Əminəm ki, Santuş Azərbaycan millisinə uğurlu nəticə qazandırmaq üçün əlindən gələni etdi
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Nəticələr müsbət deyildisə, narazılığın olması da təbii idi. Əminəm ki, Fernandu Santuş Azərbaycan millisinə uğurlu nəticə qazandırmaq üçün əlindən gələni etdi. Təəssüf ki, uğurlu nəticələr olmadı. Hər halda, indi layihə üçün ideal məşqçi seçmək vacibdir. Milliyə uğurlar arzulayıram. Ukrayna ilə görüşdə 1:1 oynadılar. Hər halda, yaxşı nəticədir".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Santa-Klara”da məşqçi kimi çalışan Danildo Assioli deyib.
"İnter"də (indiki “Şamaxı”) 5 il legioner həyatı yaşamış braziliyalı Fernandu Santuş barədə danışıb. Həm futbolçu, həm də məşqçi karyerası Portuqaliya ilə bağlı olan Assioli, AFFA-nın verəcəyi qərardan bəhs edib:
"AFFA rəhbərliyi bundan sonra baş məşqçi məsələsində çox dəqiq qərar verməlidir. Bu olduqca vacib məqamdır. Ümidvaram ki,doğru qərar verilər və Azərbaycan millisi istədiyi nəticələri qazanar".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Sentyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















