Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ötən onilliklərin solmayan kinolentləri

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Sankt Peterburq sammitində Azərbaycan niyə iştirak etmir?

Sankt Peterburq sammitində Azərbaycan niyə iştirak etmir?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan prezidenti İlham Əliyev Sankt-Peterburqa getməyib.

Dekabrın 21-də orada Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası keçirilib. Azərbaycan bu İttifaqın üzvü deyil, ona görə də həmin iclasa qatılmaması məntiqlidir. Eyni zamanda dekabrın 22-də həmin şəhərdə həmçinin Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşü də keçirilir. Azərbaycan prezidenti bu tədbirə də qoşulmayıb; Prezident Administrasiyasından APA-ya verilən məlumata görə, bu, ölkə rəhbərinin qrafikindəki sıxlıqla bağlıdır.

Rusiya mediasında yayılan məlumatlardan da görünürdü ki, Moskva Azərbaycan prezidentini bu iki mərasimdə gözləyirmiş. Ancaq bu, yuxarıda göstərilən səbəblərdən mümkün olmayıb.

Bundan əvvəl MDB dövlət başçılarının zirvə görüşü oktyabrın 9-10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilmişdi, prezident İlham Əliyev orada iştirak etmişdi. Bu, rəsmi sammit idi, görüşlər də rəsmi çərçivədə keçirilmişdi, sənədlər də imzalandı. Ancaq Sankt-Peterburqdakı zirvə görüşü rəsmi deyil; hər hansı sənəd imzalanmır, öhdəlik götürülmür. Belə görüşlərdə liderlər bir-biri ilə daha açıq, protokoldan kənar ortamda söhbət edirlər.

Mən öz subyektiv fikrimi yazıram, yanlış ola bilər. Məncə, prezident İlham Əliyevin vaxtı da olsaydı, qrafiki də imkan versəydi, bu qeyri-rəsmi sammitə getməməsi yenə də doğru olardı.

Niyə belə düşünürəm?

Əvvəla, bu cür gedişlərlə Rusiya MDB-də özünün hələ də üstün mövqedə, necə deyərlər, "patron" olduğunu imkan düşdükcə xüsusi olaraq vurğulamağa çalışır. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın belə bir iddiası xüsusilə absurd və aşağılayıcıdır. Söhbət rəsmi deyil, qeyri-rəsmi - protokoldankənar görüşlərdən gedir.

İkincisi, Rusiya MDB-yə, eləcə də, üzvü olduğu başqa çoxtərəfli əməkdaşlıq formatlarına heç caxt səmimi yanaşmayıb. Rusiyanın BMT-nin qətnamələrinə münasibəti ortadadır. Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olsa da, Avropa ilə münasibətlərdə nə təhlükəsizlik qalıb, nə əməkdaşlıq. Rusiya hazırda Avropaya ən ciddi və real təhlükədir. MDB-yə gəlincə, Rusiya 2008-ci ilin avqustunda Gürcüstana təcavüz edib və bu respublikanın iki bölgəsini qoparıb, "müstəqil dövlət" kimi tanıyıb. 2022-ci ilin fevralın 24-dən başlamış bu günə qədər Ukraynaya qarşı müharibə aparır. Ölkənin 18 faizini işğal və ilhaq edib. Moldovanı təhdid edir. Hər iki dövlət MDB-nin üzvü olub, Rusiyanın aqressiv siyasəti nəticəsində bu qurumu tərk edib. Moldovaya gəldikdə isə, bu ölkə MDB-də formal olaraq qalsa da, öz üzvlüyünü məhdudlaşdırıb; MDB çərçivəsində imzalanmış bir sıra sazişlərdən çıxıb. Rusiya hətta ən yaxın müttəfiqlərini birləşdirən Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlara da qarşı eyni münasibəti sərgiləyib. Zaman-zaman Qazaxıstanda etnik rus əhali arasında separatçılığı körükləyib, eləcə də, körükləməklə təhdid edib, Qazaxıstanı"süni" dövlət adlandırıb, Qazaxıstan ərazisinə iddialar səsləndirilib. Zamanında Moskva Özbəkistanla Tacikistanı, Tacikistanla Qırğızıstanı bir-biri ilə toqquşdurub, sərhəd konfliktləri, su müharibələri yaratmağa cəhdlər göstərib. Bu ölkələrin hamısı MDB-nin üzvləridir. Mən hələ Rusiyanın 30 il müddətində MDB-nin bir üzvünün - Ermənistanın, başqa bir üzvə, yəni Azərbaycana qarşı hərbi təcavüzünü və işğal siyasətini açıq və gizli dəstəklədiyini, işğalçını daim silahlandırdığını heç demirəm. Üstəlik Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu ölkəyə də münasibət göz önündədir; Rusiya kilsəni hökumətə qarşı müxalifətə çevirib.

Çox qəribədir: MDB sanki əməkdaşlıq təşkilatıdır, ancaq bu təşkilatda bir-biri ilə aşkar və ya latent münaqişədə olmayan qalmayıb. Belə bir qeyri-səmimi ortamda qeyri-rəsmi görüş keçirmək hansı məntiqdən doğur? Məlumdur ki, dövlət rəhbərləri bu və ya başqa məsələni açıq və səmimi müzakirə etmək istəyəndə rəsmiyyətdənkənar formatda toplaşırlar. İndiki halda isə belə bir görüş üçün səmimi ortam yoxdur. Azərbaycanın belə bir tədbirə qoçulması hazırda heç yerinə düşməyəcəkdi də. Elə deyilmi?

Üçüncü və çox bir ciddi moment də var: oktyabrda rəsmi Düşənbə sammiti keçirildi, Azərbaycan prezidenti orada iştirak etdi, Rusiya prezidenti də daxil olmaqla, bəzi dövlət başçıları ilə də görüşdü. Vətənə qayıtdıqdan bir müddət sonra məlum oldu ki, Rusiyaya bağlı olan daxili qüvvələr, qruplar ölkədə hakimiyyəti zorakı yolla devirib ələ almağa, Konstitusiya quruluşunu dəyişdirməyə dair planlar qurub, hərəkətlər ediblər. Bu qanunsuz hərəkətin başında isə ən az, nə azacıq, Rusiyaya, yumşaq desək, simpatiyası heç kimdə şübhə doğurmayan Ramiz Mehdiyev (Prezident Administrasiyasının keçmiş rəhbəri) dayanıbmış. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan və mediada "Ramizgeyt" adlandırılmış bu iş üzrə təqsirləndirilən müxalifət təmsilçiləri də var. Nəhayət, təqsirləndirilənlər arasında Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, cəmiyyətdə "Rusiyanın adamı" kimi tanınan Abbas Abbasov da var. Bu şəxs artıq beynəlxalq axtarışa verilib və hazırda Rusiyadadır. O da eyni cinayət əməlini törətməkdə ittiham edilir. Bəlkə də Rusiya rəsmi dairələrinin dəstəklədiyi, yaxud Rusiyaya bağlı adamların Azərbaycanda dövlət hakimiyyətini devirmək planları ətrafında belə bir ciddi istintaq araşdırmaları getdiyi məqamda, iş üzrə beynəlxalq axtarışda olan Abbas Abbasovun istintaqdan Rusiyada rahat gizləndiyi bir məqamda Azərbaycan MDB-nin qeyri-rəsmi sammitinə hansı əsasla qatıla bilərdi?! Bura həm də Rusiya hüquq-mühafizə orqanlarının bu ölkədə yaşayan Azərbaycanlılara qarşı apardığı repressiv əməlləri də əlavə etmək olar.

Bütün bunlardan sonra, məncə, əlavə şərhə ehtiyac qalmır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see171

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see170

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see168

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see167

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see167

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri