Sanki meydana çempion komanda çıxmamışdı Qurban Qurbanov
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər.
"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. O, komandasının meydanda sonadək döyüşdüyünü bildirib: "Sanki meydana çempion komanda çıxmamışdı. Çünki oyunçular final fitinə kimi əzmkar mübarizə apardılar. Keyfiyyətli hücumlarımız çox oldu. Rəqibi fərdi epizodlarda üstələdik. Uşaqlarla qürur duyuram".
Q.Qurbanov yerli və bacarıqlı futbolçulara daim şans verdiklərini bildirib: "Bizim üçün hər biri dəyərlidir. Düzdür, lider komandayıq və bizdən tələblər çoxdur. Rotasiya etmək imkanımız az olur. Kluba ilk gəldiyim vaxtlarda avrokubok oyunlarında meydana 10 azərbaycanlı futbolçu çıxarırdım. Bunun da faydasını görürdük".
Xatırladaq ki, Ağdam təmsilçisi vaxtından əvvəl çempionluğu təmin edib.
Baxış sayı:99
Bu xəbər 18 May 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















