Icma.az
close
up
RU
Birinci xanımın Zəfər çağırışları

Birinci xanımın Zəfər çağırışları

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi günlərində Mehriban Əliyevanın paylaşımları Lider–Xalq–Ordu birliyinin qələbəsinə inam yaradırdı

Azərbaycanın dövlətçilik tarixində xalqımıza  ən böyük hərbi qələbəni qazandıran 44 günlük Vətən müharibəsinin sevincli və öyünclü səhifələrini Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun Zəfər yürüşü boyunca öz sosal hesablarında paylaşımlar etməsi vətənpərvərlik ruhu  ilə zinətləndirib.

Bu paylaşımlar, əslində, müharibələr tarixinin yeni bir informasiya savaşı təcrübəsi, xalqın, dövlətin cəbhə ilə mənəvi bağlılığının yeni bir nümunəsi idi. Müzəffər komandanın həmin şanlı xəbərləşmələrinin Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımları ilə ta-mamlanması isə Vətən müharibəsində qələbəyə səsləyən və ruhlandıran rəhbərlik tandemi oldu. Bu müharibənin ayrı-ayrı məqamlarının ifadəsini tapdığı bu paylaşımlarda həm bütünlükdə xalqın və cəmiyyətin yaşadığı sevincli və həyəcanlı anları tarixləşib, həm də zəfər yürüşü günlərində ölkənin birinci xanımının dövlətçilik və vətəndaşlıq mövqeyi əks olunub.

44 gün davam edən Vətən müharibəsi dövründə Mehriban xanım Əliyeva ilk paylaşımını 2020-ci il oktyabr ayının 4-də etdi. Amma Birinci virse-prezidentin cəbhə ilə bağlılığı elə əks-hücum döyüşlərinin ilk anlarından başlayırdı. 2020-ci il sentyabr aynın 30-da Mehriban Əliyevanın Prezident İlham Əliyevlə birlikdə Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatlarında yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərin görüşünə yollanması da bunun nümayişi idi. 

Birinci xanım dövlət başçısı ilə birlikdə Vətənin müdafiəsində yaralanmış döyüşçülərə şəfqət dolu mənəvi dəstək verdi, onların tezliklə sağalmasını arzuladı. Birinci xanım bu ziyarəti ilə işğal altında olan torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsinin Zəfərlə başa çatacağına qəti inamını bütün xalqa çatdırdı. 

2020-ci il oktyabr ayının 3-də isə Prezident İlham Əliyevlə  Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etdilər. Bu təşviqedici addın kütləvi təşşəbbüslər doğuraraq ölkə əhalisinin həmin fonda köməyinə güclü təkan verdi.

Birinci xanımın 2020-ci il oktyabr ayının 4-də etdiyi paylaşım isə həmin gün Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin azad edilməsi ilə bağlı idi. Cəbrayıl qəsəbəsi Vətən müharibəsinin gedişində erməni işğalından azad edilən ilk böyük yaşayış məntəqəsi idi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin ardınca Mehriban xanım da bütün xalqına öz təbrikini çatdırdı. Həmin təbrikdə deyilirdi: “Bütün Azərbaycan xalqını və bizim qələbəmizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canlarından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun. Qarabağ Azərbaycandır”.

Savaş günlərində Azərbaycan Ordusunun qalibiyyətli yürüşünü dayandırmaq üçün Qərb ölkələrində Azərbaycana qarşı çox geniş təbliğat kampaniyası və informasiya müharibəsi də başlanmışdı. Mehriban Əliyeva haqq mübarizəsi günlərində bu antiazərbaycan informasiya kampaniyasına qarşı dirəniş və vətəndaşlıq mövqeyi göstərilməsini ümumxalq vəzifəsi kimi dəyərləndirdi və bununla bağlı 2020-ci il oktyabr ayının 5-də rəsmi “İnstagram” səhifəsində aşağıdakı paylaşımı etdi.

Mehriban xanım xalqa müraciətində bildirirdi: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır... Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!"

Cəbhədə biabırcasına uduzan Ermənistan Azərbaycan daxilində bir hərc-mərclik salmaq və bununla respublika rəhbərliyini tutduğu qətiyyətli mövqedən çəkindirmək istəyirdi. 2020-ci il oktyabr aynın 10-da Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini raket atəşinə tutdular. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində bu misilsiz müharibə cinayətinə rüsvayedici münasibətini bildirdi. 

Həmin paylaşımda deyilirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər və  bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir: “Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir... Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir”.   

Ənənəvi təcavüzkarlıq təfəkküründən əl çəkə bilməyən erməni hərbi qüvvələri oktyabr ayının 15-də, günorta saatlarında Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirən insanları ağır artilleriya atəşinə məruz qoydu. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasınını Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstaqram” səhifəsində belə bir paylaşım etdi: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.

2020-ci il oktyabr ayının 17-də Azərbaycanın hərbi qüvvələri Füzuli şəhərini də erməni işğalından azad etdilər. Azərbaycan Ordusunun müzəffər yürüşü qarşısında aciz duruma düşən Ermənistan hərbi-siyasi rəhbərliyi və onun qondarma rejimdəki təmsilçiləri Füzulinin işğaldan azad edilməsi xəbərini sonsuz bir təşvişlə qarşıladılar və öz uğursuzluğunun qisasını gecə vaxtı Gəncə və Mingəçevir şəhərlərinin yenidən güclü raket atəşinə tutulması ilə almağa çalışdılar. 

Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyeva da Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılmasını kəskin pislədi və bununla bağlı öz “İnstagram” səhifəsində paylaşım etdi: "Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram... Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Həmin gün Mehriban Əliyeva Gəncənin erməni hərbi qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı ikinci bir paylaşım da etdi: “Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir!.. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”

Oktyabrın 18-də isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsində Azərbaycan Ordusunun Füzuli şəhərini və onun ətrafındakı bir sıra kəndlərin erməni işğalından azaad edilməsi ilə bağlı paylaşım etdi: “Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib... Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan şəhərinin və bölgənin bir sıra yaşayış məntəqələrinin erməni işğalından azad edilməsi münasibətilə ilə də rəsmi "İnstagram” səhifəsində paylaşım etdi: "Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

2020-ci il oktyabr ayının 22-də Trend İnformasiya Agentliyinə verdiyi müsahibəsində isə Mehriban xanım Əliyeva döyüş bölgəsində əldə edilən böyük və tarixi uğurlara daha geniş və əhatəli bir qiymət verdi. Hər gün cəbhədən yaxşı xəbərlər gəldiyini qeyd edən Mehriban xanım bildirdi ki, əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər və uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. 30 ildən sonra Azərbaycan hərbçiləri doğma torpaqlarında Azərbaycan bayrağını dalğalandırırlar. 

Mehriban xanım eyni zamanda kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür etməklə bildirirdi ki, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur. Bununla yanaşı, Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlara da minnətdarlıq bildirilirdi.

Mehriban xanım müsahibədə bildirirdi ki, Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Çünki birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt xalqın iradəsini və Vətəni işğaldan azad etmək istəyini sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcı idi: “Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram”.

Birinci xanım Mehriban Əliyeva oktyabrın 26-da rəsmi “İnstagram” səhifəsində növbəti paylaşımını etdi. Bu paylaşım Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar idi: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur”.

Mehriban xanımın 2020-ci il oktyabrın 27-də Bərdə şəhərinin erməni hərbi qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı da rəsmi “İnstagram” səhifəsində paylaşım etmişdi: “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. 4-ü uşaq olmaqla 14 nəfər ciddi xəsarət alıb. Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq. Uca Tanrı Vətənimizi qorusun!”

Səhərisi gün Mehriban Əliyeva "İnstagram” səhifəsində yeni bir paylaşım etdi. Həmin paylaşımda deyilirdi: "Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik”.

2020-ci il noyabr ayının 8-də və 10-da Mehriban xanım Əliyeva müharibə dövrünün son paylaşımlarını xalqla bölüşdü: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!.. Qoy Uca Tanrı Ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Noyabrın 10-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın böyük Zəfərini rəsmiləşdirən Üçtərəfli bəyanatın imzalanması və müharibənin başa çatması ilə bağlı rəsmi “İnstagram” səhifəsində paylaşım etdi: “Əziz həmvətənlər! Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq!”

Respublikanın Birinci vitse-prezidenti sonra münaqişənin həllinin xeyli uzanmasına, danışıqlar prosesinin 30 il davam etməsinə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə Ermənistanın etinasızlıq göstərməsinə toxundu. Mehriban xanım vurğulayırdı ki, Azərbaycan bütün dünyaya özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadir olduğunu göstərdi.

Vətən müharibəsi başa çatdıqdan sonra Mehriban xanım Əliyeva da respublika Prezidenti İlham Əliyevlə birlikdə erməni işğalından azad edilmiş ərazilərə səfər etdi və bu əraziləri yenidən geri qaytaran və tarixi Zəfəri qazanan Azərbaycan xalqının əzəməti onun sonrakı paylaşımlarında da öz ifadəsini tapdı.

Mehman Süleymanov, 
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see223

14 yaşlı azərbaycanlı gənc yeni sosial şəbəkə yaratdı REAX istifadəyə verildi

21 Avqust 2025 17:42see198

Talassemiya Mərkəzi ilə bağlı narazılıqlar: Pasiyentlər dərman çatışmazlığından şikayətçidirlər

22 Avqust 2025 00:35see191

Kişilər, çox kök yeməyin!?.

21 Avqust 2025 23:26see170

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 Avqust 2025 19:09see162

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see139

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see128

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see128

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see127

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see126

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see125

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see125

Qarpızı necə kəsmək lazımdır? İndiyə kimi səhv edirmişik

22 Avqust 2025 09:54see123

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see122

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see121

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see120

Dost Estetik Mərkəzi ndə əməliyyat zamanı qeyri etik görüntüləri yayılan həkim DANIŞDI

22 Avqust 2025 00:48see120

Ana itkin düşən oğluna görə fəryad etdi

21 Avqust 2025 18:08see119

Manaf Ağayevin illər ərzində cavanlaşması diqqət çəkdi VİDEO

22 Avqust 2025 16:06see118

Şakiradan fırıldaqçılıq: Himndən əldə olunan pullar mənimsənilib?

22 Avqust 2025 05:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri