Icma.az
close
up
RU
Şanlı Ordumuz hər birimizin qürur yeridir

Şanlı Ordumuz hər birimizin qürur yeridir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Yaranmasının 107-ci ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz Şanlı Ordumuz hər birimizin qürur yeridir. Əsası və təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sağlam təməllər üzərində qurulan, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Şanlı Vətən Müharibəsində düşmənə layiqli cavab verərək tarixi Zəfəri xalqımıza yaşatdı.
Xüsusi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı, bu istiqamətdə böyük uğurlar əldə olundu və Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi.

1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan Azərbaycan dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən ölkə daxilindəki xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Məhz bu çətin bir dönəmdə xalq öz nicat yolunu Azərbaycanımızın böyük oğlu Heydər Əliyevdə gördü və xalqın təkidli tələbi ilə Ulu öndər 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi, xalq öz xilaskarını böyük izdihamla və sevinc hissi ilə qarşıladı.

15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilən Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin xilası üçün bir çox sahələrdə düşünülmüş addımlar atmağa başladır. Bunlardan biridə ərazisinin bir qismi erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycan dövlətinin ordu quruculuğu sahəsi idi. Bəli, Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Ulu Öndər Heydər Əliyevdir. Ulu öndərin uzaqgörənliyi və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu formalaşdırıldı.
Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi.

Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi.
Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.
Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çünki bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyük nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın qələbə əzminin, sücayətinin dünyaya nümayiş simvoluna çevrildi və Azərbaycanın suverenliyi tam bəpa olundu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri