Icma.az
close
up
RU
Santuş: “Bura gəlmişik ki, gələcək üçün komanda quraq”

Santuş: “Bura gəlmişik ki, gələcək üçün komanda quraq”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı təşkil edilib.

Futbolpress.az xəbər verir ki, AFFA-nın İnzibati Binasında keçirilən tədbirdə mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Milliyə dəvət olunanlar daha çox yerli çempionatda çıxış edən oyunçulardır. Eddi İsrafilov və Mahir Emreli formada deyillər deyə, dəvət almayıblar, yoxsa hazırda milli üçün layiq bilmədiz?
– Mahirin zədəli olduğu məlumdur. Ümumiyyətlə, 50 nəfərə yaxın oyunçu var idi. Onların arasında seçim etdik. Dediyiniz oyunçular zədəli olduqları üçün çağırılmadılar. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Emreli, İsmayıl İbrahimli, Anton Krivtosyuk, Hacıağa Hacılı zədəlidir.

– İki aya yaxındır ki, Azərbaycan millisinin baş məşqçisisiz. Premyer Liqa, avrokubok oyunlarını stadiondan izlədiniz. Gələcəyə ümidlə baxmağa əsas varmı?
– Reallıqlarla barışmaq lazımdır. Biz bura gəlmişik ki, gələcək üçün komanda quraq, həmin komanda bu yarışlarda ölkəni yaxşı təmsil etsin. İndi heyətə cəlb etdiyim oyunçular birinci dəfədir ki, mənimlə işləyəcəklər. Məşq üçün cəmi bir gün vaxt olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Futbolçularla birinci dəfə işləyəcəm. Onlar da bizi tanıyacaq, biz onları tanıyacağıq. Fiziki hazırlıqlarında dəyişiklik etmək imkanımız yoxdur. Çünki klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrsə dəyişəcək? Bu, artıq başqa məsələdir. İndiki məqamda köklü dəyişikliklərə getməyə əsas yoxdur. Əsas hazırlıq bazası bu və millinin keçirdiyi son oyunlar olacaq. Təbii ki, rəqabətədavamlı komanda yaratmaq istəyirik ki, yüksək səviyyədə mübarizə apara bilsin, çox qol vurub, daha az qol buraxsın. Çox kompakt, istəkli, əzmkar, vətən, bayraq üçün əzmkarlıq göstərən komanda yaratmaq istəyirik. Çalışacağıq ki, güclü kollektiv yaradaq. İndiki məqamda bu çox vacibdir. Milliyə çağırılacaq hər futbolçu bizim üçün çox önəmlidir. Amma onlar heç biri bizim üçün ulduz deyil. Ulduz yalnız göydə olur.

– Milliyə çağırılan legionerlər bundan öncəki tsiklda olduğu kimi yaxşı formada deyillər. Onlardan nə gözləmək olar?
– Əsas olan komandadır. Fərdlər önəmli deyil. Gələcəkdə dəfələrlə təkrar edə bilərəm. Mənim üçün bir oyunçu digərindən önəmlidir deyə, bir şey yoxdur. Hamı mənim üçün önəmlidir. Ola bilsin ki, sizin gözlədiyiniz oyunçu mənimlə olmasın. Biz hamımız buradayıq ki, Azərbaycan naminə bir şeylər edək. Fernandu Santuş və ya hansısa futbolçular üçün yox, Azərbaycan üçün buradayıq. Bizim üçün əsas olan Azərbaycan bayrağı, Azərbaycan himninə görə oynamaqdır. Bura elə-belə gəlməmişəm. Futbolçularda o iddianı, ruhu, əzmkarlığı yaratmaq istəyirəm.

– Millinin heyətinin bu cür açıqlanması bizim üçün də yenilikdir. Həmişə Premyer Liqada tur bitəndən sonra açıqlanırdı. Bu gün 5-ci tur start götürür. Futboldur, bəzən pis hadisələr qaçılmazdır. Hansısa zədələr olarsa, alternativlər var?
– Təbii ki, alternativlər var. Avrokuboklar oyunlarını izlədik və qərara gəldik ki, bu gün heyəti elan edək. 50 nəfərlik siyahı var, alternativlər də ora daxildir. Ölkədən kənarda oynayanlar da var, onların ölkəyə gəlişi-gedişini nəzərə almaq lazımdır. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatda oynayanlar əvəz edəcək.

– 11 ildən sonra “Turan Tovuz”dan 2 oyunçu milliyə dəvət edilib. Bu, “Turan Tovuz”un hazırda lider olması ilə əlaqədardır?
– Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Onların lider komandada oynaması ilə əlaqədar deyil. Dəvət olunublar. Onları millidə görəcəyik, tanıyacağıq. Kim layiqdirsə, çağırırıq. Bu dəfə Azərbaycan çempionatının 4 komandası var ki, onlardan milliyə oyunçu cəlb edilməyib. Dünən 30 futbolçu var idi, seçim etdik və 24 oyunçuluq siyahı çıxardıq. Amma 4 komandadan oyunçu yoxdur. Heç kim deyə bilməz ki, gələcək oyunlarda onlardan olmayacaq. Futbolçuların daha çox öz klublarındakı çıxışına baxıb, milliyə dəvət edirik. Hər bir futbolçuya böyük hörmətim var. Sizlərə də, həmçinin. Futbolçuların adını sizin qarşınızda elan etmək istədim ki, əlavə suallarınız olsa, cavablayaq. Ola bilsin ki, bəzi oyunçular milliyə daha çox cəlb olunacaq, bəziləri olmayacaq.

– Milliyə üç sağ cinah müdafiəçisi dəvət etmisiz. Onlardan hansısa sol cinahda oynayacaq, yoxsa taktiki gedişlər hazırlamısız?
– Müasir futbolda müəyyən variantlar etmək olur. Özüm də Portuqaliya yığmasında işləyənda müdafiəçilərdə yerdəyişikliyi etmişəm. Bu dəfə də lazım olarsa, sağ cinah müdafiəçisini solda oynada bilərik.

– Qarşıdakı İsveç və Slovakiya matçlar haqda nə düşünürsüz? Bu matçlarda nəticə nə qədər önəmlidir?
– Dünyada elə məşqçi yoxdur ki, qələbədən başqa nəticəni istəsin. Elə komanda yaratmaq istəyirik ki, oyunçular inamlı və iddialı olsunlar. Futbol sadə oyundur. Əsas məsələ topu çərçivədən keçirməkdir. Rəqiblər haqda da informasiyaya malikik. İstəkli, iddialı komanda qurmaq niyyətindəyik. İndiki məqamda əsas baza əlimdə olan bu futbolçulardır. Birinci dəfədir işləyəcəyik. Bilmirəm necə müdafiə olunurlar, necə hücuma keçirlər, məşqçinin dediklərini necə edirlər. Biz öz modelimizi yaratmaq istəyirik ki, öz dəst-xəttimiz olsun.

– “Sumqayıt”, “Sabah”, və “Zirə”nin avrokuboklardakı çıxışını dayandırması milliyə təsir edəcək?
– Heç bir təsiri olmayacaq. Bəzən futbolçunun istirahətə də ehtiyacı var. Bazar ertəsi “Qarabağ” və “Zirə” oynayacaq. Həmin oyunçular dərhal milliyə gəlib məşqlərə qoşula bilməzlər. Çünki onlar bərpa olunmalıdır. Buna görə onların oyunçuları əvvəlki məşqlərdə olmayacaq Avrokuboklarda klubların mübarizəni dayandırmasının milliyə təsiri olmayacaq. Futbolçular istəklərimi yerinə yetirməyəcəklər, mübarizə aparmayacaqlar, effektiv olmayacaqlarsa, onların gələcəkdə milliyə dəvət olunmasına təsir göstərəcək.

– Arif Əsədov ayrıldıqdan sonra millidə yerli köməkçi məşqçi təyinatı olmayıb. Yerli mütəxəssisə güvənmirsiz, yoxsa tapa bilmirsiz?
– Mütləq olacaq. Rəhbərliklə bu məsələ üzərində işlər aparılır. Ola bilər ki, bir neçə gün sonra, ya bir neçə həftə sonra ad açılanacaq. Heyətdə yerli məşqçi olmalıdır.

– Lap əvvəldə dediz ki, ulduz göydə olur. 2016-cı ildə Ronaldo göydə idi?
– Təkcə o yox, hamısı. O, dünyanın ən yaxşısıdır. Amma qələbəni tək qazanmırlar. Yalnız komanda qalib gəlir. Sizdən bir şey xahiş etmək istəyirəm. Çox istəyərdim ki, milliyə dəstək olasız. Azarkeşlərə müraciət edirəm. “Qarabağ”ın avrokuboklardakı oyunlarına 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 azarkeş. “Turan Tovuz”un oyununa baxırsan, bölgələrdə azarkeş çox gəlir. Millidən bərk yapışın, inanın ki, bu gələcəyə atılmış addımdır, layihədir. Sadəcə milliyə inanın. Azarkeşlərdən xahiş edirəm ki, məni dəstəkləmək lazım deyil, amma millinin və oyunçuların buna ehtiyacı var. Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursunlar.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 May 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri