Sanae Takaiçi Kim Çen Inla görüşə hazırdır
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Yaponiya Baş naziri Sanae Takaiçi iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Şimali Koreya lideri Kim Çen Inla görüşə hazırdır.
O, bunu mətbuat konfransında bildirib.
1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsindən danışan Takaiçi baş nazir vəzifəsində olduğu müddətdə bu məsələni həll etmək istəyini vurğulayıb.
“Qəti şəkildə başa düşürəm ki, vaxt itirməyə dəyməz. Səlahiyyət müddətim ərzində irəliləyiş əldə etmək və bu məsələni nəyin bahasına olur-olsun həll etmək istəyirəm. Bu qətiyyətlə Sədr Kim Çen Inla sammit də daxil olmaqla, heç bir variantı istisna etmədən qaçırılma məsələsini mümkün qədər tez həll etmək üçün səylərimi davam etdirmək niyyətindəyəm”, - Yaponiya Baş naziri əlavə edib.
Baxış sayı:98
Bu xəbər 27 İyul 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















