Icma.az
close
up
RU
Sanksiya çağırışları İvanaşvilini bu addıma vadar etdi

Sanksiya çağırışları İvanaşvilini bu addıma vadar etdi

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili sanksiya çağırışlarından sonra 480 milyon dollardan çox sənət əsərlərini ABŞ və Böyük Britaniyadan Gürcüstana gətirib.

Gununsesi.info 24News.ge – yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Gəlirlər Xidmətinin operativ statistika veb-saytında məlumat yayılıb. Hesabata görə, idxal üç bağlama vasitəsilə həyata keçirilib. Onlardan ikisi ABŞ-dan, biri isə Böyük Britaniyadan göndərilib. Rəsmlərin və onların daşınma qutularının ümumi çəkisi 6.6 ton təşkil edib. Bu gün həmçinin məlum olub ki, 2025-ci ilin yanvar ayında Gürcüstanın ümumi idxalı 45% artaraq 1.6 milyard dollara çatıb. Bu artımın əsas səbəbi ölkəyə incəsənət əsərlərinin gətirilməsi olub. Əgər bu idxal baş verməsəydi, ümumi idxal 1.1 milyard dollar təşkil edəcək və illik artım cəmi 1.8% olacaqdı. İncəsənət əsərlərinin rekord həcmdə idxalı barədə sosial şəbəkədə “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili paylaşım edib. O, bu idxalın Bidzina İvanişvili tərəfindən həyata keçirildiyini yazıb. Malların gömrük rəsmiləşdirilməsi 2025-ci ilin yanvar ayında baş tutub. Lakin bu idxal üçün gömrük rüsumunun ödənilib-ödənilmədiyi məlum deyil. Əgər ödənilsəydi, bu məbləğ ümumilikdə 242 milyon lari təşkil edərdi. Xatırladaq ki, 2024-cü ildə Parlamentdə “Gürcü Arzusu” yeni bir qanun qəbul edib. Bu qanuna əsasən, ofşor şirkətlərin mülkiyyətində olan aktivlərin Gürcüstana gətirilməsi gömrük rüsumlarından azaddır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri