Santuş: “Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, o, matçla bağlı bunları deyib:
“Biz bütün oyunlara qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik. Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır. Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik.
Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm. Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 Aprel 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















