Icma.az
close
up
RU
Azərbaycanlı milyarderə ağır zərbə Gözlənilməz proses başladı

Azərbaycanlı milyarderə ağır zərbə Gözlənilməz proses başladı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın enerji nəhəngi “Lukoil” Gürcüstan bazarından tamamilə çıxacağını açıqlayıb. Şirkət bu qərarı ABŞ sanksiyalarına cavab olaraq beynəlxalq aktivlərini satmaq planı ilə əsaslandırır. Digər tərəfdən, şirkətin ölkəmizdəki yanacaqdoldurma məntəqələrinin də satışa çıxarıldığı bildirilir. Bu isə “Lukoyl”in Azərbaycan bazarını da tərk edə biləcəyi ehtimalını gündəmə gətirib və vətəndaşlar arasında narahatlıq yaradıb.

“Lukoil” Azərbaycan bazarından da tamamilə çıxa bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, “Lukoil”in Azərbaycanın enerji bazarındakı payı çox kiçikdir:

“Yanacaqdoldurma məntəqələri istisna olmaqla, şirkətin böyük layihələrdə iştirakı məhduddur. Ötən illərdə “Lukoil” öz payının bir hissəsini də satıb. Hazırda şirkətə qarşı yaxın vaxtlarda ağır sanksiyaların tətbiqi məsələsi gündəmdədir. “Lukoil”in Azərbaycandakı aktivlərinin satışa çıxarılması onu göstərir ki, bu aktivləri hansısa alıcı əldə edəcək. Bu, SOCAR və ya digər iri enerji şirkətlərindən biri ola bilər”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, ölkəmizdə fiziki şəxslərin bu aktivləri alması real deyil:

“Çünki belə yüksək maliyyə imkanlarına malik rəsmi şəxslər mövcud deyil. Buna görə də aktivləri SOCAR və ya onun törəmə şirkətlərinin alması mümkündür. Ümumiyyətlə, “Lukoil”in Azərbaycan bazarından çıxması ölkənin enerji sektoruna ciddi təsir göstərməyəcək. Şirkət burada aparıcı mövqedə deyil”.

Qeyd edək ki,“Lukoil” neft şirkətinin təsisçisi iş adamı Vahid Ələkbərovdur.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri