olaraq biz də öz töhfəmizi ən yüksək səviyyədə verməyə çalışırıq. İnanırıq ki, bu görüş həm Ukrayna dövlət institutları, həm də Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə H.Cavad vurğulayıb.

Tədbirdə çıxış edən Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski isə Ukraynadakı azərbaycanlılara Rusiya təcavüzünə qarşı mübarizəyə, ölkənin iqtisadi, ictimai və mədəni həyatının inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, milli icmaların hüquqlarının qorunması Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün zəruri öhdəlik olsa da, ölkə özünü vətən hesab edən xalqların irsini qorumaq və zənginləşdirmək istiqamətində gördüyü bütün işləri, hər şeydən əvvəl, öz vətəndaşları üçün həyata keçirir.

“Əsrlər boyu dövlətçilik, azadlıq və kimlik uğrunda mübarizə aparan ukraynalılar and içmişdilər ki, müstəqil Ukrayna torpaqlarında yaşayan heç bir xalqın mədəni, dil və digər ənənələri sıxışdırılmayacaq”, - deyə Viktor Yelenski əlavə edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə çıxış edərək qeyd edib ki, diaspor uzun illərdir Ukraynada yaşayan həmvətənlər arasında birliyin qorunması, onların mədəni, sosial və ictimai maraqlarının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görür. Rövşən Hüseynzadə bildirib ki, UABD-nin əsas fəaliyyət prioritetləri həm gənclərin milli ruhda tərbiyəsi, həm də xalqlarımız arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsidir. UABD-nin təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan R.Hüseynzadə onların yalnız Ukraynada yaşayan azərbaycanlıların deyil, bütövlükdə Ukrayna cəmiyyətinin inkişafına xidmət etdiyini bildirib.

“Bu layihələr çərçivəsində mütəmadi olaraq mədəniyyət günləri, park və xiyabanların bərpası, eləcə də Azərbaycan reallıqlarının təbliğinə yönəlmiş tədbirlər keçirilir”, - deyə o əlavə edib.

İş adamları, alimlər, hərbçilər və diaspor fəallarının çıxışlarından sonra görüş fikir mübadiləsi şəraitində davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri