Icma.az
close
up
RU
Həmişə çempion olası deyilik ki Qurban Qurbanov

Həmişə çempion olası deyilik ki Qurban Qurbanov

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçirilib. Matç "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yeknulaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Neftçi"ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular. Öz fubtolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Futbolçulara dedim ki, bu oyunda rəqib daha hazırlıqlı və daha aktiv olacaq. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Bizə xeyli gün istirahət lazımdır. 4 gündən sonra oyun olacaq. ÇL-dən uzaq olsaq da, hələ də sıx qrafik içindəyik. Bu il futbolçularımız üçün çox yaxşı təcrübəli il oldu. Biz məşqçilər üçün də. Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq, futbolçularıma təşəkkür edirəm".

- Düşünmürsüz ki, 1:5 hesabı rəqibə əlavə motivasiya verdi?

- 100 faiz. Onların yaxşı hazırlıq proqramları olmuşdu. Gözləyirdim ki, bu gün "Neftçi"nin futbolçuları daha hazırlıqlı olacaqlar. Ola bilər ki, rəqibə ciddiyət də vermişdi. Haqları idi.

- İlk oyundakı böyükhesablı qələbə sizin futbolçularda rahatlıq yaratmamışdıkı?

- Rahatlıq istər-istəməz olur. Maksimum çalışdıq ki, futbolçular bu haqda düşünməsinlər. Futbolçular da təcrübəlidirlər, "Neftçi"nin gücünü bilirlər, fərdi yaxşı oyunçuları var idi. Nə qədər özlərini konsentrasiya etsələr də, rahatçılıq var idi. İnsandırlar.

- Montielin zədələnməsinin oyuna təsiri oldu?

- Düzdür, gözlənilməz dəyişiklik oldu. Oyundan öncə fərqli planlarımız var idi dəyişikliklərlə bağlı. Pedro Bikalyo 9 oyun dayanmadan oynamışdı .Onu meydana buraxmağa ehtiyatlanmışdıq. Montiel əvvəlki oyunda oynamamışdı. Dəyişikliklərdə düşünəlməmiş addımlar oldu. 

- "Sabah" ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiz?

- Təbrik edirəm. İstənilən komandamızın uğurunu bildirməliyik. Onları təbrik etməliyik. Bu, futbolun aksiomasıdır. Son bir ay, ayyarımda çempionatın bütün oyunları..."Sabah"la üç, "Neftçi" ilə 2 dəfə oynadıq az müddətdə. Sanki fərqli Azərbaycan çempionatı oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq...Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi futbola olan azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır. 

- İkincilik də təhlükə altına düşüb. Bu sizi narahat edir?

- Əlbəttə ki, narahat edəcək. Yaxşı, hazırlıqlı "Turan Tovuz"a qarşı oynayacağıq. Özünəməxsus oyun üslubu var. Rəqibə çətinliklər yaradır. Buna hazır olmalıyıq. Son oyunlara mübarizə aparacağıq. Futbolçularım bu il əlavə xarakter göstərdilər. Sıx qrafikə baxmayaraq, çalışacağıq ki, bunu bacaraq. Öz futbolçularıma arxayınam ki, maksimum güclərini qoyacaqlar. 

- "Qarabağ"ın çempion olmamasında əsas məsələ, Çempionlar Liqasında daha uzun yol qət etməsi, legioner limitinin ləğvi, yoxsa "Sabah"ın gücüdür?

- Bir neçə səbəb var. baxsaq ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatına, çempionatın gücünü bilmədik. Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər filan oldu. Bu da hardasa ölkə çempionatına olan motivasiyaya təsir etdi. Bizim qarşımızda yaxşı  "Sabah" var idi. Hansı ki, çox formalaşmış komanda idi. Bütün fikrini çempionata yönəltmişdi.  Heç bir oyunda boşluq vermədilər. Bəlkə də tam bu çempionata sırf  hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik ki. İstənilən ölkədə bu halları görmüşük. Güclü olduğun halda belə, bəzən çempion olmursan. Bəzi nüanslar var. Bunu biz normal analiz edib, düzgün qəbul etməliyik. Hansı çatışmazlığın olduğunu da bilirəm. Çox komanda çox istəkli idilər, o cümlədən "Sabah", "Neftçi", "Zirə". Onlar titul üçün böyük işlər görürlər. Sonda da belə nəticələr oldu. Bundan düzgün nəticə çıxararaq, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi gedişatdan, futbolçularımın performansından razıyam.

- Yayda "Qarabağ"da dəyişikliklər olacaq. Yeni transferlərlə bağlı danışıqlar aparırsız? Razılığa gəlmisiz kiminləsə?

- Danışıqlar var, gedir, çoxdur. Bəlkə də işimizin 60-70 faizini transfer tərəfə yönəltmişik. Ona görə yox ki, futbolçulardan razı deyiləm, kimlərisə göndərəcəyik. Sadəcə daha da çox geniş heyətə ehtiyac var. Transferlər etməyə çalışacağıq. Bəlkə də 5-6 , bilmirəm nə qədər alınacaq. İstədiyimiz kimi olsa, işləmək asan olardı. Son anda da hansısa transfer alınmayıb. Dəyişikliklər olacaq. Amma bu, heyəti genişləndirmək və bu cür gərgin qrafikə hazır olmaq üçündür.

- Göndərməyi istədiyiniz, amma son 2-3 oyuna görə fikrinizi dəyişdiyiniz oyunçular var? Marko Yankoviç son oyunlarda daha yaxşı performans göstərir...

- Xeyr, heç bir futbolçunu göndərmək haqda düşünməmişəm. Çünki gətirilən oyunçu yoxdur hazırda. Sonda olacaq. Yankoviç çox yorulmuşdu. Hətta millidə oynayanlar çox yorulurlar. Milliyə getməyənlər heç olmasa dincəlir. Yankoviçə istirahət verdik, formasını bərpa etsin. Ola bilər ki, bir neçə futbolçu haqda təxmini göndərmək istədiyimi bildirə bilərəm. Amma o da transferlərdən asılıdır. Futbolçuların müqavilələri var. Qarşılıqlı razılıqla olmalıdır. Yəqin ki, gedənlər də olacaq. Gələnlər də olmalıdır.

- Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?

- Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam. Hələ bir neçə oyun var. 

- Sizinlə görüşmək istədiyi deyilir..

- Yox, olmayıb.

- Əvəzedicilər heyətə göndərilsə də, orada oynamırlar...Maksim Medvedevlə danışmısız?

- Yox, belə tapşırıq verməmişəm. İstəsələr, oynaya bilərlər.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Aprel 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri