Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qurban Qurbanov: “Həmişə çempion olası deyilik”

Qurban Qurbanov: “Həmişə çempion olası deyilik”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Neftçi”ni təbrik edirəm. Qarşımızda əzmkar, istəkli rəqib var idi. Futbolçularıma da təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Futbolda belə hallar olur. Qələbə “Neftçi”nin haqqı idi. İlk oyundan sonra da demişdim ki, bu matç daha çətin keçəcək.  Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. Düzü, bizə istirahət lazımdır, amma qarşıda oyunlarımız var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ sıx qrafikdəyik. Futbolçularım üçün çox yaxşı, təcrübəli il oldu. Onu da qeyd edim ki, ağır bir mövsüm keçirdik. Məğlubiyyətlər də oldu, amma yenə də futbolçulara təşəkkür edirəm.

– “Neftçi”yə qarşı iki fərqli oyun oldu. Sizcə, ilk matçdakı məğlubiyyətin onlara motivasiya baxımından necə təsir etdi?
– “Neftçi”nin daha hazırlıqlı olacağını gözləyirdik. Bu dəfə ciddi və motivasiyalı idilər.

– İlk oyundakı böyükhesablı qələbəniz futbolçularda rahatlıq yaratmadı?
– Ola bilər, ancaq çalışdıq ki, oyunçular bu haqda çox düşünməsin. “Neftçi”nin keyfiyyətli, sürətli futbolçuları var. Komandam nə qədər köklənməyə çalışsa da, rahatlıq oldu. İlk dəqiqələrdən bunu hiss etmək mümkün idi.

– Montielin zədəsi oyuna necə təsir etdi?
– Gözlənilməz dəyişiklik oldu. Oyundan əvvəl planlarımız fərqli idi. Bu gün Pedro Bikalyonu ehtiyatda saxladıq, çünki son 9 oyunda daim meydanda qaldı. Montielə çox şans vermək istədik, amma o da zədə aldı. Planlarımızda olmayan əvəzetmələr etdik. Sonradan oyuna daxil olan futbolçular da pis təsir bağışlamadı. Futbolda son dəqiqə qolları azarkeşlərin gözlədiyi anlardandır. Bu gün “Neftçi”nin günü idi.

– “Sabah” ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiniz?
– Onları təbrik edirəm. İstənilən komandamızın uğurlarını qeyd etməliyik. Son bir ayı, ay yarımı götürsək, çempionatın bütün matçları sıx qrafikdə alındı. “Sabah”a 3, “Neftçi”yə qarşı 2 oyun keçirdik. Həm azarkeş, həm oyun tempi baxımından fərqli oldu. İlboyu olan yorğunluğa baxmayaraq, bu matçlarda yaxşı təsir bağışladıq. Nəticələrin dəyişməsi futbol kütləsinin də sayını artırır. Bu, intriqanın böyüməsinə, məsuliyyətin çoxalmasına səbəb olur. “Sabah”ı bir daha təbrik edirəm.

– İkinci pilləni itirmək təhlükəsi sizi narahat etmir?
– Qarşıda “Turan Tovuz”la matç var. Onlar da yaxşı hazırlaşıb, narahatlıq normaldır. Bu il futbolçularım böyük xarakter göstərib. İnanıram ki, onlar yenə maksimumu edəcəklər.

– Bu mövsüm çempion ola bilməməyinizin səbəbini nədə görürsünüz?
– Bir neçə səbəb var. Ola bilər ki, çempionata tam hazırlaşa bilmədik. Digər tərəfdən, Çempionlar Liqası bizi çox yordu, həqiqətən. Bəzi detallar da var. Oyunçulara ümumi təkliflər, onların diqqətinin yayınması və s. Bunları qabartmağa ehtiyac yoxdur, amma motivasiyaya təsir edirdi. Eyni zamanda, qarşımızda yaxşı “Sabah” var idi. Bütün diqqətlərini çempionata yönəltmişdilər. Demək olar, hansısa oyunda boşluqlar vermədilər. Bəlkə də, bu çempionata tam hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilən ölkədə bu hallar olur. Bəzi nüanslar var, bunları düzgün təhlil etməliyik. Çempion ola bilməməyimizi qəbul edirəm. Futbolçuların hansı əziyyəti çəkdiyini anlayıram. Bu mövsüm rəqiblər çox istəkli idilər. İstər “Neftçi”, istər “Sabah”, istər “Zirə”. Onlar da hədəflərinə çatmaq üçün böyük işlər gördülər. Bu mövsümdən nəticə çıxarıb, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi baxanda isə futbolçulardan razıyam.

– Yayda klubda ciddi dəyişikliklər gözlənilir. Hazırda transfer məsələləri ilə bağlı durum nədir?
– Danışıq apardığımız futbolçular çoxdur. İşimizin 60-70 faizini transfer məsələlərinə yönəltmişik. Dəyişikliklərə ehtiyac var. Nə qədər alınacağını bilmirəm. Hər şey istədiyimiz kimi olsaydı, çalışmaq da rahat alınardı.

– Bəzi futbolçular son oyunlarda performans baxımından artırıb. Hansısa oyunçu var ki, onlarla bağlı fikriniz dəyişib?
– Hələ bir şey yoxdur. Milli komandalarda oynayan futbolçular da çox yorulurlar. Marko Yankoviçə istirahət verəndən sonra özünə gəldi, performansını bərpa etdi. Bir neçə oyunçu haqda təxmini düşüncələrimiz var. Məsələn, kimlərinsə getməsi normaldır. Lakin müqavilələri olanlar var və onlarla da razılaşmalıyıq.

– Elvin Cəfərquliyevlə bağlı son durum nədir?
– Hələ yenilik yoxdur. Planımı tam tutmamışam. Qarşıda bir neçə oyun var.

– Onunla görüş planlaşdırırsınız?
– Hələ ki, görüşməmişik.

– Abbas və Elvin əvəzedici komandaya göndərilsə də, orda da oynamır.
– İstəsələr, oynaya bilərlər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Aprel 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri