İlham Əliyev müdrik strateq və praqmatik liderlik nümunəsi ŞƏRH
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Müasir dünya cərəyan edən müxtəlif xarakterli proseslərin mürəkkəbliyi, çoxvektorluluğu və turbulentliliyi ilə səciyyələnir. Bu proseslərin mahiyyətini dərindən dərk etmək, realistik yanaşma sərgiləmək, milli maraqların etibarlı təmin olunmasını şərtləndirəcək düzgün qərarlar qəbul etmək sözün əsl mənasında böyük müdriklik, siyasi uzaqgörənlik və möhkəm iradə tələb edir. Dünyada belə keyfiyyətlərə malik olan çox azsaylı liderlər içərisində ən parlağı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Qlobal müstəvidə sürətlə dəyişən şərtlərə və şəraitə uyğun çevik qərarlar qəbul etmək və bunun fonunda əsas strateji xətti və milli hədəfləri dəyişməz saxlamaq bacarığı cənab İlham Əliyevin praqmatik liderlik obrazının əsas cəhətlərindəndir. Müasir dünyanı səciyyələndirən başlıca reallıqlardan biri də ondan ibarətdir ki, artıq müəyyənləşdirilmiş ideologiya əsasında gələcəyi qurmaq cəhdləri heç də mütləq uğurla nəticələnmir. Gələcək haqqında aydın təsəvvürlərə malik olmaqla ideoloji xətti müəyyənləşdirmək və inkişaf etdirmək bacarığı uğurun və milli hədəflərə çatmağın əsas qarantıdır. Bu bacarığa malik olmaqla, Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün dərin biliklərinə və strateji düşüncəsinə söykənərək xalqın, dövlətin uğur gələcəyini müəyyənləşdirir və formalaşdırır. Bu gələcəyin ideoloji və konseptual komponentləri isə proseslərin inkişaf məntiqinə uyğun inkişaf etdirilir. O, milli maraqlarımızı beynəlxalq reallıqlarla böyük müdrikliklə uzlaşdırmağı bacarır və onların etibarlı təmin olunması üçün zamana və mövcud resurslara uyğun olaraq ən optimal mexanizmləri və metodları tətbiq edir. Məhz buna görə beynəlxalq ictimai şüurda cənab İlham Əliyevin məğlubiyyətsiz lider obrazı möhkəmlənmişdir. Bu reallıq dünya dövlətlərinin liderləri tərəfindən də etiraf edilir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban mürəkkəb şəraitdə ölkənin idarə olunması və beynəlxalq arenada müdrik davranmaq məsələlərində İlham Əliyevdən çox şey öyrəndiyini qeyd etmişdir. Həmçinin, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə Belqradda birgə mətbuat konfransı zamanı demişdir: “Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”. Həqiqətən də, cənab İlham Əliyevin əsl liderlik keyfiyyətləri, zəngin idarəçilik təcrübəsi, uzaqgörən təşəbbüskarlığı ölkəmizin və regionumuzun hər mənada rifahını təmin etməklə yanaşı, qlobal vəziyyətə də təsir göstərir. Belə ki, Azərbaycan Respublikası beynəlxalq öhdəliklərini dəqiqliklə yerinə yetirən, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa ciddi töhfə verən bir tərəfdaş dövlət kimi tanınmaqdadır. Ölkəmizin beynəlxalq əməkdaşlıq sistemində ən təsirli və həlledici rolunun təyin edilməsi ilə yanaşı, həm də suverenliyinin və təhlükəsizliyinin təmin edilməsinin də əsas aləti rolunda məhz cənab İlham Əliyevin effektiv diplomatiyası çıxış etmişdir. O, müasir dünyanın reallıqlarını nəzərə alaraq, həm siyasi, həm də iqtisadi müstəvidə çoxvektorlu əməkdaşlıq və praqmatizm prinsiplərini rəhbər tutaraq beynəlxalq təmasları və əlaqələri uğurla qurmağı bacardı. Ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində də ilk təsirli addımları dünyanın ən mötəbər diplomatik platformalarında və tribunaları üzərindən atdı. Belə ki, artıq bütün dünya etiraf edirdi və qəbul edirdi ki, keçmiş münaqişə vəziyyətinin aradan qaldırılmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Yəni, Prezident İlham Əliyev hərb meydanına qədər torpaqlarımızı siyasi-diplomatik müstəvidə işğaldan azad etdi. Uğurlu və təsirli siyasi-diplomatik komponentlər təmin edildikdən sonra döyüş meydanında qısa zaman kəsiyində Ermənistanın işğalçı ordusu ağır məğlubiyyətə uğradıldı və torpaqlarımız azad edildi.
Prezident İlham Əliyevin dövlətlərarası ikitərəfli əməkdaşlığa və beynəlxalq qarşılıqlı fəaliyyətə praqmatik yanaşması sayəsində ölkəmizin etibarlı tərəfdaş obrazı davamlı olaraq möhkəmlənmişdir və cəlbediciliyi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, beynəlxalq səviyyəli qarşılıqlı faydalı razılaşmalar əldə edilmişdir, milli iqtisadiyyatımıza çoxmilyardlı xarici sərmayələr yatırılmışdır. Məsələn, təkcə 2025-ci il ərzində ölkə iqtisadiyyatına 4,7 milyard ABŞ dolları həcmində birbaşa xarici sərmayə qoyulmuşdur ki, bu da ötən illə müqayisədə təxminən 4,7% çoxdur. Bu, Azərbaycan dövlətinə, onun rəhbərinə olan beynəlxalq inamin göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal miqyasda strateji düşünmə qabiliyyətinə malik dünya liderlərindən biri kimi qəbul olunmaqdadır. Belə ki, onun müxtəlif vəziyyətlərdə siyasi-diplomatik davranış tərzi, irəli sürdüyü təşəbbüslər bütövlükdə dövlətimizin yerləşdiyi regionla yanaşı, daha böyük coğrafiyada təhlükəsizlik və əməkdaşlıq imkanlarını real olaraq genişləndirir. Təsadüfi deyildir ki, ümumilikdə Cənubi Qafqaz regionunun dünya ilə inteqrasiyasında Azərbaycan Respublikasının rolu həlledicidir. Tarixdən yaxşı məlumdur ki, yerləşdiyimiz regionda münaqişəsiz vəziyyət, təhlükəsizlik imkanları daim ən məhdud resurs olub. Lakin, tarixdə ilk dəfə olaraq, XXI əsrin başlanğıcından etibarən Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin elementləri formalaşdırılmağa başlandı. Bu təhlükəsizlik arxitekturasının memarı da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaqla, ölkəmizin ərazisində erməni separatizminin kökünü birdəfəlik kəsməklə, bütövlükdə Cənubi Qafqaz regionunda yeni unikal təhlükəsizlik mühiti və bütün xalqların gələcək rifahı üçün imkanlar Azərbaycan lideri tərəfindən yaradıldı. Bu, həm də qlobal miqyasda təhlükəsizliyin təmin edilməsi üçün olduqca vacib bir təcrübə oldu. Belə ki, hazırda dünyada mövcud olan 50-dən artıq separatizm ocaqları beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi nəzərdən keçirilə bilər. Çünki, mövcud separatizm ocaqları yerin quru hissəsinin təxminən 8,5%-ni əhatə etməklə 250 milyon nəfərə qədər insanın həyatını daim təhlükə altında saxlayır. Bu separatizm ocaqları ayrıca olaraq milli dövlətlərin mövcudluğu, ərazi bütövlüyü üçün birbaşa təhlükədirlər. Azərbaycan dövləti dünyaya nümayiş etdirdi ki, separatizmə qarşı effektiv mübarizə apararaq, onun kökünü tamamilə kəsmək mümkündür. Hesab etmək olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin təqdim etdiyi təcrübə qlobal təhlükəsizliyin təmin olunması istiqamətində çox strateji bir resursa çevriləcəkdir. Yəni, Prezident İlham Əliyevin mütləq qələbəyə, məqsədlərə çatdıracaq dəqiq strategiya qurmaq və praqmatik liderlik keyfiyyətləri olduqca uğurlu, istinad ediləcək nümunədir. Bu prosesdə biz həm də dövlətimizin, xalqımızın sülhsevər obrazını bir daha dünyaya təqdim etdik. 30 ilə yaxın zaman ərzində münaqişənin dinc vasitələrlə tənzimlənməsinin tərəfdarı olduğumuzu səmimiyyətlə nümayiş etdirdik. Xüsusilə də, Vətən müharibəsinə qədər olan son on ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev daim xəbərdarlıq edərək, bildirirdi ki, biz münaqişəni dinc vasitələrlə həll etmək istəyirik. Lakin nəticəsiz danışıqları da sonsuzluğa qədər davam etdirmək fikrində deyilik. Biz öz torpaqlarımızı hərbi yolla işğaldan azad etmək gücündəyik. Belə də oldu. Nəticəsiz danışıqları davam etdirmədik və torpaqlarımızı həbi yolla erməni işğalından azad etdik. Bu gün həmin ərazilərdə Azərbaycan yalnız öz resursları hesabina genişmiqyaslı bərpa-quruculuq işlərini və effektiv məskunlaşmanı həyata keçirməkdədir. Həqiqətən də, bütün dünya aydın gördü ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün hərbi güc imkanına sahib olduğu halda, münaqişə vəziyyətini dinc yollarla aradan qaldırmaq istəyində olub. Beləliklə, düzgün müəyyənləşdirilmiş strategiya, praqmatik addımlar həm torpaqlarımızın uzunillik işğalına son qoymağa, həm də özümüzün sülhsevər obrazımızı daha təsirli şəkildə dünyaya təqdim etməyə imkan verdi. Bununla da, biz bir daha əmin olduq ki, təkcə xalqların, dövlətlərin taleyində deyil, həm də beynəlxalq siyasətdə şəxsiyyət amili olduqca həlledicidir. Bu gün bütün dünya Azərbaycan Prezidenti cənab İlham Əliyevi müdrik strateq və praqmatik lider kimi qəbul edir, onun təşəbbüslərinə və mövqelərinə hörmət və etiramla yanaşır. O, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında üzərinə götürdüyü xilaskarlıq missiyasının coğrafiyasını öz siyasi iradəsi, əzmkarlığı, strateji uzaqgörənliyi ilə əhəmiyyətli dərəcədə genişləndirməyi bacardı. Onun şəxsiyyətini, praqmatik lider obrazını səciyyələndirən başlıca cəhətlərdən biri də ondan ibarətdir ki, heç bir halda kənar təsirlərə əhəmiyyət vermir, dövlətinin və xalqınin rifahı üçün vacib bildiyi bütün addımları cəsarətlə atır, ortaya uğurlu nəricələr qoyur. Onun ölkəmizə rəhbərliyi dövründə görülən işlər, həyata keçirilən layihələr Azərbaycan dövlətinin müxtəlif istiqamətlərdə resurs potensialını formalaşdırmaqla və gücləndirməklə yanaşı, həm də böyük coğrafiyada enerji və nəqliyyat- logistika xəritəsini yenilədi. Belə ki, dünyanın ən strateji və perspektivli enerji və nəqliyyat layihələri Azərbaycanın mərkəzi iştirakçılığı və təşəbbüskarlığı ilə həyata keçirilmişdir. Ölkəmiz regionun enerji və nəqliyyat-logistika habına çevrilməkdə dünyanın ən böyük enerji və təchizat bazarlarınakı vəziyyətə birbaşa təsir etmək gücünə malikdir. Bu da, öz növbəsində beynəlxalq platformalarda, təmaslarda milli maraqlarımızın etibarlı təmin olunması üçün diplomatik imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirir.
Beləliklə, biz yaxşı xatırlayırıq ki, cənab İlham Əliyev ölkə Prezidenti seçildiyi ilk gündən Azərbaycanın dünyanın ən güclü dövlətlərindən birinə çevrilməsi üçün bütün gücünü qoyacağını bildirmişdir. O, bunu çox böyük inamla və əminliklə demişdir. Çünki, əvvəlcədən nəyi, necə, nə vaxt edəcəyi haqqında aydın təsəvvürlərə və dəqiq strategiyaya malik idi. Prezident İlham Əliyev xalqımızı milli hədəflərə, ideallara çatmaq naminə öz ətrafında daha sıx birləşdirməyi bacardı, xalqın özünəinamını yenidən yaratdı. Ölkəmiz, xalqımız olduqca məsuliyyətli, mürəkkəb tarixi dövrü uğurla başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrildi. Müdrik strateq, praqmatik lider olan Prezident İlham Əliyev dövlətin davamlı inkişafını və təhlükəsizliyini uğurla təmin etməyi bacardı.
Elşad Mirbəşir oğlu
YAP İdarə Heyətinin üzvü,
siyasi elmlər doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















