Icma.az
close
up
RU
Santuş əvəzinə yerli, işsiz olan təcrübəli məşqçilərə şans verilsəydi... Etibar İbrahimov

Santuş əvəzinə yerli, işsiz olan təcrübəli məşqçilərə şans verilsəydi... Etibar İbrahimov

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycan millisində daha bir məşqçi dövrü geridə qaldı. Hesab edirəm ki, Santuşun dönəmində komanda həm aciz, həm də ruhsuz görüntü sərgilədi. Ondan əvvəl çalışan məşqçilər daha yaxşı kollektiv qurmuş, komanda daha məzmunlu oyun göstərmişdi. Lakin Santuşun rəhbərliyi dövründə bu xüsusiyyətlər demək olar ki, tamamilə itdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov futbol üzrə Azərbaycan millisinə Fernando Santuşun yerinə yeni məşqçi gətirilməsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, əslində, Santuşun gəlişindən əvvəl də bir çoxları bu təyinatın uğursuz olacağını düşünürdü:

"Bəli, o, vaxtilə Portuqaliya millisi ilə Avropa çempionu olmuşdu. Lakin həmin dövrdə komandada Ronaldo kimi lider vardı və bu, komandanın daxili nizamını qoruyurdu. Yəni uğurun əsas dayaqlarından biri güclü futbolçular heyəti idi. Təbii ki, məşqçinin də rolu vardı. Ancaq bu uğurun daha çox komanda potensialı ilə bağlı olduğunu nəzərə alsaq, Santuşun sonrakı iş yerlərində qazandığı nəticələr onun real imkanlarını göstərdi. Azərbaycan millisinə isə daha dinamik, enerjili və uğura ac məşqçi lazımdır. Komandamızın indiki durumu göstərir ki, texniki və taktiki baxımdan yüksək səviyyədə futbol oynamaq üçün resurslar kifayət deyil. Bu səbəbdən daha çox döyüşkənlik və motivasiya üzərində qurulmuş komanda modeli vacibdir. Məhz bu xüsusiyyətləri Ayxan Abbasov Ukrayna ilə oyunda nümayiş etdirdi. Qısa müddət ərzində komandanı oyuna kökləyə bildi. Əlbəttə, biz Ukraynadan üstün futbol oynamadıq, amma komandada döyüş ruhu hiss olunurdu. Bu, hazırkı vəziyyətdə bizim üçün ən vacib göstəricidir".

Müsahibimiz hesab edir ki, Santuş əvəzinə yerli, işsiz olan təcrübəli məşqçilərə, məsələn, Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov, Mahmud Qurbanov kimi adlara şans verilsəydi, nəticə daha yaxşı olardı.

"Ümumilikdə, 33 illik müstəqillik dövründə ciddi inkişafın olmamasının səbəblərinə də toxunmaq lazımdır. Məsələn, İslandiya kimi kiçik bir ölkə bu illər ərzində dünya futboluna ciddi çıxış edə bildi. Halbuki 1990-cı illərdə İslandiyanın imkanları Azərbaycanla müqayisədə çox da fərqli deyildi. Yadımdadır, 1997-1998-ci illərdə Mərkəzi Ordu İdman Klubunda çıxış edərkən bizə İslandiyanın məşq metodikası ilə bağlı kasetlər gəlmişdi. O vaxtdan bəlli idi ki, bu ölkə sistemli iş sayəsində irəliləyəcək. Maraqlıdır ki, mən 10 il əvvəl Azərbaycan millisinin aşağı yaş qruplarında çalışarkən İslandiya ilə oyunlarda üstünlük nümayiş etdirirdik. Ancaq bu gün fərq göz önündədir.

Təbii ki, bu nəticələrin arxasında uzunmüddətli planlama, infrastruktur və metodoloji yanaşma dayanır. Bu yaxınlarda "Qarabağ" FK-nın Akademiyasında oldum. Avtandil müəllim və Nail müəllimin apardığı işlərlə tanış oldum. Serbiyadan dəvət etdiyim qonaq - “Novi Pazar” klubunun nümayəndəsi də akademiyanın səviyyəsini yüksək qiymətləndirdi. Akademiyada Yohan Kroyf metodikasının tətbiq olunduğunu gördüm. Gənc və təcrübəli məşqçilərin düzgün sintezi, sistemli yanaşma məni sevindirdi. İnanıram ki, bu sistem yaxın illərdə bəhrəsini verəcək. Bundan başqa, "Zirə" klubunun akademiyasında da oldum. Koordinator Zaur müəllimin fəaliyyəti və gələcək planları da ümidverici idi. Şəraitin zəif olmasına baxmayaraq, onun yanaşması, məqsədyönlü fəaliyyəti diqqətəlayiq idi. Mən çox istərdim ki, ölkəmizdəki bütün futbol akademiyaları müəyyən bir metodologiya ilə işləsin. Bu baxımdan yalnız Kroyf deyil, həm də Korfver metodikası da faydalı ola bilər. Xavi, İnyesta, Robben, Riberi kimi futbolçular bu sistemdən keçmişdi. Düşünürəm ki, bu metodlar Azərbaycanda da geniş şəkildə tətbiq olunmalıdır".

Mütəxəssis qeyd etdi ki, uşaq futbolunun inkişafı üçün də sistemli, elmi yanaşma vacibdir. 

"Bu, baş verərsə, güclü milli komanda qurmaq mümkün olar. Bu gün Ayxan Abbasovla yolumuza davam etsək, hazırki tsikli onunla başa vursaq, nəticə daha yaxşı ola bilər. Çünki artıq iki oyun geridə qalıb, qarşıda isə çətin qarşılaşmalar var. Bu oyunlarda əsas silahımız döyüşkənlik və motivasiya olmalıdır. Abbasov isə bunu göstərə bildi. Bayaq da qeyd etdiyim kimi, ölkəmizdə kifayət qədər istedadlı yerli məşqçilər var. Ümid edirəm ki, AFFA-nın seçimi də bu istiqamətdə olacaq. Eşitdiyimə görə, artıq Belçikadan bir proqram alınıb və bu proqram futbolun inkişafında istifadə olunacaq.
Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan futbolu da xalqımızın xarakterinə uyğun olaraq döyüşkən, eyni zamanda baxımlı və nəticəyönümlü oyun sərgiləyəcək", - deyə Etibar İbrahimov vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri